Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Okt
    Hərbi vətənpərvərlik Tərtərdə Vətən müharibəsinin cəsur döyüşçüsü, gizir Əhməd İsmayılovun toy mərasimi olub üçün şərhlər bağlıdır

    Tərtər şəhərində keçirilən toy mərasimində onun yaxınları, ailə üzvləri ilə bərabər, Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli Məclis sədrinin müavini Adil Əliyev,  Vətən Müharibəsi qaziləri, veteranları, silahdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimdə çıxış edərək, yeni ailə quran gəncləri təbrik edib, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Əhməd İsmayılovun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışıb. Onun öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı ailə başçısı olacağını bildirib.

    Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Daha ətraflı »

  • 24Okt
    Təhsil Tərtərdə “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirilib üçün şərhlər bağlıdır

    “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 20-21 oktyabr 2022-ci il tarixində Tərtər  şəhər 6 saylı tam orta məktəbin binasında “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsi çərçivəsində tədbir keçirib.

    Tədbiri giriş sözü ilə təşkilatın sədri, layihə rəhbəri Telman Dadaşov açaraq donor və icraçı təşkilat haqda iştirakçılara məlumat verib, layihənin  məqsədini açıqlayıb. Bildirib ki, “layihənin məqsədi zərərli vərdişlərin fəsadları barədə yeniyetmə və gəncləri məlumatlandırmaqla sağlam həyat tərzini təbliğ etməkdir. İnsanın sağlam həyat tərzinə təhlükə yaradan  zərərli vərdişlərdən ən çox yayılanı narkomaniyadır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə mənbəyidir. Bu problem vətəndaş cəmiyyəti olaraq bizi də narahat edir. Ona görə bu mövzuya müraciət etmişik. Layihə 3 ay müddətində  4 rayonda (Ağdam, Ağcabədi, Tərtər və Bərdə) həyata keçiriləcək.”

    Ekspert Səadət Feyziyeva mövzu ətrafında iştirakçılara geniş məlumat verərək bildirib ki, “Narkomaniya – bəşərin ən qorxulu bəlasıdır. Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar”. S.Feyziyeva Azərbaycan gələcəyi olan Gəncləri Vətəni sevməyə, fiziki və mənəvi cəhətdən sağlam olmağa, sağlam olmaq üçün isə sağlam həyat tərzi seçməyi və zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Daha ətraflı »

  • 24Okt
    Xəbərlər Vitse-spiker Adil Əliyev Tərtər rayonunda şəhid ailələrinə evləri təqdim etmişdir. üçün şərhlər bağlıdır

    Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid ailələri ilə görüşmək məqsədilə Tərtər rayonuna səfər etmişdir. Vitse-spiker Adil Əliyev Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzmüşlər.

    Daha sonra Şəhidlər Xiyabanına səfər edərək, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini yad etmişlər. Daha sonra iş adamları tərəfindən Tərtər rayonunda 2 Vətən müharibəsi şəhidinin ailəsi üçün tikilmiş dörd otaqlı fərdi yaşayış evləri şəhidlərin ailə üzvlərinə təqdim edilmişdir. Daha ətraflı »

  • 22Okt
    Xəbərlər Suqovuşanda “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub üçün şərhlər bağlıdır

    Oktyabrın 21-də Suqovuşanda avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”nin təntənəli açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra iştirakçı ölkələrin təqdimatı olub.

    Tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, Serbiya Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Duşan Kovaçeviç və Macarıstan Məşqçilər Komitəsinin sədri Zoltan Olferdi çıxış ediblər.

    Sonda yarış iştirakçılarına uğurlar arzulayan gənclər və idman naziri Fərid Qayıbov reqatanı açıq elan etdikdən sonra mərasimdə iştirak edən ikinci Vətən müharibəsinin iştirakçıları və qaziləri salamlanıb.

    Reqatada Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Özbəkistan, Bolqarıstan, İtaliya, Macarıstan, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Serbiya, Sloveniya və Ukrayna komandalarından 150-dək idmançı mübarizə aparır.

    Turnirin birinci günündə yarışlar Suqovuşanda keçirilib. Oktyabrın 22-23-də “Mingəçevir Reqatası” yarışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Mingəçevirdə avarçəkənlər həm kayak və kanoe, həm də akademik növlərdə mübarizə aparacaqlar.

     

  • 22Okt
    Digər Azərbaycan Respublikasının Ombudsmanı xarici ölkələrin Ombudsmanları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birgə Tərtər rayonuna 44 günlük Vətən müharibəsində dəyən ziyanla tanış olublar üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Türkiyə, Pakistan, Mərakeş, İndoneziya, Moldova, Yaponiya,  Honq Konq, Şimali Kipr, Qırğızıstan, İran, Özbəkistan, Qazaxıstan, Macaristan, Çin və Koreyanın ombudsmanları, milli insan hüquqları təsisatlarının rəhbərləri və əməkdaşları, habelə beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə  birlikdə 44 günlük Vətən müharibəsində Tərtər  rayonuna dəymiş ziyanla tanış olublar.

    Qonaqlar əvvəlcə Mərkəzi Meydanda Vətən müharibəsi zamanı Tərtər rayonuna dəymiş ziyanı özündə əks etdirən fotositentlərə və ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına baxıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsində Tərtər rayonunun inpasturkturuna dəymiş ziyanla bağlı qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Vətən müharibəsində Tərtər rayonuna 16.277 top, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində yaşayış evləri, sosial obyektlər, o cümlədən 12  körpələr evi-uşaq bağçasına, 16  ümumitəhsil müəssisəsinə, ilk Peşə İxtisas Məktəbinə, Gənclər Mərkəzinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, 1 məscidə, inzibati binalara, nəqliyyat vasitələrinə, kənd təsərrüfatına, qeyri-yaşayış sahələrinə güclü ziyan dəyib. Daha ətraflı »

  • 22Okt
    Xəbərlər Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Tərtər şəhərində Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib.

    Qəbuldan əvvəl AAYDA-nin İdarə heyətinin sədri Saleh Məmmədov və Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

    Sonra “Şəhidlər”  abidə kompleksi ziyarət  edilib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq önünə gül  dəstələri  düzülüb.

    Daha sonra Tərtər rayonu Gənclər Mərkəzinin inzibati binasında keçirilən qəbulda Tərtər və Bərdə rayonlarından olan vətəndaşların müraciət və şikayətləri dinlənilib.

    Qəbul zamanı müraciətlər əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı olub. Daha ətraflı »

  • 21Okt
    Digər Zəngilan rayonun yeni inkişaf dövrü üçün şərhlər bağlıdır

    Bu gün – oktyabrın 20-si Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin ildönümüdür.

    Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

    Еrməni silаhlı birləşmələri Zəngilаnın, еləcə də Azərbaycanın digər rayonlarının işğаlı zаmаnı bеynəlхаlq коnvеnsiyаlаrа, hüquq nоrmаlаrınа еtinаsızlıq göstərərəк misli görünməmiş cinаyətlərə yоl vеrmiş, əhаlini, hətta uşаqlаrı, qоcаlаrı, qаdınlаrı кütləvi surətdə məhv еtmişlər.

    Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Daha ətraflı »

  • 20Okt
    Təhsil İcra başçısı Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

       Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Azad Qaraqoyunlu kənd ibtidai məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri  tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.

    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.

     

  • 20Okt
    Xəbərlər İlxıçılar kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü keçirilib üçün şərhlər bağlıdır

      Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndəliyinin İlxıçılar kəndində keçirilib.

    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və Ağsaqqallar Şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan,  şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.

    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.

    Bildirilib ki, İlxıçılar  kəndinin 430 hektar ərazisi, 293 təsərrüfatı, 1155 nəfər əhalisi, 297 hektar pay torpağı var. Ərazidə 1 tibb məntəqəsi, 6 ticarət obyekti, 1 iaşə obyekti, 1 məişət xidməti obyekti fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər daimi işıq, qaz və su  ilə təmin olunublar. Daha ətraflı »

  • 20Okt
    Qazilərimiz Tərtərdə daha bir Vətən Müharibəsi qazisinin toy mərasimi keçirilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Milli Məclisin  deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri və veteranları ilə birlikdə rayonun Hüsənli kənd sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Əhmədov Nəciməddin Natiq  oğlunun toy mərasimində iştirak edib.

    Nəciməddin Əhmədov Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

    Qazinin 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra başçısı Nəciməddinin torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşı olur”- deyib.

    İcra başçısı gəncləri təbrik edərək, qazilərə can sağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini,  onların “baş tacı”mız olduğunu bildirib. Daha ətraflı »