Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Yan

    20 Yanvar… Xalqımızın həyatında faciə və qəhrəmanlıq günü. Millətimizi bir yumruq kimi birləşdirən tarix. Öz qəddarlığı və vəhşiliyi ilə bütün dünyanı lərzəyə gətirən hadisə.
    Lakin çox təəssüf ki, həmin dövrdə hakimiyyət başında olanlar bu hadisəyə siyasi-hüquqi qiymət verilməsi üçün heç bir addım atmadılar.
    Həmin ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırım aktının törədildiyini ilk dəfə bütün dünyaya cəsarətlə bəyan edən Heydər Əliyev oldu. O, özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Moskvadakı Azərbaycan nümayəndəliyinin binasına gəldi və baş vermiş hadisəyə siyasi qiymət verilməsini tələb etdi.
    Lakin o zaman yerli hakimiyyət orqanları Kremlin qəzəbinə tuş gəlməmək üçün günahsız insanların qətliama məruz qalmasının üzərindən sükutla keçdilər, hətta hadisələrin əsl mahiyyətini beynəlxalq ictimaiyyətdən gizlətməyə çalışdılar. 1990-ci il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.
    1990-ci ilin iyulunda Moskvadan Azərbaycana qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxcıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Qəbul edilmiş qərarda respublika səviyyəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edildi.
    Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da nə Ayaz Mütəllibov iqtidarı, nə AXC-Müsavat cütlüyü 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verdi.
    Yalnız ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin əsl mahiyyəti açıqlandı.
    Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 1990-ci ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.
    20 Yanvar şəhidlərinin xatirəsi hər bir azərbaycanlı üçün əzizdir. Çünki şaxtalı və qanlı həmin gün xalqımızın azad, müstəqil yaşamağa layiq olduğunu sübut etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.