Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Avq

    1993-cü İLİN İYUL-AVQUST AYLARINDA ERMƏNİ ƏSARƏTİNƏ KEÇƏN RAYONLARIMIZ

    AĞDAM

    Bu gün Ağdam rayonunun işğalından 25 il ötür. Ərazisinin 70 faizini itirən Ağdamın işğalı ilə Azərbaycan iqtisadiyyatı 3 milyard manat vəsait itirib. 40 min hektardan çox əkin sahəsi olan və ölkənin ən iri aqrar rayonlarından sayılan Ağdamda indi 17 min hektar sahədə əkin aparılır.
    1993-cü ilin iyun-iyul aylarında Gəncə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verir. Ağdam üzərinə edilən birinci hücum nəticəsiz qaldıqdan ermənilər qüvvəni Ağdərə istiqamətində cəmləşdirir. İyunun 26-da Ağdərə düşmən əlinə keçir. Bunun ardınca ermənilərin iki ordu korpusu Ağdam istiqamətində əməliyyata başlayır. 600 minlik erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və düşməndən sayca az olan Azərbaycanın Milli Ordusu dururdu. 42 gün davam edən döyüş 23 iyul 1993-cü ildə Ağdamın işğalı ilə sona çatır.
    Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti. 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan fiziki şikəstlik qazanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır.
    Hər bir azərbaycanlı, hər bir ağdamlı əmindir ki, onun müqəddəs ziyarətgahı, dəyişməz qibləgahı olan, bu gün azan səsinə həsrət qalmış məscidimiz, musiqi səslərinə möhtac qalmış barlı-bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarıstanlıqlarımız tezliklə azad ediləcək.

    Müəllif: Redaktor, 10:37

    Teqlər:

İsmarıclar bağlıdır.