19May
Ötən illər ərzində dünyada baş verən bir sıra təlatümlü hadisələrin, qlobal böhranların, pandemiyanın yaratdığı ciddi çətinliklərin özünü daha açıq şəkildə büruzə verdiyi bir vaxtda Azərbaycan və onun dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası nəinki bütün bunların təsirlərini minimum həddə endirməyi bacardı, həm də dinamik inkişaf tempini qoruyub saxladı. Muxtar respublikanın bölgələrində sosial infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin hər il daha da yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin məşğulluğunun artırılması davamlı yüksəlişi xarakterizə edən amillər sırasında yer alır.
May ayının 10-da Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri edərək son vaxtlarda Muxtar Respubılikada görülən işlər, həyata keçirilən layihələrlə tanış olub və səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Dövlətimizin başçısı öz geniş müsahibəsində qeyd edib ki, Daha ətraflı »
18May
Şuşa şəhərinin mədəniyyət paytaxtı elan edilməsinin ardınca 12-13 may tarixlərində burada “Xarı bülbül” festivalının keçirilməsi bizim üçün ən dəyərli arzulardan olmuşdur. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu bunu bizə nəsib etdi. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha möhtəşəm qələbəmizin, Şuşaya zəfərlə qayıdışımızın təcəssümü oldu. Hələ 1989-cu ildə Şuşada ilk dəfə keçirilmiş festival ermənilərin şəhərimizi işğal etdiyi vaxtdan 32 il sonra yenidən Cıdır düzündə baş tutdu. Böyükdən kiçiyə hər bir soydaşımız bu möhtəşəm hadisəni böyük qürur hissi və sevinclə qarşıladı. Uzun illərdən sonra Xalqımız tarixi ədaləti bərpa etdi.
Prezident İlham Əliyev festivalın açılışında çıxış edərək bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi. Eyni zamanda növbəti ildə Şuşanın 270 illik yubileyinin qeyd olunacağı bildirildi. Bu məqəmda İlham Əliyevin “Əziz Şuşa biz qayıtmışıq”, “Əziz Şuşa biz səni dirçəldəcəyik” ifadələri ilə və böyük fəxarət hissi ilə Şuşanın azad olunması xəbərini xalqına çatdırdığı gün xatırlanır. Bəli artıq tarixi Qarabağımıza, o cümlədən doğma Şuşamıza xalqımızın milli-mənəvi dəyərləri qayıtmaqdadır. Cənab Prezidentin təbirincə desək Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə tədbirdə yer almışdılar. Bu bir daha sübut etdi ki, Azərbaycan multikultural ənənələrə sadiq bir ölkədir. Bundan əlavə Vətən müharibəsi də bir daha onu göstərdi ki, Azərbaycan bütün xalqların vətənidir, burada hər bir millətin nümayəndəsi dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır. Bizim ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Daha ətraflı »
16May
2020-ci il noyabrın 8-i Şanlı Qələbəmiz, Zəfər günü kimi Azərbaycan tarixinə əbədi yazıldı. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi.
8 may – bu tarix 28 illik Şuşa həsrətinin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 1992-ci ilin məhz bu günü işğal edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadı Şuşa. Onunla bərabər, Azərbaycan xalqı da ağrı-acılar və həsrət içində qıvrıldı. Lakin Azərbaycan xalqının ümidi heç bir zaman itmədi, məhz bu səbəbdən 28 illik əsarətə dözdü, tab gətirdi. Artıq mayın 8-i də öz bədbinliyini itirib. Azərbaycan Xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd etməyəcək.
Doğma torpağın hər qarışı, hər bir şəhər və kəndimiz bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Daha ətraflı »
07May
10 may – ümummilli lider, mərhum prezident, dövlət xadimi, böyük siyasətçi Heydər Əliyevin doğum gündür. Bu il 98-ci ildönümü olan bu tarixin qeyd olunması bir ənənə halını almışdır.
Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən
Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, birinci müavini, 1967-ci ildən
isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
Həmin illərdə o, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali Soveti sədrinin müavini olmuşdur. Daha ətraflı »
07May
44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən Tərtər rayonunda da yol infrastrukturunun yenidənqurulması işlərinə baş-lanılmışdır.
Belə ki, respublika əhəmiyyətli “Bərdə-İstisu” avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsi və şəhərin 11 küçəsi, 3 küçənin isə döngəsi asfaltlanmışdır. Yerli əhəmiyyətli “Kovdadıq – Rəcəbli”, Seydimli və Düyərli yolları təmir edilmişdir. Hazırda “Azad Qaraqoyunlu-İlxıçılar-Aşağı Qapanlı-Evoğlu-Köçərli” kəndlərini birləşdirən avtomobil Daha ətraflı »
07May
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarına uyğun olaraq növbəti dəfə qəbul edib.
Sakinləri narahat edən məsələləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı icra başçısı COVİD-19-la mübarizədə vətəndaşlarımızı dövlətin atdığı addımlara dəstək olmağa çağırıb.
Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını, ölkəmizdə eləcə də rayonumuzda Vətən müharibəsindən dərhal sonra aparılan tikinti-abadlıq, bərpa işləri ilə bağlı möhtərəm Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
07May
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 iyun 2020-ci il tarixli, 2075 nömrəli Sərəncamına uyğun olaraq Tərtər rayonunun Xoruzlu kəndində 432 şagird yerlik tam orta məktəbin tikintisinə başlanılıb. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xoruzlu kəndində məktəbin tikinti işləri ilə yerində tanış olub, müvafiq tövsiyələrini verib.
Artıq yeni məktəbin bünövrəsi tökülüb, izolyasiya olunub, hazırda hörgü işləri aparılır.
Məktəbin həyətində hər birinin Daha ətraflı »
07May
Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Tərtər rayonunda da müntəzəm surətdə bu istiqamətdə işlər davam etdirilir, baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır. Rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsində respublikamızda barama istehsalı ildən-ilə artır.
Ötən il Tərtər rayonunda 12,1 ton barama istehsal edilmişdir. Bu il isə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 350 qutu barama qurdu gətirilərək kümçülərə paylanması təmin edilmişdir. Rayonun 30 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilmiş, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.
Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.
07May
EVOĞLU KƏNDİNİN ŞƏHİDLƏRİ
OĞUL ƏVƏZİ NƏVƏ
Mürşüd ata nənəsinin himayəsində böyümüşdü. Ata-ana qayğısı görməmişdi. Ata-ana əvəzində nənəsi Çiçək nəvələrini
özü böyütmüş, nəvaziş göstərmişdi. Deməyəsən onun alın yazısı elə yarımçıq yazılıbmış. Haqqında söhbət açmaq istədiyim 44 günlük Vətən müharibəsində şəhid olmuş Əhmədzadə Mürşüd Müdahil oğludur.
Mürşüd 2000-ci il aprelin 1-də Evoğlu kəndində anadan olub. Hələ uşaq yaşlarında ata-anasının arasında narazılıqlar olduğundan ailə dağılmış bacısı Gülnarə və Mürşüd məhkəmənin qərarı ilə atanın yanında qalası olubmuşlar. Bir müddətdən sonra atası da ikinci dəfə ailə həyatı qurub, başqa yerdə yaşamalı olub.
Daha ətraflı »
07May
2020-ci ilin 44 günlük Vətən müharibəsi Ölkəmizin Zəfər tarixi sayılır. İl-lərdən bəri mənfur ermənilərin qəddarlığından vətəndaşlarımız zillət çəkiblər. Parçalanmış torpaqlarımızın sakinləri dədə-baba yurdlarından didərgin düşüblər. Erməni əsirliyində təkcə insanlarımız deyil torpaqlarımız da təcavüzə məruz qalaraq, dağıdılmış, talan olmuşdur.
Nəhayət, 44 günlük müharibədə bütün bunlara son qoyuldu. İgid oğullarımız bir yumruq kimi birləşib, düşmənin payını verərək, yerlərini göstərdilər. Onları əzəli torpaqlarımızdan çıxararaq, Prezidentimizin təbirincə desək, “İti qovan kimi qovdular”. Əlbətdə, bütün bunlar igid oğullarımızın canları-qanları bahasına başa gəldi. Bəzi ocaqlarımızın tək oğulları şəhid oldular, bəzilərində isə 2 qardaş Vətənin müdafiəsində qurbana döndülər. Daha ətraflı »
Yeni ismarıclar