Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Noy
    Digər Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub üçün şərhlər bağlıdır

    Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

    Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun “məğlubedilməzliyi” barədə illərdir formalaşdırılmış mifi 44 günə məhv etdi,  Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

    Həmrəylik Azərbaycan xalqının böyük sərvəti və dəyəridir. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri birlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Azərbaycan xalqı tarixdə qalib xalq kimi qaldı. Daha ətraflı »

  • 10Noy
    Digər Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev cari ilin 1 noyabr tarixində Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib. Dövlətimizin başçısı ölkənin paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edib.

    Prezident İlham Əliyev bildirib ki,  Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında təmsil olunmaq Azərbaycan üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir. Sammitdə Azərbaycanın iştirakı ölkələrimiz arasında birliyi nümayiş etdirir.

    Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.

    Qeyd olunub ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik. Daha ətraflı »

  • 05Noy
    Digər Bayrağımız qürur mənbəyimizdir üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

    Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.

    Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

    Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Daha ətraflı »

  • 05Noy
    Digər Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur üçün şərhlər bağlıdır

    Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

    Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və iqtisadi inkişafın nəticəsidir. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alınıb. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

    İqtisadi amil ölkənin qüdrətini artırdı və Qələbəni reallığa çevirdi.

    Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən region ölkələrinin maraqlarını təmin edir. Bunlarla da  Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.

    Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır. Daha ətraflı »

  • 05Noy
    Digər Qarabağ münaqişəsi artıq tarixdə qalıb üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev 31 oktyabr tarixində Soçiyə səfər edib. Burada dövlətimizin başçısı ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında  ikitərəfli görüş keçirilib.

    Dövlət başçılarının intensiv görüşləri ikitərəfli münasibətləri kifayət qədər ətraflı müzakirə etmək və bu münasibətlərdə müsbət dinamikanı artırmaq imkanı yaradır.

    İki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə çoxillik münaqişəyə son qoydu. İndi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtı yetişib.

    Görüş zamanı diqqətə çatdırılıb ki, ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsip irəli sürülüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür.

    Həmçinin qeyd olunub ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. Münaqişə iki il bundan əvvəl həll edilib. Bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır.

    Birgə Bəyanat

    Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti 31 oktyabr 2022-ci il tarixdə Bəyanat qəbul ediblər.

    Bəyənatda Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə tərəflərin sadiqliyinin təsdiq olunduğu qeyd edilib. Daha ətraflı »

  • 05Noy
    Xəbərlər Fövqəladə Hallar Nazirliyi Tərtər rayonunda kompleks mülki müdafiə təlimi keçirib üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində 2-4 noyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Tərtər rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

    Təlimdə Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər 8 noyabr Zəfər günü ilə əlaqədar rayon rəhbəri Vətən müharibəsi şəhidi Cahangir Surxayzadənin ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 8 noyabr Zəfər günü ilə əlaqədar Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda torpağı qanları ilə vətənə çevirən  oğulların ruhuna  dualar oxuyub.

    Sonra icra başçsı 24 yaşlı Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Cahangir Surxayzadə Azərbaycan Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarının əsgəri olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa

    döyüşlərində şəhid olub. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər Rayon rəhbərinin 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun 8 noyabr- Şanlı Zəfər günü ilə əlaqədar şəhid ailələrini ziyarəti davam edir. İcra başçısı növbəti dəfə əslən Kəlbəcər rayonundan olan Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşmış Vətən müharibəsi şəhidi Rzayev Ülfət Novruz oğlunun ailəsi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, şəhidin ailə üzvləri ilə birgə Ülfətin xatirəsini anıb, bir daha onun döyüş yoluna nəzər salıb.

    Ülfət Novruz oğlu Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Daha ətraflı »

  • 05Noy
    Şəhidlər İcra başçısı Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun rayonun Bəyimsarov kəndində yaşayan ailəsini ziyarət edib, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb.

    Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna  dualar oxuyub.

    Məmədəli Tural Aqil oğlu 1998-ci il martin 22-də Tərtər rayonnunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi  Vətən müharibəsində iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Daha ətraflı »

  • 05Noy
    Xəbərlər Tərtərdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə tarixi Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir. Tərtər Rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsi ilə birlikdə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

    Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini, sonra isə Şəhidlərin Abidə Kompleksini ziyarət edib, onların xatriəsini ehtiramla yad ediblər.

    Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilib. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha ətraflı »