Türk xalqlarının görkəmli sənətkarlarından biri, İlahi eşqi tərənnüm edən ədəbiyyatın ilk, gözəl nümunələrini yaradan və təbliğ edən Yunis Əmrəyə görə insan əməlinə, gördüyü işlərinə görə ad qazanır. Yəqin ona görədir ki, bu günümüzdə də Yunus Əmrə şerlərinə dönə-dönə müraciət olunur, xatirəsi anılır.
Elə 5 may tarixində “Beynəlxalq Muğam Mərkəzində” Respublikanın Əməkdar artisti Nuriyyə Hüseynovanın rəhbərliyi ilə AMEA Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təqdimatında “Yunus Əmrə aşiqləri” adlı konsert proqramı da bu niyyətlə təşkil edildi. Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç, Milli Məclisin deputatı Qənirə Paşayeva görkəmli mütəfəkkir Yunus Əmrənin həyat və yaradıcılığından söz açdılar.
Əməkdar Artist Nuriyyə Hüseynova, bəstəkar-müğənni Çilənay Hüseynli, Həlimət Sultan, Ülviyyə Sədaqətin ifasında Yunus Əmrənin şerlərinə bəstələnmiş mahnılar, ibrətamiz və fəlsəfi sözlər səsləndirildi. Yunus Əmrə tədbirinə Türkiyədən məxsusi olaraq təşrif gətirmiş Orxan Çakmak Qarabağ Zəfərinə həsr etdiyi “Zəfər şərqisi”ni, Himnimizin müəllifi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” mahnısını ifa etdi. Hər iki mahnı bütün iştirakçılar və tamaşaçılar tərəfindən ayaq üstə alqışlandı və birgə ifa edildi. Daha ətraflı »



Tərtər Rayon İcra Hakimiyyəti rayon Mədəniyyət Mərkəzi ilə birlikdə Ümummilli liderin 99-cu ildönümünə həsr olunmuş musiqili ədəbi-bədii gecə keçirib.
Şərəfli və mənalı ömrünü Azərbaycanın inkişafına,onun dünya dövlətləri sırasında layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ölkəmizdə böyük hörmət və ehtiramla qeyd edilir. Ümummilli Liderimizə ümumxalq məhəbbəti Azərbaycanın özü qədər əbədidir.
Tərtər Rayon Təhsil Şöbəsinin və Tərtər Uşaq Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə Tərtər rayonunda Ümummilli Liderin 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı təntənəli yığıncaq keçirilib.


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində yeni məktəb binasının tikintisi ilə yerində tanış olub. Aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.


Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Zəngilan rayonuna xüsusi nümayəndə təyin olunması ilə bağlı videoformatda qəbul edib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş Ulu Öndər Heydər Əliyev özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratmış və Ümummilli Lider zirvəsinə yüksəlmişdir. Onun yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, Vətənə, xalqa, dövlətçiliyə sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.
Tərtər Rayon İcra Hakimiyyətində keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan şura iclasında rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, Suvarma sistemləri, Tərtərçay Hidroqovşağı İstismarı, rayon Statistika, Gənclər və İdman İdarələrinin, rayon Təhsil şöbəsinin, Mədəniyyət mərkəzinin nümayəndələri və Mərkəzi xəstəxananın Publik hüquqi şəxsi-direktoru iştirak ediblər.
Tərtər rayon icra hakimiyyəti başçısı yanında korrupsiyaya qarşı mübarizə ilə bağlı şura iclası keçirilib.
Yeni ismarıclar