11Dek
Buruc kəndində işgüzar, işini yaxşı bilən əmək adamlarından biri də fermer Rövşən Kərimovdur. O, kənddə həm heyvandarlıqla məşğul olur, həm də bağçılıqla. Hər iki sahədən də daim yüksək məhsuldarlığa nail olur. Rövşən təsərrüfataında 150 baş ana qoyun bəsləyir. Həmişə də deyir ki, bu, bizim ata-baba məşğuliyyətimizdir. Ailəmizin bütün xərclərini bu hesaba təmin edirik.
Qoyunların normal bəslənməsi üçün həyətində hər çür şəraiti olan müasir tipli tövlə tikdirib.
Buruc Bələdiyyəsinin sədri Sərdar Aslanov bildirdi ki, Rövşən qoyunçuluqla yanaşı həm də 4 hektar sahədə xurma bağı əkib becərir. Bağda ağaclara vaxtlı-vaxtında aqrotexniki qaydalar əsasında qayğı ilə qulluq edildiyinə görə, 4 hektar xurma bağından 20 ton keyfiyyətli məhsul yığılıb.
Mirzə NƏSİR
Teqlər: Kənd təsərrüfatı
11Dek
Təsərrüfatımızda öz işini bilən, əkin-biçindən yaxşı baş çıxaran əmək adamları çoxdur. Elə buna görə də fermerlərimiz bu il becərdikləri 245 hektar taxıl sahələrinin hər hektarından 38 sentner, 255 hektar arpa sahələrinin isə hər hektarından 37 sentner məhsul götürdülər. Bu işdə fermerlərimizdən Fazil Vəliyev, Habil İbrahimov, Rüstəm Quliyev, Sadiq Məmmədov və başqaları xüsusi fəallıq göstərmişlər.
İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir. Bu günlər sahələrdə torpaq şumlayan, dırmıqlayan, səpin aparan müxtəlif markalı traktorların aramsız səsi gecə-gündüz kəsilmir. İndiyədək 330 hektar sahəyə arpa, 195 hektara isə məhsuldar buğda toxumu səpilib.
Yuxarıda adları çəkilən fermerlər yenə də növbəti ilin məhsulu üçün tarlalarda arpa-taxıl səpinini davam etdirirlər.
Mexanizatorlar Şahin Vəliyev, Elşad Nəsibov, İslam Məmmədov, Talıb Musayev və başqaları sahələrdə payız şumu qaldırdıqdan sonra gələn ilin bol məhsulunun bünövrəsini qoyur, səpin aparırlar. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
11Dek
Tərtər rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu günədək rayon üzrə 12 min 503,7 hektar sahədə şum qaldırılıb, 9295,6 hektarda taxıl, o cümlədən 6102,2 hektarda buğda, 3069,5 hektarda dən üçün arpa, 123,9 hektarda yaşıl yem üçün xəsil arpa səpilib.
Tərtər taxılçıları səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib.
Rayonda digər kənd təsərrüfatı bitkilərinin də səpini aparılır. Belə ki, gələn ilin məhsulu üçün bu günədək 38,93 hektarda baş soğan, 82,8 hektarda sarımsaq, 532,5 hektarda təzə yonca, 8 hektarda digər bitkilər əkilib.
Teqlər: Kənd təsərrüfatı
11Dek
Kənd şəraitində təsərrüfatın gəlirli sahələrindən biri də maldarlıqdır. Artıq xeyli vaxtdır ki, ailəlikcə bu sahə ilə məşğul oluruq.
Hazırda həyətimizdə müasir üslubda inşa etdiyimiz tövlədə 20 baş mal saxlayırıq. Onların 17 başı ana inəklərdir. İlin yaz-yay fəsillərində hər gün inəklərdən 150-170 kiloqram süd sağıb zavoda təhvil veririk.
Hal-hazırda havaların soyuması ilə əlaqədar olaraq süd istehsalı azalıb. Ana inəklərdən 9-10 baş bala gözlənilir. Bundan sonra süd istehsalı artacaq.
Hər il mal-qaranı qışdan sağ-lam və gümrah çıxarmaq üçün 5-6 hektar sahədə yonca, 2,5-3 hektar sahədə arpa əkib-becəririk. Bu il yoncalıqlardan 7 mindən çox kip bağlatdıdıb, yığmışıq. Yem üçün arpa da kifayət qədərdir.
Təsərrüfat işlərində mənə ailə üzvlərimlə yanaşı qardaşım Zabil Əliyev, sağıcılar Zərifə Abbasova, Yaqut Pirməm- mədova və başqaları yaxından köməklik göstərirlər.
Qışa əvvəlcədən ciddi hazırlıq işləri görmüşük.
Qabil ƏLİYEV,
İlxıçılar kənd sakini, fermer
Teqlər: Kənd təsərrüfatı
11Dek
GÖZƏL İNSAN HAQQINDA XATİRƏLƏRİM
Bu yazıda söhbət professor Əziz Əliyevlə iki görüşümdən gedəcək. Xatirələrimi yazmaqda məqsədim onun nə qədər incəqəlbli, qayğıkeş, sadə olmasını onu tanımayanlara çatdırmaqdır.
1941-ci ilin sonları, Böyük Vətən müharibəsinin ağır və çətin dövrü idi. Cəbhədə böyük itkilər verən qoşunlarımız geri çəkilirdi. Arxa cəbhədə də vəziyyət yaxşı deyildi. Dövlət fövqəladə vəziyyət elan edib, müəyyən işlər aparmaq üçün Azərbaycanın bütün rayonlarına görkəmli partiya və dövlət xadimlərini ezam edirdi. O zaman təzə səhiyyə naziri təyin olunmuş professor Əziz Əliyev də Qarabağın rayonlarında ezamiyyətdə idi.
…1941-ci il dekabr ayının axırlarında Tərtər rayonunun Azadqaraqoyunlu kəndində tibb məntəqəsi qarşısında qara rəngli “M-l” markalı bir maşın dayandı. Maşından ortaboylu, dolubədənli, qara qalifeyi şalvar, qara köynək, uzunboğaz xromsapoq geyinmiş bir nəfər düşdü. Onu dərhal tanıdım. Bu, Əziz Əliyev idi.
Yaxınlaşıb: Daha ətraflı »
Teqlər: Digər
11Dek
Dünya üzərində hər gün kimlərsə ölür. Ölüm hadisələri bir-birindən fərqlənir. Bəzən hansısa xəstəliyə görə, bəzən qəza nəticəsində, bəzən intihar, bəzən də qətl hadisəsi ucbatından ölüm halları baş verir. Bu gün biz sizə dünya üzərində olan ən qəribə ölüm hadisələrindən xəbər verəcəyik. Hansı ki, siz bu ölüm hadisələrini oxuyarkən inanmayacaqsınız, güləcəksiniz və sizin üçün çox maraqlı olacaq. 1. Hans SteiningerAvstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu. Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın çıxdı.
Hans saqqalını toplamağı unudub, yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşır və o, yıxılaraq burnunu sındırır.
Buna görə də alovlar içində qalaraq dünyasını dəyişir. Daha ətraflı »
Teqlər: Digər
Yeni ismarıclar