08Noy
Cari ilin 9 ayında rayonda heyvandarlıq məhsullarının istehsalı haqqında rayon statistika idarəsinin məlumatında göstərilir ki, süd istehsalı (fiziki çəkidə sentnerlə) 153.010 sentner olmuşdur. Bunun 390 sentneri kənd təsərrufatı müəssisələrinin, 152.620 sentneri isə ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
İstehsal olunan südün 151.706 sentneri inək, 111 sentneri camış, 1173 sentneri qoyun, 20 sentneri keçi südü olmuşdur.
Həmçinin ilin 9 ayında yumurta istehsalı ( min ədəd) 7670 ədəd olmuşdur ki, bunun da hamısı ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Yun istehsalı (fiziki çəkidə, sentnerlə) 1246 sentner olmuşdur. Bunun 41 sentneri kənd təsərrüfatı müəssisələrinin, 1205 sentneri isə yenə də ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
30 oktyabr 2016- cı il tarixə iribuynuzlu mal-qaranın baş sayı 26.665 baş olmuşdur. O cümlədən ana inək və camışlar 11918 baş, qoyun və keçilərin sayı isə 73105 baş olmuşdur. 2015-ci ilə nisbətən 2016-cı ildə süd istehsalı 13,6 % , yumurta istehsalı 0,4%, yun istehsalı 0,5% artmışdır. İribuynuzlu mal-qaranın sayı 1,2%, ana inək və camışların sayı 0,7%, qoyun və keçilərin sayı isə 0,8% çoxalmışdır.
“Yeni Tərtər”
Teqlər: Kənd təsərrüfatı
08Noy
Son zamanlar respublikamızda şəkər çuğunduru əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Buna görə də respublikamızın əksər bölgələrində olduğu kimi rayonumuzda da şəkər çuğunduru sahələri ilbəil genişləndirilir. Müqayisə üçün qeyd edək ki, ötən il rayonumzun təsərrüfatlarında 724 hektar sahədə çuğundur əkilmişdisə, bu il həmin sahələr artırılaraq 1187 hektara çatdırılmışdır.
Bir sıra təsərrüfatlarımızda fermerlər və ailə-fermer təsərrüfatlarının üzvləri çuğundur əkini sahələrinin becərilməsinə xüsusi diqqət yetirirlər. Rayon statistika idarəsinin məlumatına əsasən, bu il Yuxarı Qapanlı kəndində 282 hektar, Köçərlidə 145 hektar, Azadqaraqoyunluda 105 hektar, Hüsənlidə 75 hektar, İrəvanlı və İsmayılbəyli kəndlərinin hər birində 60 hektar, Buruc və Qaynaq kəndlərinin hər birində 57 hektar sahədə şəkər çuğunduru becərirlər.
Fermerlərin bu sahəyə maraq göstərmələrinin əsas səbəbi ondan ibarətdir ki, bu bitkinin bazarı var. Onlar əvvəlcədən İmişlidəki şəkər çuğunduru zavodu ilə müqavilə bağlayırlar. Becərmə işlərində, mineral kübrələrin fermerlərə çatdırılmasında zavod insanlara lazımi kömək göstərir, tövsiyələr verir. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
08Noy
KİTABXANALAR MÜTALİƏ MƏDƏNİYYƏTİNİN MƏNBƏYİDİR
Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur.
İlk dəfə olaraq bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.
2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd olunur. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir: “Təhsil və təlim hamı üçündür.” Buna görə də məktəb kitabxanaları məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir. Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çalışmalıdır. Məktəb kitabxanalarının işinə nəzər salarkən bəzi kitabxanaların təhsil standartlarına, pedaqoji kollektivlərin tələblərinə cavab vermədiyi məlum olur. Daha ətraflı »
Teqlər: Təhsil
08Noy
Son illər ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Rayon baytarlıq idarəsinin rəisi Məhərrəm Əliyevin dediyinə görə, bu məqsədlə müxtəlif üsullardan – aqrolizinq yolu ilə sahibkarlara cins mal satılmasından, süni mayalanma və hibridləşmədən istifadə olunur. Son üç ildə rayonumuza 344 baş südlük istiqamətli cins mal gətirilmiş, bunun 266 başı Bəyimsarovda Habil İbrahimovun iri fermer təsərüfatına verilmişdir. İlk vaxtlar cins inəklərin yerli şəraitə uyğunlaşmasında bəzi çətinliklər olsa da, artıq bunlar arxada qalıb. İndi ana inəklərlə yanaşı onlardan alınan balalar da yüksək süd məhsuldarlığı ilə seçilir. Həm də xaricdən gətirilən mallardan fərqli olaraq yerli şəraitdə dünyaya gələn buzovlar daha dözümlüdür. Elə bu səbəbdən də hazırda rayonda süd istehsalının böyük hissəsi cinc malların hesabına yerinə yetirilir. Heyvandarlıqda daha yüksək nəticələr əldə etməyin ikinci yolu isə süni mayalanmadır. Məhərrəm müəllim bildirdi ki, cari ilin 9 ayında rayonda 286 baş inək və düyə süni mayalanıb.
Dövlət başçısının sərəncamına əsasən süni mayalanma yolu ilə doğulan hər buzova görə vətəndaşlara 100 manat subsidiya veriləcək. Bu məqsədlə rayonda 6 nəfərdən ibarət xüsusi komissiya yaradılıb. Bu iş onların nəzarəti altında aparılır. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
08Noy
Məktəb laboratoriyalarında təyinatından asılı olaraq yanğın və partlayış xüsusiyyətləri olan müxtəlif kimyəvi maddələrin, reaktivlərin işlədilməsi, saxlanması ilə bağlı şagirdlər yanğın təhlükəsizliyi qaydalarını bilməli, onlara əməl etməlidirlər. Laboratoriyalarda istifadə olunan kimyəvi maddələrin, reaktivlərin çoxu yanğın və partlayış təhlükəli xüsusiyyətlərə malikdir. Məsələn; belə maddələrə anilini, azot-2 oksidi, bariumperoksidi və s. göstərmək olar. Belə maddələrin, reaktivlərin işlədilməsi və saxlanması vaxtı müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Yanğın vaxtı isə onları kimyəvi və mexaniki hava köpükləri, çilənən su, su buxarı və təsirsiz qazlarla söndürmək lazımdır. Maddələrin və materialların birgə saxlanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlara əməl etmədikdə yanğın və partlayış yaranar. Reaktivlər və başqa maddələrin birgə saxlanması istilik yığımına və öz-özünə alışmaya səbəb ola bilər. Ona görə də onlar müvafiq yerlərdə yanmayan şkaflarda saxlanmalıdır. Oksidləşdiriciləri (bertole duzunu, barium perxloratı, ammonyakı, natrium-nitratı və s.) şüşə, möhkəm tıxaclı bankalarda və ya plastik maddədən hazırlanmış qablarda saxlamaq lazımdır. Bu reaktivlər şkafın yuxarı rəfinə ayrıca qoyulmalıdır. Daha ətraflı »
Teqlər: Təhsil
08Noy
Kəndimizin camaatı tarixən pambıq əkib-becərməklə məşğul olublar. Həmişə də adımız qabaqcıllar sırasında çəkilərdi. Sonradan məlum səbəblərdən pambıqçılığa diqqət azaldı, daha sonra isə bu sahə tamamilə unuduldu.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün respublikada pambıqçılığın inkişafına diqqət artırıldı. Elə buna görə də kəndimizdə də bu il 28,9 hektar sahədə pambıq əkilib. Fermerlərdən Mütalib Ata-yev 7, Məzahir Sadıqov 6, Məzahir Həsənov isə 2,5 hektar sahədə “ağ qızıl” becərmişdilər. Məhsulu maşınla toplamaq üçün sahələrdə dərmanlama aparılmışdır. Son günlər havaların məhsul yığımı üçün əlverişlı keçməsi pambıqçıların işə həvəsini artırıb. İndi tarlalarda pambıqyığan maşınla yanaşı əllə yığım ustaları da işləyir, vaxtdan səmərəli istifadə etməyə çalışırlar.
Az vaxt ərzində kəndimizdən qəbul məntəqələrinə 60 tondan çox pambıq təhvil verilib. Hələ sahələrdə məhsul boldur. Pambıq toplanışı davam edir.
Şikar Əliyev,
Mamırlı kənd İƏD üzrə nümayəndə
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar