30Avq
“ŞƏHİD BULAĞI” İSTİFADƏYƏ VERİLİB
Əvvəlcə Tərtər rayonunun Kəbirli kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Hüseynov Elnur Əhliman oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Elnur Hüseynovun qısa, lakin şərəfli həyat yolundan danışıb, ötən ilin sentyabrın 27-də başlanan və qısa müddətdə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edib.
Göstərib ki, şərəfli döyüş yolu keçən və noyabrın 14-də Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Elnur Hüseynov və onun kimi Daha ətraflı »
30Avq
Şəhid qapısı–qürurla döydüyümüz, şəhid evi fəxrlə daxil olduğumuz ocaqdır. Şəhid ata-anası–qarşısında daim baş əydiyimiz insanlardır. Şəhidlik – Allah tərəfindən lütf olunmuş və bəxş edilmiş ən uca zirvədir! Şəhid adı bir ömür boyu borclu olduğumuz müqəddəs addır. Bir sözlə, şəhidlər qürurumuz və fəxrimizdir! Bütün bunlarla yanaşı, daim axtardığımız, yolunu hər an gözlədiyimiz, əksi gözlərimizdən silinməyən, ürəyimizin həsrət yarası olan igidlərimizdir! Sizin etdiklərinizin qarşılığında bizlərin axıtdığı göz yaşlarımız, sözlərimiz acizdir. Bəlkə də çatdığınız məqamları görəndə yenidən doğularaq qəhrəmanlıq, şücaət göstərmək istərdiniz. Axı, sizin canınızda-qanınızda qəhrəmanlıq, igidlik olmasaydı bu uca adı qazana bilməzdiniz. Hər birinizdən yazanda, haqqınızda sizə layiq söz axtarıram ki, söylədiyim, yazdığım sizin Şəhid ruhunuza yaraşan olsun.
Bu gün də şəhidlər haqqında yazacağam. Rayonumuzun erməni təcavüzündən tez-tez zərər görən Hüsənli kəndinin şəhidlərindən. 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərmiş 2 şəhidini xatırlayacağam.
Məmmədov Taleh Arif oğlu.
Doğum tarixi 1999-cu il yanvarın 16-sı. Uşaqlığı və yeniyetməliyi bu kənddə – Hüsənlidə keçib. Həmin kəndin tam orta məktəbinin yetirməsi olub. Uşaqlıqdan bir arzusu vardı – idmançı və hərbiçi olmaq. Böyüdü, hərbi xidmət dövrü çatdı. Vətən qarşısındakı borcunu ödəmək üçün əsgəri xidmətə yollandı. İl yarım nə idi ki?! Bir göz qırpımında gəlib keçdi. Xidmətdən geri qayıdanda ata-anasının yanına təşəkkürnamə ilə döndü. Hamı qürurlandı. Valideynlərinə gözaydınlığı verənlər də çox oldu. Xidmət müddətində hərbiçi olmaq istəyi bir az da çoxaldı.Elə çoxaldı ki, onun yolunu yenidən hərbi hissəyə gətirdi. Müddətdən artıq xidmətə yazıldı. Ata-anasının təkidinə baxmayaraq, hərbiçi oldu. Elə xidmət etdi ki, ilk günlərdən Daha ətraflı »
30Avq
Hüseynov Eşqin Cəsarət oğlu
1998-ci il yanvarın 20-də böyüdüyü, Tərtərin Hüsənli kəndində doğulub. Uşaqlığından ailəsinin dəli-dlu övladı olub. Əsgərlik vaxtı çatanda kənddəki həmyaşıdları kimi xidmətə yollanıb. Hərbi xidməti Bakı şəhərində keçib. Fövqəladə hallar bölməsində əsgəri xidmətini ləyaqətlə başa vurub. 2018-ci ilin aprel ayında doğma kəndinə qayıdıb. Boş-bekar qalmayıb, ticarətlə məşğul olub. Sonra müddətdən artıq hərbi xidmətə yazılıb. Həm əsgərlik vaxtı həm də müddətdən artıq xidmətdə hərbi hissənin sevimlisinə çevrilib.Komandirlərin verdiyi tapşırıqları ləyaqətlə yerinə yetirməyə çalışıb. Həm də elə burada xidmət müddətində talehini bağlayacaq bir el qızı ilə sövdələşib. 2020-ci il sentyabrın 17-də 5 günlük məzuniyyət götürərək evlərinə gəlib ki, ata-anası gedib həmin qızın razılığını alsınlar. El adəti ilə nişan aparılasıydı…
Məzuniyyət müddəti başa çatdıqdan sonra Eşqin hərbi hissəyə döndü, hərbiçi yoldaşlarına yaxınlarda nişan qoyduracağından danışdı. Daha ətraflı »
30Avq
Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev 2021-ci il 26 avqust tarixində Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində bir daha bu əminliyi ifadə etmişdir ki, hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
Ölkə başçısı şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Daha ətraflı »
24Avq
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin möhkəmləndirilməsində, sosial-iqtisadi və humanitar sahədə dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və dünya dövlətləri sırasında nüfuzunun artmasında xidmətləri əvəzsizdir. Bu amillərin onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirirdi. Mehriban xanım Əliyevanın fəaliyyətinin aşağdakı istiqamətlər üzrə xarakterizə etmək olar.
-Yeni Azərbaycan Partiyasının sədr müavini kimi fəaliyyəti;
– Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti;
– Ulu Öndərin adını daşıyan Fondun prezidenti kimi fəaliyyəti;
– Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü kimi fəaliyyəti;
– UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti.
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır. Daha ətraflı »
21Avq
Laçın və Kəlbəcər təkcə düşmən ölkə ilə dövlət sərhədimizin mövcud olduğu məkan deyil. Ora həm də Şərqi Zəngəzuru gələcəkdə Qərbi Zəngəzurla birləşdirəcək əsas kilid nöqtəmiz və ya körpümüzdür. Məhz bu mənada möhtərəm Prezident İlham Əliyrvin Laçın və Kəlbəcərə səfər etməsi olduqca əhəmiyyətlidir. Çünki hazırda bu ərazilər revanşist Ermənistanın silahlı qüvvələrinin tez-tez atəşə tutduğu əsas istiqamətlərdən biridir. Bundan əvvəl ermənilər Kəlbəcərin Azərbaycanın nəzarətində olmadığı görüntüsünü yaratmağa çalışırdılar. Lakin Prezident İlham Əliyev çətin relyefinə, yolsuzluğuna və ermənilərin atəşkəsi tez-tez pozmasına baxmayaraq Kəlbəcərə səfər planından vaz keçmədi. O, bütün risklərə və təhdidlərə baxmayaraq bu səfəri gerçəkləşdirdi və Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həm Kəlbəcərə, həm də Laçına gedib orada görülən işlərlə tanış oldu, təməlqoyma mərasimlərində iştirak etdi, eyni zamanda olduqca mühüm açıqlamalar verdi. Prezidentin hazırkı həssas və kritik dönəmdə Kəlbəcər və Laçın rayonuna səfəri Daha ətraflı »
20Avq
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyanı sahələrinin suvarılması, özünü-məşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
İcra başçısı Respublika Prezidentinin 6 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşların şəxsi əm-laklarına dəymiş ziyanla bağlı onlara kompensasiyaların ödəniləcəyini bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib. Daha ətraflı »
20Avq
Şəhidimiz Əlizadə Elşən Faiq oğlunun cənnətdəki ilk doğum günü münasibətlə Tərtər Ra-yon İcra Hakimiyyəti, SHXÇDX-nin Tərtər rayon şöbəsi, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
Əlizadə Elşən Faiq oğlu 10 avqust 1995-ci ildə Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. 2020-ci il sentyabrın 27-dən ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib və qəhrəmancasına şəhid olub. 16 oktyabr 2020-ci ildə doğulduğu İsmayılbəyli kənd qəbristanlığında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
20Avq
16 avqust 2021-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun qurumlarının qəbul mərkəzlərində, habelə DOST mərkəzlərində vətəndaşların qəbulu və müraciətlərinə baxılması yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda həyata keçiriləcək.
Vətəndaşların Nazirliyin elektron xidmətlərinə etdikləri müraciətlərə baxılması da COVİD-19 pasportuna malik olmaları barədə məlumat daxil edildiyi (o cümlədən ünvanlı dövlət sosial yardımı ilə əlaqədar müraciət zamanı Ərizə-bəyannamədə qeyd edildiyi) halda həyata keçiriləcək.
Nazirliyin açıqlamasına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində tətbiq olunan bu qayda da əhalinin sağlamlığının qorunması məqsədilə aparılan vaksinasiya prosesində vətəndaşların daha fəal iştirakının təşviq edilməsinə, özlərinin və ətrafdakıların pandemiyadan qorunmasına münasibətdə məsuliyyətin artırılmasına xidmət edir.
20Avq
ENİŞLİ-YOXUŞLU ÇƏTİN YOLLAR
16 ildir ki, qolboyun yol gedirik. Bu yolun çala-çuxuru da olub, hamar yerləri də. Birlikdə büdrəmişik, səndirləmişik, amma yıxılmamışıq, ayaq üstə durmağı bacarmışıq. Yolun başlanğıcında çox əziyyətlər və məhrumiyyətlər çəkmişik. Elə bilin ki, bazara nəsə almağa gedirsiniz, amma cibinizdə 1 manat da olsun pulunuz yoxdur. Lakin alış-veriş etməlisiniz. Yerimiz yox, yurdumuz yox, qələmimiz yox, kağızımız yox. Di gəl qəzet nəşr etdir görüm, necə etdirirsən?! Ən yaxın mətbəə isə ya Gəncə şəhərində, ya da Mingəçevir şəhərində idi. Bəzən yol pulumuz da olmurdu ki, səhifələrin plyonkalarını həmin mətbəələrə aparaq. Digər bir çətinlik də vardı–qəzetin səhifələri çapa getməmişdən əvvəl siqnal nüsxələrini rayon icra haki-miyyətinin başçısına göstərməliydik və o, razılıq verəndən sonra qəzet çap oluna bilərdi. Vay o günə ki, başçı səhifələrdə dəyişiklik edəydi! Onda Mingəçevirə və ya Gəncəyə bir qəzetin nəşrindən ötrü 2-3 dəfə gedib gəlməliydik. Hələ bu harasıdır?! Bir tənqidi material yazmağa ixtiyarımız yox idi. Yazsaq da, üstündən qara qələmlə xətt çəkilirdi – “Olmaz!”.Yəni qəzet rayon icra başçısının qəzeti idi biz də onun ”buyruqçuları”. Onun dediyilə oturub-durmalıydıq, çünki abunə yazılışını o təşkil edirdi, yoxsa… Daha ətraflı »
Yeni ismarıclar