ERMƏNİ XƏYANƏTKARLIĞI
Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövründə İrəvanın 9 min kv. kilometr ərazisi ermənilərə güzəştə gedildi. Bundan sonra özlərinə Ermənistan adlı dövlət yaradan ermənilər daha da şirnikləndi və onların Şərur-Dərələyəz, Göyçə ətrafı ərazilərə, sonra isə Qarabağ torpaqlarına olan iddiaları sonu bitməyən milli ədavətə, milli münaqişəyə səbəb oldu. Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq siyasəti sovet hakimiyyəti qurulduqdan sonra daha məqsədyönlü və planlı şəkildə həyata keçirilməyə başlandı. Sovet imperiyası 1920-ci il 28 apreldə Azərbaycanı işğal edərkən ermənilər Qarabağda “sifarişli qiyam” törətmiş, bunun nəticəsində isə XI Qırmızı Ordu Azərbaycanı asanlıqla işğal edə bilmişdi. Bolşevik Rusiyası isə ermənilərin bu “xidməti” müqabilində Qarabağı Azərbaycandan alıb Ermənistana verməli idi.
Ermənilərin torpaqlarımızı ələ keçirmək uğrunda mübarizəsi Rusiyanın dəstəyi ilə həmişə acı nəticələr vermişdir.
Ermənistanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq təşəbbüsləri o zaman Azərbaycanın rəhbəri olan Nəriman Nərimanovun sayəsində qətiyyətlə rədd edilmişdi. Bundan sonra Azərbaycanın tərkibində 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Ermənilər bu torpaqları ələ keçirmək üçün Moskvada dayanmadan işlər aparırdılar. 50-ci illərin sonu, sonra isə 1965-ci ildə Ermənistanda anti-Azərbaycan əhval-ruhiyyəsi yenidən gücləndi və Qarabağ Komitəsi geniş fəaliyyətə başladı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ermənilərin planlarını puça çıxartdı. Ermənilərin “Daşnakstyun” partiyası bundan sonra daha da düşünülmüş planlar həyata keçirməyə başladı. Nəhayət, istəklərinə nail ola bildilər. 1997-ci il Heydər Əliyev Moskvada Mərkəzi Komitədən uzaqlaşdırıldı. Bu hadisəni eşidən böyük şairimiz Bəxtiyar Vahabzadə belə söyləmişdir: ”Ehvay Moskvadakı qalamız yıxıldı”. Daha ətraflı »


Füzuli rayonu 23 avqust 1993-cü ildə erməni-rus hərbi birləşmələri tərəfindən işğal edilib. Ümumi sahəsi 139393 hektar olan Füzuli rayonunun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni işğalı altındadır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.
Bu gün Cəbrayıl rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından da 26 il ötür. Erməni işğalçıları ilə döyüşlərdə 180 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb.
Azərbaycanın Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 26 ili tamam olur. Qubadlı rayonu 31 avqust 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. İşğal ərəfəsində rayonun əhalisinin sayı 30 min nəfər olub.
“Ayrılır” qəzəli…
Şair-publisist Tofiq Yusif 8 kitabın müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür, “Qızıl qələm” və “Məmməd Araz” mükafatları laureatıdır.

Yeni ismarıclar