Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan
    Digər QƏHRƏMANLIQ RƏMZİNƏ ÇEVRİLƏN GÜN üçün şərhlər bağlıdır

    20 Yanvar… Xalqımızın həyatında faciə və qəhrəmanlıq günü. Millətimizi bir yumruq kimi birləşdirən tarix. Öz qəddarlığı və vəhşiliyi ilə bütün dünyanı lərzəyə gətirən hadisə.
    Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyət başında olanlar bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün heç bir addım atmadılar.
    Həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırım aktının törədildiyini ilk dəfə bütün dünyaya cəsarətlə bəyan edən Heydər Əliyev oldu. O, özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Moskvadakı Azərbaycan nümayəndəliyinin binasına gəldi və baş vermiş hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər 20 YANVAR QIRĞININDA 147 NƏFƏR ŞƏHİD OLUB üçün şərhlər bağlıdır

    Azərbaycanda suveren, demokratik dövlət yaratmaq amalı ilə ayağa qalxmış xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq məqsədi ilə 1990-cı il yanvarın 20-də keçmiş sovet ordusunun hərbi hissələri paytaxt Bakıya və respublikanın bir neçə rayonuna yeridilmişdir. Xalqın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış dinc əhaliyə qarşı ağır cinayət törədilmiş, yüzlərlə insan yaralanmış, qəddarcasına qətlə yetirilmiş və itkin düşmüşdür.
    Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş 137 nəfər Azərbaycan Respublikasının vətəndaşına “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər TARİXİN QANLI SƏHİFƏSİ üçün şərhlər bağlıdır

    Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Kənd Təsərufatı Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    YENİ İLƏ UĞURLARLA

    Dövlətin cəbhə bölgəsinə davamlı qayğısı, düşmənlə təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrində sosial problemlərin uğurlu həlli tərtərlilərdə də qələbə əzminin, yüksək əhvali-ruhiyyənin əsas şərtlərindəndir. Ölkə rəhbərinin Tərtərə hər səfəri də rayonun sosial-iqtisadi inkişafına güclü təsir edir. Bunun müqabilində tərtərlilər də böyük həvəslə, əllərinin hərarətini, ürəklərinin təpərini əsirgəmədən çalışır, tikib-qurur, abadlıq yaradırlar.
    Baxmayaraq ki, qarşı tərəf­­–ermənilər atəşkəs rejimini tez-tez pozurlar. Lakin sakinlər mərmi gurultusuna, güllə vıyıltısına adət etmişlər. Milli Ordumuzun gücünə, qüdrətinə güvənir, əkin-biçin işləri ilə məşğul olur, istehsal etdikləri kənd təsərrüfatı məhsulları sayəsində həm öz ailələrinin həyatını, xoş güzəranını təmin edir, həm də ölkə iqtisadiyyatına sanballı töhfələr verirlər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Digər 20 Yanvar şahidlərin gözü ilə üçün şərhlər bağlıdır

    QALİB BİZ OLDUQ

    Mən özüm Tərtərdə doğulub, burada orta təhsil almışam. Bakıda o zamankı Politexnik İnstitutunu bitirəndən sonra ailə qurub, bu gözəl şəhərdə yaşadım. Evimiz “Salyanski kazarma” deyilən hərbi hissənin yaxınlığındaydı. Ona görə də ailəmiz o müdhiş gecədə baş verənlərin hamısının şahididir.
    Səs-küyü eşidib baş verənləri öyrənmək üçün ilk olaraq küçəyə çıxanlardan biri həyat yoldaşım Vaqif İbadov oldu. Həyətdəki digər kişilər də yuxudan oyanıb izdihama qoşulmuşdular. Heç kim nələr olduğunu anlamırdı. Bircə o məlum idi ki, heç nəyə baxmadan dinc əhalini, hətta evlərində olan sakinləri belə güllə-baran edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər TƏRTƏRLİ GƏNCLƏR MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTƏ YOLA SALINDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunda gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli mərasim keçirildi.
    Çağırışçılar öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlarla tanış oldular.
    Mərasim mərkəzi meydanda davam etdirildi.
    Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ziyalıların, veteranların, şəhid ailələrinin, hərbiçilərin, valideynlərin, yerli icra və bələdiyyə strukturları təmsilçilərinin iştirak etdikləri tədbiri giriş sözü ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi, polkovnik-leytenant Elşən Abdullayev açdı. O, əsgəri xidmətə yola salınan gəncləri və onların valideynlərini təbrik edib, çağrışçılara xidmətdə uğurlar arzuladı. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Tərtər rayon “Cümə” məscidi dini icmasının təşkilatçılığı ilə “Zərərli vərdişlərlə mübarizədə mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Zərərli vərdişlər sağlam həyata maneədir” mövzusunda maarifləndirici tədbir keçirilib.
    Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini–dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdilər.
    Tədbiri giriş sözü ilə Elvin Umudov açaraq bildirib ki, xalqımız qədim adət-ənənələrlə yanaşı, həyatımızda yeni formalarda təcəssüm olunan mədəni sərvətlərimizi bu gün də yaşadır və inkişaf etdirir. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Xəbərlər AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN XATİRƏSİ YAD EDİLDİ üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Azərbaycanın Milli Qəhrəmanı, “Tərtər Özünümüdafiə Batalyonu”nun ilk komandiri Elman Hüseynovun anım günü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, doğmaları, döyüş yoldaşları iştirak ediblər.
    Əvvəlcə tədbir iştirakçıları qəhrəmanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
    Rayon Mədəniyyət Mərkəzində davam etdirilən tədbirdə öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Qəhrəman Elman Hüseynova həsr olunmuş “İlk komandir” sənədli filmi nümayiş olunub. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Təhsil Qabaqcıl təhsil işçiləri üçün şərhlər bağlıdır

    FƏRQANƏ MÜƏLLİMİN UĞURU

    Səhər saat 8-dir. 5 saylı tam orta məktəbin müəllimləri bir-biri ilə hal-əhval tutduqdan sonra sinif jurnallarını götürüb otaqlara tələsirlər. Axı, siniflərdə öz müəllimlərini səbirsizliklə gözləyən şagirdlər var. Bu müəllimlərin içərisində bir nəfər var ki, onun sinifə gəlişi bir az fərqlənir. Şagirdlər təkcə müəllim kimi deyil, həm də doğmaları, hətta sirdaşları kimi onu sevirlər. Bu, Fərqanə Məhərrəmovadur. Fizika və informatika fənlərini tədris edir. Ötən il məktəbin müəllim və şagirdləri arasında şad bir xəbər gəzdi, –Fərqanə müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb. Hər kəs bu şad xəbərə sevindi və müəllimi təbrik etdi…
    Fərqanə Məhərrəmova ilə tanışlığımıza səbəb elə onun fəxri ada layiq görülməsi oldu. Maraqlandım. Hər kəs onun haqqında xoş sözlər söylədi. İndiki şagirdləri də, məktəbi bitirmiş məzunlar da, valideynlər də ağızdolusu danışdılar:,, Çox yaxşı müəllimdir, həm tədris etdiyi dərsi sevdirə bilir, həm də müəllim kimi özünü. Onun şagirdləri həmişə yüksək nəticələr qazanırlar” –dedilər. Daha ətraflı »

    Teqlər:

  • 18Yan
    Təhsil PEŞƏ SEVGİSİ üçün şərhlər bağlıdır

    15 il əvvəl vaxtilə məzunu olduğum Qaradağlı kənd tam orta məktəbində coğrafiya müəllimi kimi əmək fəaliyyətinə başladım. İlk dərs günüm indiki kimi yadımdadır. Şagirdlərin maraq dolu gözlərinə baxdıqca düşünürdüm ki, elə işləyəcəyəm ki, həm mənə dərs deyən müəllimlərin, həm də bu uşaqların etimadını doğruldum.
    Onu da qeyd edim ki, müasir qloballaşma dövründə coğrafiya fənninə maraq xüsusilə artıb. İndi böyüyən nəsil yaşadığımız dünya haqqında daha çox məlumat əldə etmək istəyir. Məktəbdə dərs dediyim şagirdlərin bəziləri bu gün mənimlə həmkardır. Onlarla öz təcrübəmi bölüşür, lazım gəldikdə köməkliyimi əsirgəmirəm. Seçdiyim peşəyə olan sevgim mənə uğurlar gətirib. Dəfələrlə məktəb direktoru, rayon təhsil şöbəsi tərəfindən fəxri fərmanlara layiq görülmüşəm. Bu tədris ilində isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilmişəm. Bütün təltiflər özlüyündə bir məsuliyyət hissidir. Mənə göstərilən etimadı bundan sonrakı pedaqoji fəaliyyətimdə doğrultmağa çalışacağam. Daha ətraflı »

    Teqlər: