Taxıl istehsalı üçün istifadə olunan yanacağın, motor yağlarının və mineral kübrələrin dəyərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, eləcə də buğda istehsalçılarının maddi marağının artırılması və bugda istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, toxum satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, məhsulun inkişafına müsbət təsir göstərmişdir. Belə ki, 2018-ci ildə 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 38,2 sentner olmuşdur. 2017-ci illə müqayisədə məhsuldarlıq 1,8 sentner artmışdır. Daha ətraflı »
-
20AvqKənd təsərrüfatı 2018-ci İLDƏ TƏRTƏR RAYONUNDA TAXILÇILIĞIN İNKİŞAFI HAQQINDA üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
20AvqDigər AZƏRBAYCAN PROKURORLUQ ORQANLARININ YARANMASININ 100 İLLİYİ MÜNASİBƏTİ İLƏ üçün şərhlər bağlıdır
MÜSTƏQİL AZƏRBAYCANDA QANUNÇULUĞUN TƏMİN EDİLMƏSİNDƏ AZƏRBAYCAN PROKURORLUĞUNUN ROLU DANILMAZDIR
“Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Heydər Əliyev.
Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası XlV əsrin əvvəllərində Fransada kral lV Filipp tərəfindən qoyulmuşdur.
Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri olduğunu bütün dünyaya sübut edən Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğunu qeyd etmişdir. Azərbaycan Prokurorluğunun tarixi də məhz Cümhuriyyət dövründə prokurorluğun yaranmasından götürülmüşdür.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının yaradılması və fəaliyyətə başlaması nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidentinin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi qərara alınmışdır. 1 oktyabr 2018-ci ildə Azərbaycan Prokurorluğunun yaranmasının 100-cü ili tamam olur. Daha ətraflı »Teqlər: Digər
-
20AvqDigər “Yeni Tərtər”in 13 yaşı tamam olur üçün şərhlər bağlıdır
ACILI-ŞİRİNLİ GÜNLƏR…
Qəzetimizin əməkdaşı Elfuzə Vəliyeva baş redaktor Tofiq Yusifdən “Yeni Tərtər”in 13 illiyi ilə bağlı müsahibə almışdır.
– İlk sualımıza baş redaktoru olduğunuz “Yeni Tərtər”dən başlayaq. Məlumdur ki, rayon qəzeti 7 ildən artıq bir müddətdə susdu. Bildiyimizə görə Siz həmin vaxtlar ayrı sahədə çalışırdınız. Necə oldu ki, redaktorluğa məhz Siz namizəd göstərildiniz? Daha ətraflı »Teqlər: Digər
-
20AvqDigər 13 İL NƏ TEZ KEÇDİ?! üçün şərhlər bağlıdır
Qəzetçini qəzetsiz təsəvvür etmək, balığı susuz təsəvvür etmək kimi bir şeydir. Elə biz də 7 il beləcə susuz balıq kimi yaşadıq.
2005-ci ilin isti avqust günləri kollektivimiz üçün çiçəkli bahara döndü. Rayon qəzetinin ikinci həyatı başladı, uzun fasilədən sonra onun çapı bərpa olundu. 13 il əvvəl o zamankı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin otağında kollektivi-miz bir yerə toplaşanda, hamı-mız həyəcanlıydıq. Bu, sevinclə yanaşı, həm də məsuliyyət hissindən doğan həyəcan idi.
Artıq geriyə baxmaq, görülmüş işlərə qiymət vermək olar. Özümüzdən əvvəl işə, əlbəttə, bu qiyməti oxucular verir. Daha ətraflı »Teqlər: Digər
-
20AvqDigər HƏYATIN DONMUŞ ANLARI üçün şərhlər bağlıdır
Teqlər: Digər
-
20AvqMilli-mənəvi dəyərlər QƏBİRİSTANLIQLARA MÜNASİBƏT NECƏDİR? üçün şərhlər bağlıdır
(DƏBDƏBƏ MƏKANI, YOXSA GORGAH VƏ YAXUD EHSAN SÜFRƏSİ, YOXSA İSRAFÇILIQ?!)
Bu günlərdə həmyerlimiz, qəzetimizin yaxın dostu, texnika elmləri doktoru, professor Rasim Axundov redaksiyamızın qonağı oldu. Bu dəfəki gəlişində də öz adətinə xilaf çıxmadı, əməkdaşlarımızla görüşüb səmimi söhbət etdi. Sonra tərtib etdiyi və təzəcə çapdan çıxmış iki kitabın təqdimatı oldu.
Təqdimatdan əvvəl professor Tərtər şəhərinin “Köhnə qəbiristanlığı”nda dəfn olunmuş atası Fərrux bəyin və anası Maya xanımın qəbirlərini ziyarət etmək istədiyində olduğunu bildirdi. (O, hər dəfə gələndə valideynlərinin məzarlarını ziyarət etməyi özünün müqəddəs borcu hesab edir).
Qəbiristanlıqdan qayıdandan sonra haqlı olaraq xeyli gileyləndi. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
20AvqDigər MARAQLI ADƏTLƏR üçün şərhlər bağlıdır
Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayan qəbilələrdən biridir. Çünki onların dilində cəmi 26 söz var.
Yaponiyanın bəzi adətlərində adamın ad gününü doğulduğu gündən deyil, təzə ildən qeyd edirlər. Bu əyalətlərdə anadan dekabr ayının 31-də doğulan uşağı yanvarın birində 1 yaşlı hesab edirlər.
Yaponiyanın bəzi yerlərində kişilərə belə hüquq verilir ki, əgər gecələr onun arvadı xoruldayırsa, onu boşaya bilər. Burada qadının xoruldaması valideynin qızını pis tərbiyə etməsi əlaməti kimi qiymətləndirilir
Yaponiyada qadın kişinin arxasınca gəlməlidir, kişidən qabağa keçməyə ixtiyarı yoxdur.
Şimali Amerikanın bəzi xalqlarında (hindularda), habelə İndoneziyada, Okeaniya adalarında başqa qəbilədən qız alan kişi həmin qızın evinə getməlidir. Daha ətraflı »Teqlər: Digər
-
10AvqSosial ƏLİLLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ NÖVBƏTİ DƏFƏ MƏNZİLƏR VƏ MİNİK AVTOMOBİLLƏRİ VERİLİB üçün şərhlər bağlıdır
Azərbaycan Prezidenti İlham Əliyev müharibə əlillərinə və şəhid ailələrinə 35 mənzilin, 136 avtomobilin açarlarını təqdim etdi.
Mərasimdə birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak edirdi.
* * *
Tərtər rayonunda da bu qəbildən olan insanlara daim böyük diqqət və qayğı göstərilir. Son 5 il-də rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün bir 6 mərtəbəli, 54 mənzilli yaşayış binası və 14 ədəd isə fərdi ev tikilib onların istifadəsinə verilmişdir.Teqlər: Sosial
-
10AvqSosial TƏRTƏR RAYONUNDA XALÇA İSTEHSALI EMALAT-XANASININ TİKİNTİSİ,TƏCHİZATI VƏ İNFRASTRUKTURUNUN YARADILMASI İLƏ BAĞLI TƏDBİRLƏR HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tərtər rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyul 2018-ci il.Teqlər: Sosial
-
10AvqTərtər RİH-də NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞLƏR üçün şərhlər bağlıdır
Rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Rəcəbli kəndində keçirildi.
Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kənd haqqında məlumat verdi. Bildirdi ki, Sarov kənd İnzibati Ərazi Dairəsi 5 kəndi–Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərini əhatə edir. Ərazisi 1411 hektar, təsərrüfatların sayı 527, fərdi yaşayış evlərinin sayı 368-dir.
Daha ətraflı »Teqlər: Tərtər RİH-də
Yeni ismarıclar