VAR OLSUN ÇİÇƏKLƏNƏN VƏTƏNİMİZ!
Mən Tərtərdə doğulub boya-başa çatmışam, şəhər 5 saylı orta məktəbini bitirmişəm. Həyat yoldaşım isə rayonumuzun Xoruzlu kəndindəndir.
Tale elə gətirdi ki, ailə qurandan sonra Ukraynaya köçdük. Artıq uzun illərdir, Melitopolda yaşayırıq. Övladlarımız bu ölkədə böyüyüblər, indi isə nəvələrimiz böyüyür.
Vətəndən uzaqda yaşasaq da, Azərbaycan hər birimizin ürəyindədir. Ukrayna dilinə, bu xalqın adət-ənənələrinə hörmətlə yanaşırıq, ancaq danışdığımız dil Azərbaycan dilidir. Övladlarımıza, nəvələrimizə də bu dili öyrətmişik.
Dünyanın müxtəlif guşələrinə səpələnmiş həmvətənlərimiz kimi, biz də Azərbaycanın apardığı 44 günlük müharibənin gedişini diqqətlə izləyirdik. Cəbhədən gələn hər bir qələbə xəbərini bayram kimi qeyd edirdik. Şuşa-nın alınması, ermənilərin kapitulyasiya aktına qol çəkməsi ilə müharibənin başa çatmasını Ukraynada yaşayan bütün azərbaycanlılar böyük coşqu ilə qarşıladılar. Daha ətraflı »
Yeni ismarıclar