Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tapşırıqlarına əsasən, Tərtər şəhərində, həmçinin rayonun qəsəbə və kəndlərində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir, tənha, ahıl sakinlərə, aztəminatlı ailələrə, o cümlədən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yardımlar göstərilir.
Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, Heydər Əliyev Fondunun, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyevin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Qızıl Aypara Cəmiyyətinin Tərtər Rayon Bölməsinin, Türk İşbirligi və Koordinasyon Ajansı Başkanlığının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə ümumilikdə 3689 nəfər aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha ahıl insanlara ərzaq yardımı və gigiyenik vasitələr paylanıb. Daha ətraflı »
-
03İynSosial ƏRZAQ YARDIMI DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
-
03İynƏdəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır
Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı » -
03İynDigər Təbiət insan həyatının özü deməkdir üçün şərhlər bağlıdır
TƏBİƏT BİZİM ANAMIZDIR
Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz
özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır.
Bizim yaşadığımız dünya çox gözəldir. O həm də əsrarəngiz və maraqlıdır. Biz zəngin və füsunkar bitki-lər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysızhesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Daha ətraflı » -
03İynDigər TƏBİƏTİ QORUMAQ BORCUMUZDUR üçün şərhlər bağlıdır
Məlumdur ki, son illərdə ölkəmizdə böyük quruculuq işləri aparılır, yeni yollar çəkilir, yaşayış binaları tikilir, onların ətraflarında meşə zolaqları, parklar salınır. Digər tərəfdən respublikamız ekoloji cəhətdən zəngindir. Bitkilər, heyvanlar aləminin müxtəlifliyi də çoxdur. Bu aləmin zərər verənləri də çoxdur. Ağacları təkcə əkməklə iş qurtarmır, ona vaxtlı-vaxtında qulluq göstərmək lazımdır.
Əvvəllər belə təsəvvür var idi ki, bəzi yerlər şoran torpaqlardır, orada yaşıllıqlar salmaq olmaz. Ancaq hazırda salınmış yaşıllıqlar onu göstərir ki, bu fikirlər doğru deyil.
Elə meşə sahələri var ki, orada qurumalar gedir, ziyanvericilər ağacların sıradan çıxmasına səbəb olur. Bu da ekologiyanın pozulmasına, korlanmasına gətirib çıxarır. Bunu aradan qaldırmaq üçün ziyanvericilərə qarşı vaxtında mübarizə aparmalı və ağacların sağlam inkişafının təmin olunması üçün onlara lazımi qulluq göstərilməlidir. Daha ətraflı »
Yeni ismarıclar