31Avq
Müharibə bitdi, amma erməni xisləti bitmək bilmir
Hikmət Abdullayev tay-tuşları, dost-tanışları arasında sayılıb-seçilən oğlanlardandır. Doğma Tərtərimizin mərd, vətənpərvər gənclərindəndir. Taleyin yazısında onun da qismətində qazi olmaq varmış. 44 günlük Vətən müharibəsində ölümdən dönənlərdəndir. Müharibədə lazımınca döyüşüb, Qələbəni sağ-salamat qarşılamışdı. Lakin…
Hikmət 2 saylı məktəb-liseyin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhərindəki Turizm kollecinin “mehmanxana, turizm, kurort komplekslərində iaşə və servis” fakültəsinə qəbul olmuşdu. Əsgərlik müddəti çatdığı üçün təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə yollanmalı olub. 2019-cu ildən 2020-ci ilin iyun ayınadək Astara rayonunda hərbi xidmətini çəkib. Sərhəd qoşunlarında xidməti borcunu yerinə yetirib. Müddətli xidməti borcunu yerinə yetirdikdən sonra müddətdən artıq xidmətə yazılıb. Hərbi sirrin incəliklərini öyrənmək üçün həm respublikamızda, həm də qardaş Türkiyədə kəşfiyyatçı kursları keçib. Bu kurslar onun hərbiyə olan marağını xeyli artırmışdı. Ağdam, Mingəçevir və Goranboy rayonlarında xidmətini davam etdirirdi. Daha ətraflı »
31Avq
Rayonun gələcək inkişafı ilə bağlı işlər görülür
Artıq ikinci ildir ki, qubadlılar bu tarixi başqa əhval-ruhiyyədə qarşılayırlar.
Düzdür, Qubadlı şəhəri mənfur düşmən tərəfindən yerlə-yeksan edilib, burada bir salamat bina yoxdur. Rayon sakinləri ilə görüşəndə Prezident İlham Əliyev deyib: “… biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq.Qubadlı şəhərinin baş planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcəkdir. Əlbəttə ki, bu baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq”.
Bu gün qubadlılar Böyük Qayıdışdan danışarkən, ilk növbədə şəhidlərimizin xatirəsini yad edirlər. Onlardan biri Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovdur. Ali Baş Komandan, Prezident İlham Əliyev onun haqqında deyib: ”O, bütün hərbçilərimiz üçün, gənc nəsil üçün nümunədir, öz canını doğma diyar uğrunda fəda edib və şəhadət zirvəsinə ucalıb. Şəhidlərimizin xatirəsi əbədiləşdirilir və əbədiləşdiriləcək”.
Hazırda Qubadlı rayonunun gələcək inki-şafı ilə bağlı əməli-praktiki işlər aparılır.
“Yeni Tərtər”
29Avq
Müstəqil Azərbaycan dövlətinin qurucusu – memarı, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür
Belə ki, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi islahatlar və görülən tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi yer tutmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətçiliyinin xilaskarlıq missiyasını çiyinlərində daşıyaraq həyata keçirilməsini təmin etmişdir. Daha ətraflı »
26Avq
24 avqust 2022- ci il tarixdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri onu göstərir ki, dövlətlər arasındakı dostluq və əməkdaşlıq münasibətləri hər iki dövlət üçün maraqlıdır. Bu dostluq və əməkdaşlığın inkişafını analiz edəndə görürük ki, əməkdaşlıq yüksək səviyyədədir. Dostluğun bariz nümunəsi olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsində ölkəmizin yeritdiyi siyasət, apardığı haqq-ədalət müharibəsi Qazaxıstan dövləti tərəfindən birmənalı olaraq dəstəklənmişdir. Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir. Hazırda ölkələrarası əlaqələr yüksək şəkildə inkişaf edir. Azərbaycan və Qazaxıstan neft, rabitə, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir. Ən önəmli məsələlərdən biri də strateji münasibətlərin inkişafıdır. Bütün bunlar iki dövlət arasındakı əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Ölkə başçımızın Qazaxıstan Respublikasının Prezidenti tərəfindən Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Daha ətraflı »
26Avq
2022-ci il 24 avqust tarixində Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşü olub.
Prezident İlham Əliyev Qazaxıstanın ali ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.
Görüş zamanı qeyd olunub ki, Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik.
Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır. Daha ətraflı »
26Avq
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin gənci, könüllüsü və bir çox şahmat turnirlərinin qalibi Məhi Həsənzadə gənclərimizə şahmat oyununun sirrləri, taktiki gedişlər, oynama qaydası haqqında məlumat verib.
Daha sonra gənclər öyrəndiklərini əyani olaraq tətbiq edib və şahmat oynayıblar.
23Avq
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbullarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlərlə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilir. Keçirilən bütün qəbullarda Azərbaycan Respublikasınım Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu təmin edilir.
Məlumat üçün bildiririk ki, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə yaxınlaşaraq, Tərtər Rayon İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, habelə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələri üzrə qəbul günləri barədə məlumatı öyrənə, həmçinin Tərtər rayon icra hakimiyyətinə Rəqəmsal İcra Hakimiyyəti (https://rih.gov.az/) portalı vasitəsi ilə də müraciət edə bilərlər.
19Avq
Bəlkə də gənc oxucularımız bil-mirlər ki, 2 ildən sonra 90 illiyini qeyd edəcəyimiz qəzetimiz məhz 17 il bundan əvvəl, 7 illik fasilədən sonra avqustun 20-də “Yeni Tərtər” adı ilə çap olunmağa baş-layıb.
Bu, Tərtərin ictimai həyatında mühüm hadisə idi. Çünki rayon qəzetinin nəşrinin dayanması kollektivimizlə yanaşı, oxucuları da məyus etmişdir.
Həmin ərəfədə “Tərtər” qəzetinin redaktoru Hilal Bayramov və redaktor müavini Əmiraslan Qurbanzadə dünyalarını dəyişdikləri üçün, redaktor vəzifəsi şairpublisist, əvvəllər bizim qəzetdə çalışmış Tofiq Yusifə tapşırıldı. “Tərtər” adı isə “Yeni Tərtər”lə əvəz olundu.
Həmin dövr həm rayonumuzun, həm də qəzetimizin həyatında yeni bir mərhələnin başlanğıcı oldu.
Əlbəttə ki, “Yeni Tərtər”in uğurlarında bütün kollektivimizlə yanaşı 16 il bu qəzetə rəhbərlik etmiş redaktor Tofiq Yusifin, müxbir Əvəz Nəsirovun əməyi var.
Odur ki əlamətdar gündə biz dünyasını dəyişənlərin hamısına Allahdan rəhmət diləyir, qalanlarına isə cansağlığı arzulayırıq.
Həyat belədir, biz dünyadan kö-çürük, amma sözümüz, işimiz, yaradıcılığımız qalır. Tofiq məllimi də bizə xatırladan onun ərsəyə gətirdiyi kitablar, oxunaqlı publisistik məqalələri, lirik şeirləridir.
İllər keçəcək, qəzetin fəaliyyətini araşdıran gənc yazarlar dönə-dönə onun yaradıcılığına müraciət edəcəklər. Rayon qəzeti yaşadıqca, onun ərsəyə gəlməsində zəhməti olan insanlar yaddan çıxma-yacaq.
“Yeni Tərtər”
19Avq
Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Ko-mandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun Sərəncamı il təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, qazilər, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayon icra hakimiyyətində keçirilən tədbirdə öncə ölkəmizin suverenliyi, ərazi bü-tövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi Daha ətraflı »
19Avq
Tərtər rayonunun Yenikənd kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Qasımov Azər Yaqub oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək şəhid Azər Qasımovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb.
Sonra məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidin anası İsmira Qasımova, əmisi Rafiq Əliyev, kənd ağsaqqalı Məhəmməd Şirinov çıxış edərək Azər Qasımovun qısa, şərəfli həyat yolundan, onun Vətən müharibəsində göstərdiyi igidliklərindən söz açıb, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azər Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
“Yeni Tərtər”
Yeni ismarıclar