Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq
    Xəbərlər ABŞ-ın TANINMIŞ MEDİA TƏMSİLÇİLƏRİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Azərbaycan reallıqlarını dünya mediasında işıqlandırılması məqsədi ilə ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış “Bachelor show” verilişinin baş redaktoru Con Batçelorun, verilişin baş prodüseri Lee Masonun və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Tərtər rayonuna səfər ediblər.
    Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında ətraflı məlumat verib.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Tərtər RİH-də GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Gənclər Fondu Tərtər rayonunda cəbhəyanı rayon və şəhərlərdə yaşayan gənclərlə görüş keçirib.
    Görüşdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fond haqqında məlumat veriblər və bu gün ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən, gənclərin cəmiyyət həyatının əsas dinamik qüvvəsi olmasından danışıblar.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Sosial TƏRTƏR RAYONUNDA 2108 YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR üçün şərhlər bağlıdır

    2018-ci ilin birinci yarısı ərzində Tərtər rayonda 2108 yeni iş yerləri açılmışdır ki, onun 211 daimi iş yerləridir. Daimi iş yerlərinin 29-u və ya 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i və ya 13,3 faizi mövcud müəssisə və təşkilatlarda, 154-ü və ya 73 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır. Bundan başqa 2018-ci ilin 6 ayı ərzində 1897 mövsümi iş yerləri açılmışdır.
    2013-2017-ci illərdə və 2018-ci ilin 6 ayı ərzində rayonda 14155 yeni iş yerləri açılmışdır ki, onun da 4804-ü daimi iş yerləridir.
    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 10Avq
    Digər UNUTQANLIQ FACİƏMİZDİR! üçün şərhlər bağlıdır

    Qan yaddaşımız

    (Qərbi Azərbaycan ərazisində olan torpaqlar)

    1. Dilican qəzası – 2030 kv.km
            2. Eçmiədzin qəzası – 3439,7 kv.km
      3. Zəngəzur qəzası – 3480 kv.km
    4. İrəvan qəzası – 4332 kv.km
    5. Göyçə mahalı – 2973 kv.km
    6. Loru-Pəmbək – 4288 kv.km
        7. Dərələyəz mahalı– 2308 kv.km
      8. Şoragəl Gümrü – 1614 kv.km

    (Ümumi sahəsi 29,8 min kv,km)
    Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa, Xocalı (Əsgəran), Xocavənd (Martuni, Hadrut) rayonları: Ərazisi 4388 kv.km.
      Xocalı (26 fevral 1992-ci il) – 926 kv.km.
                  Xocavənd (02 oktyabr 1992-ci il) – 1458 kv.km.
    Şuşa (08 may 1992-ci il) – 289 kv.km.
     Laçın (18 may 1992-ci il) – 1835 kv.km.
             Kəlbəcər (02 aprel 1993-cü il) – 3054 kv.km.
       Ağdam (23 iyul 1993-cü il) – 1094 kv.km.
              Cəbrayıl (23 avqust 1993-cü il) – 1050 kv.km.
          Füzuli (23 avqust 1993-cii il) – 1392 kv.km.
            Qubadlı (31 avqust 1993-cü il) – 802 kv.km.
              Zəngilan (30 oktyabr 1993-cü il) – 707 kv.km

    Teqlər:

  • 10Avq
    Xəbərlər MUZEYDƏ TƏDBİR üçün şərhlər bağlıdır

    QƏLƏBƏ ÜMİDİ

    Tarix-Diyarşünaslıq muzeyində Ağdamın erməni faşistləri tərəfindən işğal edilməsinə həsr olunmuş tədbir keçirilib.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açıb. Aybəniz xanım tariximizin ağrılı günləri barədə məruzə söyləyib. Muzeyin elmi işçisi Xuraman Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova mərkəzin işçisi Ülviyyə Süleymanlı və mərkəzi kitabxanada uşaq şöbəsinin işçisi Cəmilə Səfərova çıxış ediblər. Onlar bildiriblər ki, hər bir azərbaycanlı, eləcə də ağdamlılar qələbə ümidi ilə yaşayırlar.
    Sonda tədbir iştirakçıları muzeylə yaxından tanış olublar.
    “Yeni Tərtər”

    Teqlər:

  • 10Avq
    Digər BİR İL ƏVVƏL BALACA ZƏHRA QƏTLƏ YETİRİLDİ üçün şərhlər bağlıdır

    Bir il əvvəl bütün dünyanın sülhsevər ictimaiyyəti alınan dəhşətli xəbərdən hiddətə gəldi–erməni vandalları Füzuli rayonunun Alxanlı kəndində balaca Zəhranı və onun nənəsini qətlə yetirmişlər.
    Həyat Zəhra üçün yenicə başlayırdı. Sevimli nənəsinin qucağında o, dünyanın ən bəxtəvər balasıydı. Boyunu sevirdilər, təzə-təzə söylədiyi hər kəlməsinə min yol “can” deyirdilər.
    Lakin əsrlər boyu özlərinin alçaq niyyətlərindən əl çəkməyən ermənilər azərbaycanlı övladının bu xoşbəxtliyinə son qoymaq üçün heç nəyə baxmadılar–nə Cenevrə Konvensiyasına, nə də müharibənin qayda-qanunlarına. Balaca Zəhra nənəsi ilə birlikdə qanına qəltan edildi.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Digər ERMƏNİ İŞĞALININ ALTINDA İNLƏYƏN TORPAQLARIMIZ üçün şərhlər bağlıdır

    1993-cü İLİN İYUL-AVQUST AYLARINDA ERMƏNİ ƏSARƏTİNƏ KEÇƏN RAYONLARIMIZ

    AĞDAM

    Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min hektardan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min hektar sahədə əkin aparılır.
    1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş 23 iyul 1993-cü ildə Ağdamın işğalı ilə sona çatır.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Digər CƏBRAYIL üçün şərhlər bağlıdır

    Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur.
    23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilmişdir. İşğal nəticəsində rayona 13928 milyard ABŞ dolları məbləğində ziyan dəyib.
    Cəbrayıllı məcburi köçkünlər ilk vaxtlar respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdırlar. Rayon ərazisində 1 şəhər, 4 qəsəbə və 92 kənd olmaqla 97 yaşayış məntəqəsi yerləşirdi. Onlar 1 şəhər, 22 kənd izibati ərazi dairəsi olmaqla 23 inzibati ərazi dairəsinə daxildirlər. Birinci Qarabağ müharibəsi gedişində Cəbrayıl əhalisi uzun zaman ərzində erməni işğalçılarına qarşı rəşadətlə vuruşmuşdur. İşğala qədər rayon ərazisi tam mühafizə olunmuş, bəzi hallarda qonşu Xocavənd rayonunun erməni işğalında olan bir sıra kəndləri rayon polis işçilərinin və yerli əhalinin Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Digər FÜZULİ üçün şərhlər bağlıdır

    Füzuli rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 25 il ötür. 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.
    Daha ətraflı »

    Teqlər:

  • 10Avq
    Digər QUBADLI üçün şərhlər bağlıdır

    Qubadlı rayonunun işğalından 25 il keçir. Sahəsi 80 min 250 hektar olan rayon 31 avqust 1993-cü il tarixində erməni işğalçıları tərəfindən zəbt olunmuşdur.
    Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir.
    İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibatiərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır.
    Əhalisinin sayı 37 min 433-nəfərdi.
    Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılmışdır.
    Daha ətraflı »

    Teqlər: