Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 42 və 54 №li Yol İstismarı MMC-nin kollektivləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsinin və Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıblar.
Sonra tədbir YAP Tərtər Rayon Təşkilatının iclas zalında davam etdirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımı-zın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müs-təqim Məmmədov avtomobil yolları işçilərini peşə bayramı münasibəti ilə təbrik edib və onlara işlərində uğurlar diləyib.
Rayon rəhbəri bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yolları işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur. Artıq 15 ildir peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qu-rulmasıdır. Daha ətraflı »
-
28FevDigər Rayonumuzda avtomobil yolları işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır
-
28FevDigər 2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti müzakirə edilib üçün şərhlər bağlıdır
Tərtər Rayon Gənclər Mərkəzində Kənd Təsərrüfatı Na-zirliyinin təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2023-cü ildə pambıq əkinləri üçün torpaq sahələrinin müəyyənləşdirilməsi, şum və arat işlərinin təşkili vəziyyəti” mövzusunda müşavirə keçirilib.
Müşavirədə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, İƏD üzrə nümayəndələr, pambıq istehsalçısı olan şirkətlərin rəhbərləri, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Nazirliyin Aparat rəhbəri Rafail Quliyev və digər natiqlər Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğundan, emal sənayesinin xammala tələbatının yerli istehsal hesabına ödənilməsi imkanlarından, həmçinin pambıq və ondan hazırlanmış son məhsullar üzrə ixrac potensialından, pambıqçılıq sahəsinə dövlət dəstəyi tədbirlərinin görülməsindən geniş bəhs ediblər.
Qeyd olunub ki, Tərtər rayonunda da pambıqçılıq sahəsində zəngin təcrübə var. Bu təcrübəyə əsaslanan fermerlərimiz ildən-ilə yüksək nəticələr əldə edirlər.
Daha sonra tədbir qarşılıqlı müzakirə şəraitində keçib.“Yeni Tərtər”
-
28Fevİdman Heydər Əliyev ili-2023 üçün şərhlər bağlıdır
Stolüstü tennis turniri
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Turnirdə rayonun 28 ümumtəhsil məktəbin şagirdləri iştirak ediblər.
Yarış başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Turnirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova və Tərtər Gİİ-nin rəisi Emin Pənahov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, id-mana, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsinin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutmaqdan ibarətdir.
Tərtərli şagirdlər turnirdə böyük həvəslə iştirak edərək, unudulmaz, əbədiyaşar liderimizə sonsuz məhəbbətlərini nümayiş etdiriblər. Belə turnirlərin müntəzəm keçirilməsi həm də rayonumuzda uşaqlar arasında idmana olan marağın artmasının nümunəsidir.
Turnirin sonunda qalib olan idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.“Yeni Tərtər”
-
28FevDigər Beynəlxalq Ana Dili Günü üçün şərhlər bağlıdır
Ana dilimizi qoruyaq və inkişaf etdirək
Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük sərvətidir.
Heydər Əliyev, Ümummilli LiderFevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Daha ətraflı » -
28FevDigər XX ƏSRİN DƏHŞƏTLİ SOYQIRIMI–XOCALI FACİƏSİ üçün şərhlər bağlıdır
Allah Prezidentimizi qorusun, sağolsun Azərbaycan Ordusu,
xocalıların qisası qiyamətə qalmadı
Xocalıdan olan bir ailənin qonağıyıq. Xocalı adı gələndə acı xatirələrdən qovrulan, ürəkləri parçalayan kəlmələri çətinliklə dilə gətirən Kərəm kişinin ailəsində. Söhbətimiz kədərli və çox uzun olsa da, hər danışılan əhvalatdan sonra bu kəlmələri eşidirik: “Allah Prezidentimizi qorusun, şükürlər olsun bu günlərə. Allah Böyük Qələbəni bizə qazandıran şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”.
Ermənistan baş nazirinin yalanlarına Prezident İlham Əliyevin tutarlı cavabları
Rayonumuzun Hüsənli kəndində məskunlaşan Kərəm Abbasovla ilk söhbətimiz bu günlərdə Prezident İlham Əliyevin Münxenə səfəri, onun burada keçirdiyi görüşlər ətrafında oldu. O bildirdi ki, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları Aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasın gedişini çox diqqətlə izləyib. Kərəm kişi deyir ki, Paşinyanın uydurma çıxışını eşidəndə əsəbini cilovlaya bilməyib: “O cür yalan danışmaq nəinki dövlət rəhbərinə, heç balaca uşağa da yaraşmaz. İllərdir torpaqlarımızın altındakı sərvətlərimizi ermənilər və onların havadarları daşıyıblar. Evlərimizi qarət, məscidlərimizi təhqir ediblər. Əvəzində isə hər addımda mina basdırıblar. İşğal altında olan yerləri elə bir günə qoyublar ki, indi də insanlar mina partlaması nəticəsində ya həlak olur, ya şikəst qalırlar. Hələ utanmadan ermənilərin rastlaşdıqları humanitar böhrandan danışırlar”.
Söhbətimizə Kərəm kişinin həyat yoldaşı Sitarə xanım da qoşulur: “Prezident İlham Əliyevin Münxendəki çıxışını dinlədikcə ürəyimiz dağa döndü. Prezidentimiz yaxşı dedi ki, “… Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər”.
Bu fikri Kərəm kişi davam etdirdi: “Prezidentimiz yaxşı dedi ki, biz öz torpaqlarımızda vuruşurduq, ona görə Ordumuzda bir nəfər də fərari olmadı. Ermənilər isə silah-sursatı atıb qaçırdılar, çünki onlar özgə torpaqlardaydılar. 44 günlük müharibədə ermənilər dinc sakinləri də hədəfə alırdılar. Amma bu da bizim insanlarımızı qorxutmurdu”.
Vətən müharibəsi günlərində və bundan sonra işğaldan azad edilmiş ərazilərə gələn xarici qonaqlar kimin humanist xalq, kimin isə təcavüzkar olduğunu gördülər. Ermənistan nə qədər səy göstərsə də, tarixin bu qara ləkəsini üzərindən silə bilməyəcək. Daha ətraflı » -
28FevDigər Yazdıqlarımıza qayıdırıq üçün şərhlər bağlıdır
“Xocalının səsi” Tərtərdə çap olunurdu
Müharibə dövrü Xocalı üçün çox vacib sayılan ”Xocalının səsi” qəzeti öz nəşrini dayandırmışdı. O vaxt bizim Tərtər qəzetinin mətbəəsi və yaradıcı redaksiya heyəti “Xocalının səsi”nə öz kömək əlini uzatmışdı. Bu haqda rayon mətbəəsinin təcrübəli işçisi, 1970-ci ildən həmin sahədə çalışan Kəlam Əliyevin söylədikləri maraq döğurduğuna görə, qəzetimizin əməkdaşı onunla görüşərək müsahibə almışdır. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
–Kəlam müəllim, biz bilirik ki, müharibə dövründə “Xocalının səsi” qə-zetinin Tərtərdə çıxmasına şəxsən Siz kömək etmişsiniz. Xahiş edirik bu barədə məlumat verəsiniz.
–Yaşadığımız rayon da cəbhə bölgəsi olduğu üçün Xocalı qəzetinin rast gəldiyi çətinliklər, onun nəşri ilə bağlı problemlər bizə yaxşı tanış idi. Ona görə də həmkarlarımızı darda qoymadıq, “Xocalının səsi”nin respublikaya yayılmasına yardımcı olduq. Qnda hələ Xocalı faciəsi baş verməmişdi.
Qəzetin redaktoru Sərdar Mehdiyevin dediyinə görə, o zaman nəşr üçün dövlət orqanlarına müraciət edilsə də kömək göstərilməmişdi. Əlac yenə özlərinə qalmışdı. Bərdə mətbəəsi “Xocalının səsi”ndən üz döndərmiş, ona görə də həmkarlarımız Tərtərə üz tutmuşdular. Fevralın ilk günlərindən (1992-ci il) qəzet Tərtərdə çap olunmağa başladı. Qəzetin kollektivilə yaxın münasibətdə olduğumuz üçün onların dərd-sərlərini yaxşı bilirdik. O vaxtlar əməkdaşlar tərəfindən qəzetin Xocalıya necə çətinliklə çatdırıldığının canlı şahidiyik. “Xocalının səsi” özünə “Torpaq, haqq, ədalət uğrunda” devizini seçmişdi. Onlar baş verəcək faciəni əvvəlcədən görürdülər. Ancaq bütün çağırışlara əhəmiyyət verilmədi və bu dəhşətli faciə törəndi. Daha ətraflı » -
28FevDigər TARİXİMİZİN QANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır
Xocalı faciəsi nəinki Azərbaycanın, dünya tarixinin ən qanlı səhifələrindən biridir. 31 il bundan əvvəl, soyuq bir qış günündə erməni terrorçuları Sovet Ordusunun 366-cı alayının iştirakı ilə 613 insanı qətlə yetirdilər, o cümlədən 106 qadını, 63 uşağı, 70 qo-canı. 1000 nəfərdən artıq dinc sakin, o cümlədən 76 uşaq, müxtəlif dərəcədə yaralanaraq ömürlük şikəst qalmışdır. 1275 insan əsir götürüldü. Onlardan 150-nin taleyi hələ də naməlumdur. 8 ailə tamamilə məhv edildi. 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.
Fransalı jurnalist Jan İv Yunet bu barədə belə yazıb: “Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq ermənilər 5-6 yaşlı uşaqları, dinc sakinləri öldürərək, onlardan da irəli getmişlər”. Bu hadisəni ilk olaraq işıqlandıranlar Seyidağa Mövsümlü və Çingiz Mustafayev olublar. Onların çəkdikləri foto və videomateriallar əsasında biz dünyaya Xocalı faciəsinin baş verdiyini sübut edə bildik. Xocalıda baş verənlərin işıqlandırılmasında litvalı jurnalist, Azərbaycan xalqının yaxın dostu Riçard Lopaytisin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Məhz onun təqdim etdiyi fotoşəkillər əsasında “Sonsuz dəhliz” filmi işıq üzü görüb.
Ümummilli Lider Heydər Əliyevin 1 mart 1999-cu il tarixli Fərmanına əsasən fev-ralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunub.
Xocalı faciəsinin qurbanları heç zaman unudulmayacaq!
Hazırda Tərtər rayonunda 18 ailə, 56 nəfər Xocalı sakini məskunlaşıb. 31 il ərzində ürəklərində Xocalı boyda bir dərdi gəzdirən bu insanlar doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.Günay ƏLİZADƏ,
şəhər 1 saylı tam orta məktəbin VIII sinif şagirdi -
28FevTəhsil Məktəb həyatı üçün şərhlər bağlıdır
Xoş sözlər deyildi, nəğmə və şeir çələngi səsləndirildi
Şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbdə keçirilən növbəti tədbir “Heydər Əliyev ili”nə həsr edilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Öncə Azərbaycanın Dövlət himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və Qarabağımız uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra məktəbin tarix müəllimi Kifayət Kərimova Heydər Əliyev fenomenindən və onun Azərbaycanın inkişafındakı rolundan danışdı. Dahi şəxsiyyət Heydər Əliyevin əvəzolunmaz bir insan olduğunu vurğuladı.
Tədbirdə şəhid valideynləri və qazilər çıxış etdilər. Çıxış edənlər Ulu Öndərin layiqli davamçısı İlham Əliyevə və dövlətimizə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirə məktəbin şagirdlərinin hazırladıqları şeir və nəğmə çələngi xüsusi rəng verdi. Şagirdlərdən Ayla Quluzadə, Zeynəb Nəsirli və başqaları söylədikləri seirlərlə diqqət çək-dilər.
Tədbirin hazırlanıb keçirilməsində müəllimlər Lə-man Qasımova və Nigar Sultani xüsusi fəallıq göstəriblər.“Yeni Tərtər”
-
28FevKənd Təsərufatı 2023-cü il yanvarın 1-i vəziyyətinə Tərtər rayonunda heyvanların, quşların və arı ailələrinin tam uçota alınması yekunlaşıb üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2023-cü il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
Uçotda rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13877 uçot vahidi sorğuya cəlb olunmuşdur.Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
İribuynuzlu mal-qara. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda 31503 baş iribuynuzlu mal-qara, o cümlədən 13220 baş inək və camış olmuş və onların sayı il ərzin-də müvafiq olararq 4.5 və 4 faiz artmışdır. Iribuynuzlu mal-qaranın sayı 2019-cu il yanvarın 1-nə nisbətən 2983 baş və ya 10.5 faiz, 2020-ci il yanvarın 1-nə 1836 baş və ya 6.2 faiz, 2021-ci il yanvarın 1-nə 2103 baş və ya 7.2 faiz artmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12156 başdan 13220 başa çatmaqla 8.9 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 42 faizini inək və camışlar, 1646 başı və ya 5.2 faizini düyələr təşkil etmişdir.
Mövcud iribuynuzlu mal-qaranın 31243 baş və ya 99.2 faizini inək naxırı, 260 baş və ya 0.8 faizini camış naxırı təşkil edir.
Rayonda mövcud olan iribuynuzlu mal-qaranınm 97.3 faizi və ya 30658 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99.8 faizi və ya 31450 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2023-cü il yanvarın 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 43470 baş qoyun və keçi (o cümlədən 42186 baş qoyun, 1284 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 38 baş və ya 0.1 faiz azalmışdır. Daha ətraflı » -
24FevDigər XX əsrin faciəsi olan Xocalı soyqırımı işğalçı və cinayətkar erməni siyasətinin nəticəsidir üçün şərhlər bağlıdır
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda hərəkət edən zaman donvurma nəticəsində həlak oldular.
Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Daha ətraflı »
Yeni ismarıclar