19Noy
Payızın möcüzələri
Bax ulduzlar nur çiləyir,
Bu yer hara, qüssə hara?
Qızıl payız nəğmə deyir
Qızıl qəlbli insanlara!
(Nəbi Xəzri)
Hər gülün, hər çiçəyin, öz gözəlliyi olduğu kimi hər fəslin də öz gözəlliyi var. Fəsillər havasıyla, mənzərələrilə bir-birindən fərqlənir. Qış fəsli soyuğu qarı ilə, yaz fəsli təbiətin oyanışı ilə, yay qızmar günəşi, dənizi ilə, payız fəsli isə küləyi və yağışı ilə. Ətrafımdakı insanların hər biri ayrı-ayrı fəsilləri sevirlər – kimisi meyvəsinə görə, kimisi gül-çiçəyinə görə, kimisi qızılı rənginə görə, kimisi havasına görə və sair. Mən də payız fəslini çox sevirəm elə buna görə də bu fəsil haqqında yazmaq istədim.
Payız fəsli ilin 3-cü fəslidir. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan təqvimə görə sentyabrın 23-də payız fəsli girir. Havalar yavaş-yavaş soyumağa başlayır. 21 dekabra qədər davam edən payız fəsli yayla qış arasında bir körpüdür sanki. Daha ətraflı »
17Noy
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”;
Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – bizə əlavə güc verdi.
Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır. Daha ətraflı »
15Noy
Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.
91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Daha ətraflı »
12Noy
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tərtər rayonunda olub.
Qonaqlar əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına gediblər. Daha ətraflı »
12Noy
Noyabrın 8-də Zəfər Günü münasibətilə Tərtər rayonunda yürüş keçirilib.
Yürüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları, minlərlə tərtərli iştirak edib.
Yürüş iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini Daha ətraflı »
12Noy
Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğulla-rının adlarının əbədiləşdirilməsi məqsədilə Zəfər Günü ərəfəsində rayon mərkəzindəki beş küçəyə qəhrəmanlarımızın adları verilib.
Həmin küçələr artıq bu gündən etibarən Azərbay-canın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun, Vətən Mü-haribəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əli-yevin, Azərbaycan Bayrağı ordenli Aslan Hüseynovun və Ruslan Şahbazovun adlarını daşıyır.
Tərtərdə şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.
12Noy
Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ali Baş Komandan İl-ham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını söyləyib. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd edib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz Daha ətraflı »
12Noy
Rayonumuzda şəhidlərin anım günlərinin qeyd olunması milli adətlərimizə və şəhidlərin ruhuna bəslənilən hörmətin əlamətidir. Bu mərasimlərdə rayon rəhbərliyinin və digər rayon təşkilatların nümayəndələrinin iştirakı təmin olunur, şəhid ailələrinin qayğıları və problemləri öyrənilir.
Bu günlərdə Vətən müharibəsi şəhidlərindən Mehdiyev Yasən Alim oğlunun, Əliyev Anar Vaqif oğlunun, Qasımov Azər Yaqub oğlunun, Hüseynzadə Elgiz İbrahim oğlunun, Məmmədov Səbuhi Zahid oğlunun və mülki şəhid İsmayılzadə Orxan Rəhbər oğlunun anım günləri keçirilmişdir.
12Noy
Tərtər rayonunun Mamırlı kəndində Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş Mamırlı və Poladlı kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsinin açılışı olub.
Tədbirdə ilk olaraq vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklillər və gül dəstələri düzülüb.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük Vətən müharibəsində Tərtər rayonuna dəyən ziyandan, müharibədən sonra aparılan tikinti-quruculuq və təmir-bərpa işlərindən danışıb. Tədbirdə Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Elşən və Xaliq Abbasovların atası Asif Abbasov, şəhid Pərviz Orucovun anası Dilruba Orucova, şəhid Mirşəmsi Babazadənin atası Elşad Babazadə, şəhid Fizuli Qəhrəmanovun bacısı Havva İbrahimova və digərləri çıxış edərək Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla Daha ətraflı »
12Noy
Xatirə bulağı rayonun Şıxarx qəsəbəsində Vətən müharibəsi şəhidlərinin adına salınan bağda inşa edilib. Zəfərin I ili münasibəti ilə inşa edilən Xatirə bulağının açılışında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif rayonlardan olan şəhid ailələrinin üzvüləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Daha ətraflı »
Yeni ismarıclar