Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    15 İYUN-MİLLİ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ ÜMUMRAYON TƏDBİRİ

     

     

     

     

     

     

    “Heydər Əliyev İli” çərçivəsində 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə rayon icra hakimiyyətinin təşkilatçılığı, politoloqların və ziyalıların iştirakı ilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndəliklərin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq mərkəzi meydanda abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Tərtər rayonuna səfərlərini əks etdirən fotostendlərə baxıblar.
    Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Dövlət himninin səsləndiril-məsi ilə başlayıb. Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Sonra Ulu Öndərə həsr olunmuş film nümayiş etdirilib.
    Tədbirdə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, Milli Məclisin deputatı, politoloq Sahib Alıyev, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış ediblər. Çıxış edənlər tədbir iştirakçılarını və onların timsalında bütün Azərbaycan xalqını Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə səmimi qəbdən təbrik ediblər.
    Qeyd olunub ki, hər bir xalqın taleyində elə gün olur ki, həmin gün xalqın müqəddəratını həll edir, yüksək dəyər kəsb edir. Hər il iyunun 15-də bayram etdiyimiz Qur-tuluş Günü də bizim xalqımızın taleyində əsl dönüşə çevrilən belə günlərdəndir.
    Bildiyiniz kimi, Azərbaycan xalqı və dövləti üçün 1990-cı illərin əvvəlləri olduqca ağır bir dövr olmuşdur. Hələ o vaxt – 1990-cı ilin qanlı yanvar günlərində Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev heç bir təqib və təzyiqdən çəkinməyərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda imperiya tərəfindən törədilən vəhşiliklərə görə kəskin bəyanat verdi. Təbii ki, bundan sonra o, Moskvada qala bilməzdi. Təəssüf ki, həmin dövrdəki Azərbaycan rəhbərliyi də ona maneələr yaradırdı-. Heydər Əliyev dünyaya göz açdığı ana vətəninə – Naxçıvana qayıtdı. Vətənə qayıdan Ulu Öndəri xalqının düşdüyü ağır vəziyyət narahat etdi. Xalqın tələbi ilə Heydər Əliyev siyasi fəaliyyətə başladı. Bu da təsadüfi deyildi. Müdrik xalqımız yaxşı bilirdi ki, belə ağır və məşəqqətli zamanlarda ona Heydər Əliyev kimi dahi bir şəxsiyyət, lider lazımdır. Heydər Əliyevi respublikanın və Naxçıvanın ali qanunverici orqanlarının deputatı, daha sonra Muxtar Respublika parlamentinin sədri seçdilər. Bu seçim Naxçıvan Muxtar Respublikasını erməni işğalından xilas etdi. Böyük insanın Naxçıvanda yaşadığı dövrdə – 1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini elan etdi. Müstəqilliyin əldə edilməsi çətin olsa da, onun qorunub saxlanması ondan daha çətin idi.
    Müstəqilliyin ilk illərində dövlətin idarəçilik sükanı arxasında xalqın bütün qüvvələrini bir yerə toplaya biləcək qüdrətli lider yox idi. Ölkəyə rəhbərlik edənlər Heydər Əliyevin xalqa rəhbərliyinin qarşısını kəsirdi. Ona qarşı müxtəlif təxribatlar törədilir və böhtanlar atılırdı. Nəticədə isə təzəcə müstəqilliyini elan etmiş bir respublikanın suverenliyinə təhlükə yaranırdı. Azərbaycanda erməni təcavüzünə və saysız-hesabsız təxribatlara sinə gərən nüfuzlu şəxsiyyətə, liderə günbəgün, saatbasaat ehtiyac duyulurdu. Belə bir çətin anda xalqımız öz liderinin-Heydər Əliyevin gəlişini həsrətlə gözləyirdi. Azərbaycanı düçar olduğu bəladan qurtarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir.
    Xaqlın təkidli tələbi və iqtidarın xahişi ilə Heydər Əliyev 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçildi. O gündən insanlarda inam yarandı ki, faciələrdən, fəlakətlərdən, ölüm və qandan qurtulacaqlar. Bu, doğrudan da milli qurtuluş idi. Ulu Öndər hakimiyyətə gəlişi ilə Azərbaycanı parçalanmaqdan,vətəndaş müharibəsindən, xaosdan qurtardı, müharibələr tarixində uzunmüddətli atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalanaraq dünyanın ən böyük şirkətləri Xəzər neftinin çıxarılmasına cəlb edildi, xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə Azərbaycan, Gürcüstan və Türkiyə Cumhuriyyəti arasında saziş bağlamış iqtisadi islahatlar ardıcıl olaraq həyata keçirildi.
    Azərbaycan xalqı özünün doğma və böyük oğlu Heydər Əliyevə sədaqətini, inamını və məhəbbətini daha yekdilliklə nümayiş etdirdi.
    Ulu Öndər Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərindən biri də bu gün milyonların partiyasına çevrilən, 750 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının yaradıcısı olmasıdır.
    Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.
    Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, bu gün Ulu Öndərin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 30 ildən sonra 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi, müstəqilliyimiz daha da gücləndi.
    İcra başçısı çıxışında bir daha tərtərliləri Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, onlara Müstəqil Azərbaycanımızın inkişafı naminə işlərində uğurlar diləyib. Bil-dirib ki, bu gün hər birimiz inamla deyirik: Xalq Ulu Öndəri sevir, onun siyasətinə sadiqdir.
    Sonda icra başçısı tərəfindən 4 nəfər qaziyə “Vətən müharibəsi iştirakçısı” medalı, qonaqlara isə rayon icra hakimiyyətinin təşəkkürnaməsi və xatirə hədiyyəsi təqdim edilib.

     

    Müəllif: Redaktor, 13:51

İsmarıclar bağlıdır.