Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,521
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Apr
    Mədəniyyət TƏRTƏRDƏ “BÖLGƏLƏRDƏN BÖLGƏLƏRƏ” YARADICILIQ FESTİVALI KEÇ İRİLİB üçün şərhlər bağlıdır

    “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb.
    Əvvəlcə tədbir iştirakçıları şəhərin Mərkəzi Meydanında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül-çiçək dəstələri düzüblər.
    “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb. Daha ətraflı »

  • 29Apr
    Digər 1934 Tərtər rayon qəzeti–85 il 2019 üçün şərhlər bağlıdır

    TƏBRİK EDİRİK!

    85 YAŞINIZ MÜBARƏK!

    Müstəqil Azərbaycan Respublikasının ən böyük nailiyyətlərindən biri azad mətbuatın formalaşmasıdır. Bu proses ulu öndər Heydər Əliyev tərəfindən mətbuat üzərində senzuranın götürülməsi ilə başlanmış, hər bir sahədə onun ideyalarını layiqincə inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin jurnalistlərə, mətbuatın tərəqqisinə göstərdiyi qayğı ilə davam etdirilmiş və bu gün də layiqincə davam etdirilir.
    Bu gün regionlarda fəaliyyət göstərən çoxsaylı qəzetlərdən biri bizim rayon qəzetimiz “Yeni Tərtər”dir.
    Hazırda 85 illik yubileyini qeyd etdiyimiz rayon qəzetinin keçdiyi yol heç də həmişə rəvan olmamışdır. Vaxtilə müəyyən təzyiqlərə, təqiblərə məruz qalmış, illərlə müxtəlif səbəblərdən qəzetin nəşri dayandırılmışdır. Lakin fədakar jurnalistlərin tələbkarlığı və mübarizliyi doğma qəzetin həyata qayıtmasına səbəb olmuşdur.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sonsuz diqqəti sayəsində cəbhə bölgəsi olan Tərtər rayonu hər an gözəlləşir, dəyişir, inkişaf edir. Bu gözəlliyi biz hamımız birlikdə yaradırıq. Bu inkişafın hər anı bizim qəzetin vasitəsilə tarixin yaddaşına köçürülür, şərəfli və məsuliyyətli bir missiya kimi gələcək nəsillərə çatdırılır. Daha ətraflı »

  • 29Apr
    Digər BİR NƏSLİN TARİXİ üçün şərhlər bağlıdır

    Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda gedən siyasi təlatümlər, millətlərarası münaqişələr, xüsusilə erməni daşnaqlarının azərbaycanlılara qarşı törətdikləri təcavüz, terror hadisələri, iqtisadi vəziyyət və dağ rayonlarındakı ciddi çətinliklər bir sıra ailələrin öz yurd yerlərindən köçürülməsinə səbəb olub.Belə ailələrdən biri, zəmanəsinin tanınmış, ziyalı və hörmətli şəxsiyyətlərindən olan Kərim Yüzbaşının ailəsi olub. Həmin ailə Sisyanın bayandurlar tayfasından olub və onlar Tərtər rayonunun Bərşad kəndində məskunlaşıblar.Bütün çətinliklərə baxmayaraq Kərim yüzbaşı Əliyev mütərəqqi fikirləri və uzaqgörənliyi nəticəsində övladlarının təhsil almalarına ciddi fikir vermiş, onlara hər cür şərait yaratmışdır.Kərim yüzbaşının böyük oğlu Hüseyn Əliyev 1897-ci ildə anadan olmuş, 1922-ci ildə Leninqrad, indiki SankPeterburqda Tibb Akademiyasını bitirdikdən sonra ömrünün sonunadək (1972) Azərbaycanda həkim kimi fəaliyyət göstərib. O, tibb elmləri doktoru (1939) professor, görkəmli cərrah, Azərbaycan SSR əməkdar həkimi və əməkdar elm xadimi adını şərəflə daşıyıb.
    Ömrünün sonunadək Nəriman Nərimanov adına Azərbaycan Dövlət tibb İnstitutunun II hospital cərrahlıq kafedrasının müdiri və Azərbaycan tibb jurnalının baş redaktoru olub. “Qırmızı Əmək Bayrağı” ordeni, “Qırmızı Ulduz” ordeni və müxtəlif medallarla təltif olunaraq səmərəli fəaliyyət göstərib.
    Hüseyn Əliyev öz həmyaşıdı mərhum Əziz Əliyevlə (1897) həkimliyə məhz Sank-Peterburqda təhsilini bitirdikdən sonra birgə başlayıblar. Eyni zamanda hər iki alim uzun müddət birgə çalışıb.
    Daha ətraflı »

  • 29Apr
    Digər Qarabağ müharibəsi veteranları üçün şərhlər bağlıdır

    VƏTƏNƏ BAĞLI OĞULLARIMIZ

    Azərbaycan ordusunda xidmət edən əsgərlərimizin daim bir amalı olub–işğal altında olan torpaqlarımızı geri qaytarmaq. Bir çox təzyiqlərlə üzləşən vətənimiz heç zaman öz vüqarını, əzəmətini itirməyib. Torpağımız uğrunda neçə-neçə oğullarımız döyüş vəzifəsini yerinə yetirərkən yaralanıb, şəhid olub. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin dili ilə desək “Vətən borclu deyil, biz borcluyuq Vətənə”. Əgər kiminsə ailəsində torpağımız uğrunda həlak olan və ya yaralanan varsa o ailə bununla qürur duymalıdır. Ölkə Prezidenti İlham Əliyev şəhid, əlil, veteran ailələrinə xüsusi diqqət ayırır, onları həmişə dövlət qayğısı ilə əhatə edir.
    Bu yazımda ordu sıralarında peşəkar xidmət göstərən, vətənin keşiyində layiqincə duran rayonumuzun iki veteranından söz açacağam. Bəlkə də çoxlarınızın tanıdığı İlqar Məcid oğlu Hüseynov 1967-ci il fevralın 21-də Tərtər şəhərində anadan olub. İlk təhsilini 5 nömrəli elm ocağında, davamını isə 96 nömrəli texniki peşə məktəbində alıb. Əvvəllər beton zavodunda qaynaqçı işləyib. Daha ətraflı »

  • 29Apr
    Digər Ağbirçəklərimiz üçün şərhlər bağlıdır

    SİNƏSİ SÖZLÜ-SÖHBƏTLİ ANA

    Məlumdur ki, 90 yaşdan yuxarı insanlarımız evimizin, elimizin ağsaqqalı, ağbirçəyi hesab olunur. Onların yaşaması ocağımızın hərarətini artırır, bin-bərəkətimizə səbəb olur. Qayğılarla dolu bu qarışıq dünyamızda çox az ailələr tapılar ki, orada bu yaşda ağsaqqal, ağbirçəklərimizə təsadüf edilsin. Belə insanlarımızın ağıllı, ibrətamiz məsləhətlərinə, milli dəyərlərimizdən, adətlərimizdən, söz-sənət dünyamızdan söylədikləri incilərə həmişə, hər yerdə ehtiyacımız var. Nə yaxşı ki, az da olsalar var, onlar.
    Bu gün onlardan biri, bir evin, bir ocağın istisini, hərarətini artıran 109 yaşlı ağbirçək ana–nənə Həlimə Qarayevadan danışaraq, onun keçdiyi keşməkeşli ömür yoluna nəzər yetirəcəyik, sinə dolusu söz boğçasına səyahət edəcəyik.
    1-2 il öncə rayonumuzun uzun ömürlülərindən yazmaq fikrində idim. Lazımi mənbədən belə insanlarımızın siyahısını götürdüm. Bir-bir maraqlanıb onlar haqqında yazmağa başladım. Həlimə Qarayeva haqqında qonşularından soruşdum. Dedilər ki, bir az nasazlığı var, qızının evindədir. Bu, beləcə də qaldı. Bu günlərdə redaktor məni otağına çağırtdırdı. Getdim. Orada orta yaşlı bir qadın üzü redaktora tərəf əyləşmişdi. İçəri girib salam verdim. Qadın səsimi eşidib çevrildi. Həlimə ananın çoxdan tanıdığım qızı idi. Tofiq müəllim bu xanımın ağbirçək anası var, ondan bir yaxşı yazı hazırlamaq lazımdır,–dedi. Qadınla görüşüb, hal-əhval tutduq. Mənim də belə bir fikrim olmasını xatırlatdım! Gec də olsa rayonumuzun ağbirçəyi Həlimə Qarayeva haqqında yazmaq mənə qismət olmuşdu. Daha ətraflı »

  • 29Apr
    Təhsil Cəmiyyətimizin inkişafına dəstək olan qadınlar üçün şərhlər bağlıdır

    DÜŞÜNCƏLƏRİN MEMARI

    Azərbaycanın günbəgün inkişafında, çiçəklənməsində, dünya xalqları arasında yüksək mövqe tutmasında qadınlarımızın xüsusi xidmətləri vardır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının fəallığı birə-beş artdı. Bacarıqlı və istedadlı xanımlarımız cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanır.
    Hər birimiz həyatda tutduğumuz mövqeyə görə birinci növbədə müəllimlərimizə borcluyuq. Çünki onların əməyi danılmazdır, əvəzolunmazdır. Bu haqda dinimizin və tariximizin dəyərli şəxsləri hikmətli kəlamlar deyiblər. Ən qürurverici peşənin sahibləri şagirdlərinin uğurlarına öz nailiyyətlərindən daha çox sevinir, onların səsinin zirvələrdən gəlməsini arzulayırlar. Belə bir aforizm var: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Cəmiyyətə yararlı insanların yetişməsi məhz müəllimlərdən asılıdır. Müəllim elə bir insandır ki, səhv yolda olan şagirdi pislikdən çəkindirər, onu yüksək səviyyədə tərbiyə edər. Müəllim adı XIX əsrdə “molla”, XX əsrdə “mirzə”, XXI əsrdə artıq “müəllim” kimi formalaşmışdır. Nə qədər şərəfli peşədir müəllimlik!. Çünki fəhlənin, həkimin, nazirin, hətta müəllimin də müəllimi olur.
    Müəllim və həkimlik peşəsində qadınların sayı daha çoxdur. Məhz cəmiyyətin savadlı və tərbiyəli olması məsuliyyəti müəllimlərin öhdəsinə, sağlam nəslin yetişməsi yükü isə həkimlərin çiyinlərinə düşür. Daha ətraflı »

  • 29Apr
    Təhsil AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI FƏNNİNİN TƏDRİSİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ üçün şərhlər bağlıdır

    Şagird şəxsiyyətinin formalaşmasında, onun mənəvi cəhətdən kamil vətəndaş, xalqa, yaşadığı torpağa ürəkdən bağlı insan kimi yetişməsində ana dili fənninin əhəmiyyəti böyükdür. Buna görə də, bu fənnin tədrisinə xüsusi diqqətlə yanaşıram. Çünki bu fənn şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir.
    Müasir cəmiyyətimiz sürətlə informasiyalaşmağa doğru irəliləyir və bu, kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə, həmçinin təhsilə tətbiqi ilə səciyyələnir. İndiki zamanda peşəsindən və fəaliyyət növündən asılı olmayaraq, hər bir insan elektron vasitələrdən istifadə etmək bacarıqlarına malik olmalıdır.
    Bəzi humanitar fənn müəllimləri İKT-nin tətbiqinin əlverişliliyinə şübhə ilə yanaşırlar. Bu cür yanaşma əsassızdır. İnformasiya texnologiyalarının tətbiqində dil-ədəbiyyat müəllimlərinin qarşısında duran vəzifələr digər fənn müəllimlərinin məqsəd və vəzifələrindən bir çox cəhətdən fərqlənir. Bu vəzifələrə mətnlə, bədii sözlə, kitabla iş aiddir. Dil və ədəbiyyat dərslərinin məqsədi şəxsiyyətin mənəviyyatının, onun əxlaqi dəyərlərinin, estetik zövqünün formalaşmasına, dilə mükəmməl yiyələnməsinə imkan yaratmaqdır. Daha ətraflı »

  • 29Apr
    Kənd Təsərufatı TƏRTƏR RAYONUNDA HEYVANDARLIQ İNKİŞAF EDİR üçün şərhlər bağlıdır

    1 aprel 2019-cu il tarixə rayonda 28 min 599 baş iribuynuzlu mal-qara və 54 min 936 baş xırdabuynuzlu mal-qara var. İri malın sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz və ya 1162 baş artmışdır. Cari ilin 3 ayı ərzində 790 ton ət(diri çəkidə), 5722,2 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal olmuşdur. Ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artmışdır. Daha ətraflı »

  • 29Apr
    Sosial TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRLƏRİ ARTIB üçün şərhlər bağlıdır

    2018-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 2017-ci ilə nisbətən 7 faiz artaraq 235 milyon 529,6 min manata çatmışdır. Rayon əhalisininn hər nəfərinə düşən gəlirləri əvvəlki ilə nisbətən 6,4 fasiz artaraq 2913,9 manat təşkil etmişdir.

    Tərtər Rayon Statistika İdarəsi

  • 29Apr
    Digər “YENİ TƏRTƏR”ə ABUNƏ YAZILIŞI üçün şərhlər bağlıdır

    Hörmətli oxucular!
    2019-cu ilin ikinci yarısı üçün “Yeni Tərtər” qəzetinə abunə yazılışına başlanmışdır.
    1 nüsxə qəzetə 6 aylıq abunə yazılışının qiyməti 15(on beş) manatdır.
    Abunə pulunu redaksiyanın “Kapital” Bankın Tərtər rayon filialındakı hesabına köçürmək olar.
    Bizim bank rekvizitlərimiz:
    Hesab № AZ08AIIB33010019444500202145.
    VÖEN 7200074411 Daha ətraflı »