Tərtər rayonunda 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ilin üç ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli, tikinti-quruculuq işləri və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Dövr ərzində “Azərxalça”-nın Tərtər filialının tikintisi başa çatdırılıb, “Tərtər-Hindarx” avtomobil yolunun rayon ərazisindən keçən 19 kilometr hissəsində əsaslı təmir işləri aparılıb. Tərtər şəhərinin Mehdi Hüseynzadə küçəsində 0,5 kilometr, Vəzir Orucov küçəsində 0,3 kilometr asfalt örtük salınıb. Ekoloji tarazlığın qorunması məqsədilə 9 mindən çox müxtəlif növ ağac, 2 min ədəd gül, 500 min ədəd həmişəyaşıl kollar əkilib. Kovdadıq və Zolgəran kəndlərində “Modul” tipli məktəb binalarının quraşdırılması başa çatmaq üzrədir. Hazırda rayon icra hakimiyyətinin inzibati binasının, Bayraq muzeyinin, Olimpiya İdman Kompleksinin tikintisi, “Sarov-Borsunlu” kəndlərarası və Hacıqərvənd kəndarası avtomobil yollarının əsaslı təmiri davam etdirilir.
2019-cu ilin birinci rübündə 3 milyon 257,1 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 780,6 min manat dəyərində əsas fondlar istifadəyə verilib.
Ümumi məhsul buraxılışının həcmi keçən illə müqayisədə 0,6 fazi artaraq, 28,7 milyon manat olub. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 1,1 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 13.7 faiz, nəqliyyat xidmətlərinin həcmi 8,6 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 2,2 faiz, sərnişin daşımalarının həcmi 1,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,2 faiz, iaşə dövriyyəsinin həcmi 1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,6 faiz artıb.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala 3 milyon 612,7 min manat investisiya yönəldilib. 278-i daimi olmaqla, 728 yeni iş yeri açılıb. Daha ətraflı »
Yeni ismarıclar