Prezident İlham Əliyev mayın 31-də “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödə-nilməsi üçün 20 ədəd subar-tezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
-
10İynXəbərlər SUBARTEZİAN QUYULARI QAZILACAQ üçün şərhlər bağlıdır
-
10İynXəbərlər YOLLAR YENİDƏN QURULUR üçün şərhlər bağlıdır
Tərtər rayonunda 11 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsinin avtomobil yolları yenidən qurulur.
Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli kəndlərinə gedən avtomobil yolları 7 minə yaxın əhalinin yaşadığı 5 kəndin rahat gediş-gəlişini təmin edəcək.
Texnoloji ardıcıllıqla IV texniki dərəcəyə uyğun yenidən qurulan yollar 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Daha sonra “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollara yeni asfaltbeton örtüyünün döşənməsi işlərinə də başlanılacaq.
İşlərin qısa müddət ərzində yekunlaşdırılması və yolların müasir görkəmdə vətəndaşların istifadəsinə verilməsi üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub. -
10İynDigər Respublika mətbuatının səhifələrindən üçün şərhlər bağlıdır
QƏHRƏMAN TƏRTƏRİ GÖZLƏYƏN SABAH
Otuz illik müharibə tariximiz təkcə özümüzü yenidən tanımağa deyil, həm də cəbhəyanı bölgələrimizi durumunu, opnun təbii coğrafi resurslarını yenidən tanımağa, yenidən öyrənməyə səbəb oldu. Bir faktı vurğulamaq yerinə düşərki, bu müharibədə Tərtər rayonu “Azərbaycanən Salinqradı adını qazandırdı. Təbii ki, bu da Tərtər rayon sakinlərinin bütövlükdə bu bölgədə yaşayanların dəyanətini, torpağa bağlılığını, xüsusilə düşmənə qarşı olan böyük qəzəblərini, həm də onların cəsarətini nümayiş etdirdi. Hər kəs gördü ki, tərtərlilər öz kəndləri, öz əkin-biçin sahələri, öz yurd-yuvaları üçün necə vuruşur, necə döyüşür. Bu isə bütöv bir müharibə salnaməsinin yalnız bir hissəsidir. Deməli, Azərbaycanın ərazi inzibati vahidi olan Tərtər rayonu bütövlükdə düşmənlə üz-üzə həm vuruşdu, həm yaşadı, həm də yaratdı.Tərtər rayonu Sovet dönəmində Mirbəşir adı ilə tanınsa da, 1991-ci ilin fevralında ona öz qədim adı qaytarıldı. Bu tarixi ədalətin bərpası təkcə ideoloji məsələ deyildi, bu həm də Azərbaycan tarixinin yeni baxışı idi.
Deməli, coğrafi baxımdan keçmiş muxtar vilayətlə həmsərhəd olan Tərtər rayonu həm dağlıq, həm də Aran torpaqları ilə diqqəti çəkir. Yəni, buranın relyefi elədir ki, dağlıq, düzənlik, dağətəyi sahələr bir-birini tamamlayır. Rayonda məhz həmin o dağlıq hissələrdən axıb gələn çayların gətirdiyi bol suların hesabına əkinçilik zaman-zaman inkişaf etdirilibdi. Daha ətraflı » -
10İynƏdəbiyyat 2021-ci il-“Nizami Gəncəvi İli” üçün şərhlər bağlıdır
ZAMAN VƏ MƏKANI BİRLƏŞDİRƏN KÖRPÜ
XII yüzildə bu qədim diyarda bir Günəş parladı. Bu Günəş 880 ildir ki, parlaq ziyası ilə dünyamızı işıqlandırır. Bəşəriyyətə, insanlığa nur çiləyir.
Bu Günəş Azərbaycan xalqının dahi şairi Nizami Gəncəvidir.
Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində doğulub böyümüş, burada da mükəmməl təhsil almışdır. Yaradsıcılığının ilk çağlarında saraylarda yaşamağa can atsa da, ancaq tez bir zamanda bu fikirindən daşınmışdır. Artıq “Sirlər Xəzinəsi”ni yazanda şair saraylara nifrət edir, saray şeirlərini isə ciddi tənqid edirdi. Xalq ilə yaxınlığı onu çox erkən həyatın və sənətin həqiqətini dərk etməyə gətirib çıxarmışdır.
Elmi araşdırmalarda göstərilir ki, onun fəlsəfə, riyaziyyat, biologiya, astrologiya, kimya, tibb sahəsindəki dərin biliyi o cümlədən Quranı müfəssəl bilməsi, islamın fəlsəfi və qanunlarına münasibəti xüsusi önəm kəsb edir.
Nizaminin əsərlərini oxuduqca insanın gözü qarşısında həssas, nəcib, gözütox, dərindüşüncəli, cavanlığından özünü müdrik bir qoca kimi aparan nurani bir insanın heykəli ucalır.
880 ildən çoxdur ki, onun hər beyti, hər misrası Nizami buradadır deyir. Daha ətraflı » -
10İynƏdəbiyyat POEZİYA DÜNYASININ DAHİSİ üçün şərhlər bağlıdır
Böyük mütəfəkkir Nizami Gəncəvini bizdən əsrlər ayırsa da onun bədii-estetik ideyaları, dərin xəlqiliyi, vətənpərvərlik və beynəlmiləlçiliyi, xalqımıza məhəbbətlə dolu poemaları indi də hər kəs üçün müasirdir, doğmadır.
2021-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi bütün xalqımızın böyük ruh yüksəkliyinə səbəb olub.
Nizami Gəncəvi–İlyas Yusif oğlu Nizami Azərbaycan farsdilli poeziyasının klassikidir.
Nizami Gəncəvi XII əsrdə yaşayıb yaratsa da, bütün dövrlər üçün aktual və müasir olan əsərlərin müəllifi kimi şöhrət qazanmış dünya ədəbiyyatının böyük klassiklərindən biridir.
Şair dünya ədəbiyyatının Makedoniyalı İsgəndəridir. Makedoniyalı İsgəndər öz qılıncı və hərbi şücaəti ilə nə qədər dünya ölkələrini fəth edə bilmişdirsə, Nizami də qələmi ilə, sənətinin qüdrəti ilə, sözünün hikməti ilə dünyanı fəth etmiş çox böyük sənətkardır.
Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xal-qımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Böyük sənətkarın bütün həyatı və zəngin ədəbi fəaliyyəti həmin dövrdə təkcə Azərbaycanın və Qafqazın ən iri şəhəri deyil, eyni zamanda Yaxın və Orta Şərqin mühüm mədəniyyət mərkəzi kimi tanınmış Gəncə ilə bağlıdır. Şair ömrü boyu burada yaşayıb yaratmış və dünya poeziyasına bir-birindən dəyərli söz sənəti inciləri bəxş etmişdir. Daha ətraflı » -
10İynMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
ƏXLAQSIZ DİN, DİNSİZ ƏXLAQ OLMUR
Əgər dinlə əxlaq elminin rabitəsinə diqqət etsək görərik ki, bu rabitə ümum ilə xüsusun rabitəsidir. Yəni din ibarətdir: əqaid, əxlaq, əməli əhkamlar. Ancaq insanda olan dinlə əxlaqın rabitəsini gözdən keçirtsək görərik ki, dinlə əxlaqın rabitəsi mükəmməl bir rabitədir. Din gəlib ki, əxlaqı təkmilləşdirsin. Həzrət Peyğəmbər (s) buyurur: “Mən əxlaqın yaxşılıqlarını təkmilləşdirmək üçün məbus olmuşam”. Ona görə də hər iki halda din və dindarlıq əxlaqsız olmaz. Əxlaq da din olmadan naqis qalar.
İslam əxlaqının tövhid kimi kökləri vardır. Din həqiqətdə əxlaq sütununun üzərində qurulmuşdur. Allaha etiqad bəsləmək bütün əxlaq fəaliyyətlərinin mehvəridir. İnsanda Allaha yaxınlaşmaq stimulu yardır.
Şəhid Mütəhərri buyurur: “Allahı tanımaq – əxlaqın sütunudur. Insaniyyət əxlaq olmadan məna kəsb etməz. Həm də mənəvi məsələ əxlaq olmadan məna qazanmaz. O zaman ki, bəşər ruhunda sütun olmaz, insanlıq nə üçün olar? (Bu əxlaqın) sütunu yoxdur”.
Belə bir sual yaranır ki, əgər iman olmadan əxlaqlı olmaq mümkün deyilsə, bəs niyə Avropa ölkələrinin bir çoxunda yalandan, töhmətdən, oğurluqdan çəkinirlər?
Şəhid Mütəhərri bu haqda buyurur: “Bu sözləri çox eşitmişəm. İnsanın üç növ mənliyi vardır.
1. Şəxsi mənliyi.
Bəzi vaxtlar insan ancaq özünü görür və ətrafında elə bir dairə çəkib ki, özündən başqasını görməsin. Özündən başqa hamısı bu dairədən xaricdə qalırlar. Bu, özünə pərəstişin zəif formasıdır.
2. Ailə mənliyi. Daha ətraflı » -
10İynDigər TÜRKİYƏ İLƏ BÜTÜN SAHƏLƏRDƏ ƏLAQƏLƏR DAVAMLI YÜKSƏLƏN XƏTT ÜZRƏ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır
Ölkəmiz müstəqillik qazandıqdan sonra qardaş Türkiyə ilə münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edir. Hər şeydən əvvəl eyni soykökə, dinə, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızı sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Təsadüfi deyil ki, bu gün hər iki xalqın nümayəndələri özünü Ulu Öndər Heydər Əliyevin təbirincə desək bir millət iki dövlətin vətəndaşı hesab edirlər. Strateji baxımdan dövlətlərarası siyasi-iqtisadi əlaqələr də aramzda olan dostluq və qardaşlıq bağları əsasında daha da möhkəmlənir. Bu gün hər iki Dövlət Başçısı arasında çox isti və mehriban səmimi münasibət vardır. Məhz hər iki liderin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan və Türkiyə xalqları biri-birinin sevincinə sevinir, kədərinə şərik olmaqdadırlar. Odur ki, Əliyev-Ərdoğan birliyi Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsini, hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini şərtləndirir. Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə daima qardaş ölkənin maraqlarını dətəkləmiş, Türkiyənin isə öz növbəsində dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirmişdir. Həmçinin görüşlərin birində Dövlət başçısı çıxışında Türkiyənin iştirakı olmadan bölgədə və dünyada heç bir məsələnin öz həllini tapa bilmədiyini önə çəkərək bildirmişdir ki, “Biz buna çox sevinirik, çünki Türkiyənin gücü bizim gücümüzü artırır. Bizim gücümüzün birləşdirilməsi bizi daha da güclü edir”. Daha ətraflı »
-
08İynDigər HƏYATA KEÇİRİLƏN UĞURLU İSLAHATLAR NƏTİCƏSİNDƏ AZƏRBAYCAN QLOBAL MİQYASDA SÜRƏTLİ İQTİSADİ ARTIM TEMPİNƏ MALİK ÖLKƏLƏR SIRASINA DAXİL OLUB üçün şərhlər bağlıdır
Son illər ölkəmiz yalnız beynəlxalq arenada, diplomatiya və ümumilikdə daxili və xarici siyasətdə deyil, iqtisadi sferada da nəzərəçarpacaq uğurlar əldə edib. Ötən ilin ən yadda qalan siyasi hadisəsi olan İkinci Qarabağ müharibəsi Azərbaycanın yalnız hərbi-siyasi gücünü, iradəsini deyil iqtisadi qüdrətini nümayiş etdirmiş oldu.
Azərbaycan iqtisadiyyatı çoxfunksiyalı, şaxələnmiş şəkildə inkişaf edir ki, bu da çətin sınaq olan 44 günlük müharibədə öz sözümüzü deməyə imkan verən əsas səbəblərdən oldu. İqtisadi qüdrət, siyasi və hərbi gücü tamamlayan mühüm amildir. Müharibədən sonra da ölkəmiz iqtisadi qüdrətini artırdı. Postmüharibə dövrünün Azərbaycan iqtisadiyyatını qısa şəkildə təhlil etsək görərik ki, xeyli sayda uğurlu gedişlər olub.
Ümumiyyətlə bu bir faktdır ki, iqtisadiyyatın təhlili və inkişaf meyllərini müəyyən etmək üçün ilk növbədə makroiqtisadiyyat, pul və məzənnə siyasəti, valyuta bazarı, bank sektoru, ödəniş və sığorta sistemlərində baş vermiş dəyişikliklərə diqqət yetirilməlidir. Daha ətraflı »
-
04İynDigər AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ QLOBAL ÇAĞIRIŞLARLA ÇIXIŞ EDƏN NADİR ÖLKƏLƏRDƏNDİR üçün şərhlər bağlıdır
31 May 2021-ci il tarixdə Ölkə Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında növbəti bir çıxışını izlədik. Burada günün ən aktual problemi olan pandemiya ilə əlaqədar dünyada mövcud vəziyyət və görülən işlərlə bağlı müzakirələr aparılırdı. Prezident İlham Əliyev də bu sahə üzrə Ölkəmizdə görülmüş işlərlə bağlı hesabat xarakterli məruzə etdi.
Prezident öz çıxışında pandemiyanın ilk günlərindən əhaliyə mənfi təsir elementlərinin minimuma endirilməsi məqsədilə ciddi tədbirlərin görüldüyü, o cümlədən qısa vaxt ərzində 13 modul tipli və 1 daimi xəstəxananın tikilib istifadəyə verildiyini bildirdi.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, xəstəliyə qarşı mübarizə üçün təyin olunmuş xəstəxanalarda çarpayının sayı 10 mindən artıqdır. Daha ətraflı »
Yeni ismarıclar