ERMƏNİSTAN BEYNƏLXALQ HÜQUQİ MƏSULİYYƏTƏ CƏLB OLUNMALIDIR

Ermənilər tərəfindən törədilmiş hadisələr nəticəsində xalqımızın tarixinə heç zaman unudulmayacaq qanlı səhifələr yazılıb. Bunlardan biri də 31 mart soyqırımıdır. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
XX əsrin əvvəllərində baş verən soyqırım həmin yüzilliyin sonunda bir daha təkrarlanmış və ermənilər yenə də rus havadarlarının köməyi ilə bütöv bir Azərbaycan şəhərini – Xocalını məhv etmiş, onun sakinlərini amansızcasına qətlə yetirmiş, müsibətlər yaşatmışlar. Bu hadisələr yalnız Xocalıda deyil, Qarabağın digər bölgələrində də törədilmiş, dinc, günahsız insanlar, o cümlədən körpə uşaqlar, qocalar və qadınlar kütləvi sürətdə öldürülmüşdür.
Azərbaycan 44 günlük Vətən Müharibəsində Qələbə çaldıqdan sonra mənfur qonşularımızın digər cinayətlərinin də üstü açılır.
Belə ki, məlum olub ki, Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb. Daha ətraflı »




Rayon polis şöbəsi rayon icra hakimiyyətinin hüquq şöbəsi və rayon təhsil şöbəsi ilə birgə şəhər 1 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” və erkən nigahla bağlı geniş tədbir keçirdi. Tədbirdə rayon polis şöbəsinin, təhsil şöbəsinin və mətbuat nümayəndələri, 1 saylı məktəbin müəllim və şagirdləri iştirak edirdilər.
Sarıcalı kənd tam orta məktəbində Novruz bayramı münasibətilə şənlik keçirildi. Şənliyə rayon təhsil şöbəsinin nümayəndəsi, mətbuat işçiləri, “N” saylı hərbi hissənin əsgərləri, valideynlər dəvət olunmuşdular. Hamı – müəllimlər də, şagirdlər də bayram əhval-ruhiyyəsi ilə qonaqları qarşıladılar. İlk sözü məktəbin direktoru Vəsilə Mehdiyeva söylədi. O, hamını Novruz bayramı münasibətilə təbrik edərək xoş gün-güzəran arzuladı. Məktəbin psixoloqu Esmira Qəhrəmanovanın rəhbərliyi ilə şagirdlərin ifasında hazırlanmış bayram çələngi böyük maraqla qarşılandı. Milli geyimlərdə olan oğlan və qızların ifasında səslənən şeir və mahnılar əsil vətənpərvərlik mövzusu ilə bərabər milli adətlərimizə köklənmişdir. Kosa və Keçəlin, Bahar qızın gəlişi, əsgər geyimli şagirdlərin Vətənimizin 44 günlük qələbəsinin rəmzi mənasını bildirən səhnəciklər bayram iştirakçılarının əhval-ruhuiyyəsinə xüsusi fərəh qatırdı. Şənliyin ən yadda qalan hissəsi böyük xeyir-duası oldu. Nənənin söylədiyi xoş sözlər hamının alqışları ilə qarşılandı. Şagirdlər Bahar qızın söylədiyi tapmacaları cavablandırdılar. Mərasimə toplaşan hər kəs ürək sözlərini sevinclə paylaşdı. Xüsusilə hazırda “N” saylı hərbi hissədə xidmət edən məktəbin məzunu Urxanın söylədiyi təbrik hamının sevincinə səbəb oldu.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1905-1907-ci illərdə Bakıda törədilən erməni vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Bu hadisələr zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib.
Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnaqları Azərbaycan xalqına qarşı zaman- zaman soyqırım həyata keçirməklə yüzlərlə yaşayış məntəqəsini yerlə – yeksan etmiş, 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart da baş verən qanlı hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində faciələrin milli yaddaşındakı təzahürü, repressiyalara məruz qalmanın, insanların doğma dədə-baba yurdlarından didərgin salınmalarının XX əsr tarixindəki ən dəhşətli səhifələridir. Baş vermiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, eləcə də Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konflikti nəticəsində də yüz minllərlə azərbaycanlının öz tarixi torpaqlarında qovulmasına səbəb də ermənilərin yüz illərdən bəri “Böyük Ermənistan” yaratmaq xülyalarına xidmət edən faktordur.
Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Yeni ismarıclar