Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə “N” nömrəli hərbi hissənin şəxsi heyəti, Tərtər rayon ictimaiyyəti, millət
vəkilləri, qazilər, şəhid ailələri, incəsənət nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, ümummilli liderimiz və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir açıq elan edilərək bildirilib ki, 2016-cı ilin aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və Ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Daha ətraflı »
-
19AprDigər APREL DÖYÜŞLƏRİ GÜCÜMÜZÜN VƏ BİRLİYİMİZİN TƏRƏNNÜMÜDÜR üçün şərhlər bağlıdır
-
19AprTərtər RİH-də MİNNƏTDARLIQ İFADƏ OLUNDU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Hafizə Kərimova, İsrail Mahmudov, Şahmar Nəsirov, Esmira Şirinova, Zabil Allahverdiyev və başqaları içməli su, kənd yollarının təmiri, subartezian quyusunun bərpası, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi. Daha ətraflı » -
19AprXəbərlər GƏNC KURSANTLARIN TƏRTƏRƏ EKSKURSİYASI üçün şərhlər bağlıdır
Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub. Daha ətraflı » -
19AprXəbərlər 10 MİLYONUNCU AZƏRBAYCANLININ ŞƏRƏFİNƏ ŞƏNLİK TƏDBİRLƏRİ üçün şərhlər bağlıdır
Respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.
Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə konsert olub.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb. -
19AprSəhiyyə İLK TİBBİ YARDIM ÜZRƏ TƏLİM üçün şərhlər bağlıdır
Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.
Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Daha ətraflı » -
19AprXəbərlər HESABAT-SEÇKİ YIĞINCAĞI üçün şərhlər bağlıdır
“Yeni Tərtər” qəzeti redaksiyası ilk həmkarlar ittifaqı təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda ilk təşkilatın yanvar 2017-ci ildən aprel 2019-cu il tarixədək olan dövr ərzindəki fəaliyyəti barədə təşkilatın sədri Kənan Hüseynzadənin hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında Elfuzə Vəliyeva, Bəxtilə Əliyeva, Yemən Bəhmənli, Nübar Mehdizadə və Aysel Hüseynova çıxış edərək ilk təşkilatın dövr ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər, mövcud olan nöqsanlardan danışıblar. Redaksiya ilk həmkarlar ittifaqı təşkilatının üç nəfərdən ibarət tərkib üzvləri seçilib.
Kənan Hüseynzadə yenidən təşkilatın sədri, Bəxtilə Əliyeva isə sədr müavini seçiliblər. Daha ətraflı » -
19AprDigər 85 YAŞIN MÜBARƏK üçün şərhlər bağlıdır
Doğma qəzetim “Yeni Tərtər”! 85 yaşın mübarək! Başına topladığın yazarların sözü kəsərli, qələmi iti olsun!
Əmək fəaliyyətimin nə az, nə azacıq, düz 23 ili səninlə bağlıdır. Gəncliyimi səninlə keçirdim, qələmim səninlə püxtələşdi. Dördündən üç adında imzam oldu. 7 il susanda səninlə birgə biz jurnalistlər də ağrı-acı çəkdik. Bu illərdə qəzetin dərdi-sərinə şəms kimi yanan Əmiraslan Şəmsini itirdik. Həmişə fikirləşirəm ki, qəzetin fəaliyyəti dayanmasaydı, Əmiraslan müəllim hələ yaşayardı… Nə isə…
Səninlə bağlı qəmli günlərimiz də olub, şən günlərimiz də. İndi redaksiyada işləməsəm də, yenə də sən mənə doğmasan, jurnalist adı mənə həmişə qürur verib. Daha ətraflı » -
19AprSosial TƏRTƏR RAYONUNDA 728 YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır
2019-cu ilin yanvar-mart aylarında Tərtər rayonunda 728 iş yerləri açılıb ki, onun 278-i daimi iş yerləridi. Daimi iş yerlərinin 4-ü və ya 1,4 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 53-ü və ya 19,1 faizi mövcud müəssisə və təşkilatlarda, 221-i və ya 79,5 faizi fiziki şəxslər tərəfindən yaradılıb. Bundan başqa 2019-cu ilin 3 ayı ərzində 450 digər tədbirlər üzrə (müxtəlif beynəlxaq və yerli layihələr, möv-sümü, abadlıq işləri və s.) iş yerləri açılıb.
Tərtər Rayon Statistika İdarəsi
-
19AprKənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır
BARAMA İSTEHSALI ARTIR
Rayonumuzda baramaçılığın inkişafı üçün 2016-cı ildə təsərrüfatlarda 31 min 357 ədəd çəkil tingi əkilib. Ondan 30 min ədədi Çin Xalq Respublikasından gətirilib, 1357 ədədi isə yerli çəkil tingləridir. 2017-ci ildə isə 92 min ədəd çəkil tingi gətirilib və əkilib. Onun 40 min ədədi Çin Xalq Respublikasından gətirilib, 52 min ədədi isə yerli tingdir.
2018-ci ildə rayonumuza 100 min ədəd çəkil tingi gətirilib və əkilib. Ondan da 33 min ədəd Çin Xalq Respublikasından gətirilən, 67 min ədədi isə yerli çəkil tingləridir. Bütövlükdə 3 il müddətində rayonumuza 223 min 357 ədəd çəkil tingi gətirilib və əkilib. 2017-ci ildə rayonumuza 112 qutu ipəkqurdu toxumu verilib, ondan ümumi çəkidə 4610 kq, 2018-ci ildə 251 qutu ipəkqurdu paylanmış, ondan 10 min 228 kq barama məhsulu istehsal olunub. Bütövlükdə rayonumuzda 2017-2018-ci illərdə ümumi 14 min 838,6 kq barama istehsal olunub.Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzi
-
19AprDigər QƏFİL ÖLÜM üçün şərhlər bağlıdır
Bir faciə yaşadın. Bu, həyatın son faciəsiydi– ölüm faciəsiydi. Səsində tək bir ananın deyil, bir elin, obanın fəryadı vardı, qanına qəltan olmuş körpə, cavan, qoca… günahsız insan ruhlarının fəryadı inləyirdi, bu Xocalı fəryadıydı. Bunu hər kəs edə bilməzdi. Amma sən bacardın, öhdənə götürdüyün işi sona çatdırdın. Digərlərinin bu məşəqqəti çiyinlərində daşımağa cəsarəti çatmazdı. Amma sən ürək yanğınla, səmimiyyətinlə, nalənlə bacardın. Elə bu fəryadla da yaddaşlara hopdun, xatirələrdə qaldın, Aybəniz xanım! Bəlkə də elə ilk zərbəni onda aldın, sən!
Sonrakı, həyatdan aldığın zərbə daha ağır, çəkilməz oldu. Bu zərbəyə dözə bilməzdin, bilmədin də. Doğmasının itkisinə tab gətirmək, onun acısını yaşamaq üçün sağlam beyin və ürək lazımıydı. Xocalı faciəsini yaşarkən zədələnmişdi beynin və ürəyin. Görünür, ikinci ağır zərbəyə dözümləri qalmayıbmış. Beyninə qan sızdı, ürəyin dayandı. Bu qəfləti gedişin təkcə övladlarının, doğmalarının deyil, elinin, obanın, Tərtər deyilən yurdun itkisinə çevrildi. Sənin bu faciənə nə qədər insan heyfsləndi, göynədi, ağladı, təlaş keçirdi. Bunlar sənin qazandığın xətrin, hörmətin göstəricisiydi, bu fani dünyada qoyub getdin. Çoxlarına nümunə, örnək idin, bəlkə də bundan heç özünün xəbərin yoxuydu?
Sənin haqqında bir neçə kəlməni söyləməyi özümə borc bildim. Sanki ruhun qarşısında bununla sevgimi bildirirəm. Səndə əsl Azərbaycan qadınına xas olan cəhətlər varıydı. Ona görə də bir qadın kimi rəğbətim yaranmışdı sənə. Sanki səni illərdi ki, tanıyırdım. Çox təəssüf!!! Daha ətraflı »
Yeni ismarıclar