YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və bir qrup partiya fəalı, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Əhmədzadə Mürşüd Müdahil oğlunun doğum günü ilə əlaqədar dəfn edildiyi Evoğlu kənd qəbristanlığındakı məzarını ziyarət edərək, qəbri üzərinə gül- çiçək dəstələri qoyub , xatirəsini ehtiramla yad ediblər.
Sonra Tərtər rayon Rafiq Məmmədov adına Evoğlu kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ilə birlikdə həmin kənddə yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib , abidə üzərinə gül-çiçək dəstələri qoyublar. Tədbirdə məktəb kollektivin hazırladığı ədəbi-bədii kompozisiya da nümayiş etdirilib. Rayon təşkilatının sədri Eladr Əsədov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, Ali Baş Komandanın dönməz iradəsi, düşünülmüş rəhbərliyi, ordumuzun məğlubedilməzliyi, hünəri və qətiyyəti sayəsində torpaqlarımızın ərazi bütövlüyünün bərpa edildiyini və şəhidlərimizin qanının yerdə qalmadığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. O bildirib ki, bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan gəncliyi və gələcək nəsillər belə qəhrəman oğullarımızla daim fəxr edib, onları qürurla anacaq.
Rayon təşkilatının sədri Eldar Əsədov və fəallar şəhidin valideyinləri və yaxınları ilə görüşərək, onlara başsağlığı veriblər.
Şəhidin valideyinləri Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident Cənab İlham Əliyevə və birinci xanım Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Yeni ismarıclar