Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Sen
    Xəbərlər “DİNİ EKSTREMİZM VƏ ONUN FƏSADLARI”: MAARİFLƏNDİRİCİ TƏDBİR üçün şərhlər bağlıdır

    6f541970a2e0f1b2d2bc1c481eea33d7dsc_0003-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c1Sentyabrın 9-da Tərtər rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyəti ilə birlikdə “Dini ekstremizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirmişlər.
    Tədbirdə rayon gəncləri, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
    Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov Tərtər rayonunda dini və mənəvi-əxlaqi dəyərlərin qorunması, qadağan olunmuş dini təriqətlərin təbliğinin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti ilə bağlı maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, cari ilin iyun ayının 9-da Dövlət Müşaviri Kamal Abdulla rayonumuza səfər etmiş, Tərtər “Cümə” Məscidində dindarlarla görüşmüş, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışmışdır. Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Xəbərlər ƏSGƏRLƏRİ TƏBRİK ETDİLƏR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-089%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-070Tərtər Rayon İcra Hakimiyyətinin başçısı rayonun rəhbər işçiləri, Qarabağ Seyid Ocaqları Birliyinin sədri, ilahiyyatçı-alim Seyid Camal Əzimbəyli və “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ilə birlikdə N.saylı hərbi hissədə olmuş, onlara bayram sovqatı aparmışlar. Hərbçiləri Qurban bayramı münasibəti ilə təbrik edən rayon rəhbəri Müstəqim Məmmədov Ali Baş Komandan tərəfindən Milli Orduya, cəbhə bölgəsi olan Tərtər rayonuna göstərilən diqqət və qayğıdan söhbət açmış, ölkə rəhbərinə qəhrəman tərtərlilər adından öz minnətdarlığını bildirmişdir. Sonra Qarabağ Seyid Ocaqları Birliyinin sədri Camal Əzimbəyli, “Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli, rayonun hərbi prokuroru Fuad Məmmədov, N. saylı hərbi hissənin komandiri Qiyas Abbasov, rayon prokuroru Azər Hətəmov, polis rəisi Rauf Məcidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Ruslan Quliyev çıxış edərək əsgər və zabitləri müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, gənclərə öz tövsiyələrini vermişlər.
    Qonaqlar hərbçilərlə bayram süfrəsi arxasında əyləşmişlər. Sonra Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Orkestrinin iştirakı ilə bayram konserti olmuşdur. Polkovnik Abdulla Qurbaninin təqdimatı ilə olan konsert proqramı hərbçilərdə vətənpərvərlik hisslərini gücləndirmişdir.

    Teqlər:

  • 19Sen
    Xəbərlər “AÇIQ QAPI” GÜNÜ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-110dsc_4427-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8cQurban bayramı ərəfəsində rayonun ərazisində yerləşən hərbi hissələrdə “Açıq qapı” günü keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak etdilər.
    Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda oldular.
    “Açıq qapı” günündə əsgər və zabitlər qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları Qurban bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və Azərbaycan bayrağının Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaqdır. Daha ətraflı »

    Teqlər:

  • 19Sen
    Xəbərlər YENİ KÖRPÜ SALINIR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-132Tərtər çayının sağ və sol sahillərini birləşdirən, rayonumuzun Sarıcalı və Zolgörən kəndləri arasında inşasına cəmi bir ay əvvəl başlanmış mühüm strateji əhəmiyyətli körpünün tikintisi davam edir. Bu ərazilərdəki yaşayış məntəqələrinin insanlarının çoxdankı arzuları artıq reallaşmaq üzrədir.
    Yeni körpü 3 aşırımlı olmaqla uzunluğu 106, eni 12 metrdir. 4 dayaq üzərində inşa ediləcək körpünün 2 dayağı tamamilə hazırdır, üçüncü və dördüncü dayaqların quraşdırılması işləri davam edir.
    Hal-hazırda körpünün tikintisində hər gün 40 nəfər işçi qüvvəsindən və 15-ə yaxın texnikanın gücündən istifadə edilir. Yeni körpünün uzun-ömürlü və dayanıqlı olması üçün var qüvvəmizlə çalışır, keyfiyyəti diqqət mərkəzində saxlayırıq.
    Onu da qeyd edim ki, körpünün sifarişçi təşkilatı “Azər-avtoyol” ASC, podratçı təşkilatı isə “Körpü-Bina Tikinti” MMC-dir.
    Sifarişçi təşkilatın nümayəndələri vaxt-aşırı yanımıza gəlir, görülən işlərin keyfiyyətinə nəzarət edirlər.
    Burada çalışan insanların hər birinin məqsədi keyfiyyətli iş görməkdir. Bu, bizim birinci işimiz deyil, hər birimizin bu sahədə kifayət qədər təcrübəmiz var.

    Vidadi Məcidov,
    körpü tikintisinin iş icraçısı

    Teqlər:

  • 19Sen
    Xəbərlər TARİX-DİYARŞÜNASLIQ MUZEYİNİN TİKİNTİSİ SÜRƏTLƏNİR üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-278Ümumi sahəsi 1200 kvadratmetr olan tarix-diyarşünaslıq muzeyinin tikintisi sürətlə davam etdirilir. Heydər Əliyev prospektində tikilən bu yeni bina zirzəmili və ikimərtəbəli olacaqdır.
    Binanın tikintisinə xeyli işçi qüvvəsi və müasir texnika cəlb edildiyindən gündəlik iş norması artıqlaması ilə yerinə yetirilir. Hazırda binanın ikinci mərtəbəsində iş gedir. İnşaatçılar işin keyfiyyətini də diqqət mərkəzində saxlayırlar.
    Rayonumuzun mərkəzində, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının və şahmat məktəbinin yeni binaları ilə bir sırada yerləşən bu obyekt şəhərimizin gözəlliyinə daha bir tövhə olacaqdır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Sen
    Xəbərlər İSTİRAHƏT MƏKANININ BİRİ DƏ ARTACAQ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-167Murovdağın ətəyində qərar tutan Tərtər rayonu cəbhə bölgəsi olsa da, öz təbii gözəllikləri ilə digər bölgələrdən fərqlənir. Buranın təbiəti insan sağlamlığı üçün əvəzolunmaz nemətdir.
    Son zamanlar bölgələrimizin hər birində olduğu kimi Tərtərdə də quruculuq, abadlıq işləri mütəmadi şəkildə davam etdirilir–yollar, küçələr asfaltlanır, yaşıllıqlar artırılır, bir sözlə, şəhərimizə diqqət və qayğı göstərilir. Yaşayış və inzibati binalar tikilir.
    Şəhərimizin mərkəzindəki Heydər Parkı da tanınmaz olub. Hər gün tərtərlilər bu istirahət mərkəzinə gəlir, doyunca istirahət edib dincəlir, gözəlliklərdən zövq alırlar.
    Belə istirahət məkanlarından biri də Tərtər çayının sol sahilindəki 2,5 hektar ərazidə salınan yeni park olacaq. Burada mövcud ağaclar qaydaya salınır, qalan açıq sahəyə minlərlə maşın yumşaq torpaq daşınıb tö-külərək hamarlanır. Ərazidən keçən Buruc arxı beton kanal şəklinə salınıb.
    Yeni parkın tikintisində xeyli işçi qüvvəsindən və kifayət qədər maşın-mexanizmlərin gücündən istifadə olunur.
    Yeni salınan bu parkda quruculuq- abadlıq işləri başa çatandan sonra bura tərtərlilərin ən mənalı istirahət məkanı olacaqdır. Bunun daha bir gözəlliyi ondadır ki, park Tərtər çayının sahilində salınır.

    “Yeni Tərtər”

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı MƏHSUL TOPLANIŞI DAVAM EDİR üçün şərhlər bağlıdır

    Sentyabrın 1-i vəziyyətinə rayonda 12 min 412 hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 34 sentner olmaqla bütövlükdə həmin sahələrdən 42 min 203 ton taxıl məhsulu götürülmüşdür. İstehsal olunan taxıl məhsullarının 29 min 586 tonu buğda, 11 min 647 tonu arpa olmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur. Bu dövrdə 153 hektar qarğıdalı sahəsindən qu-ru dənə çevirməklə 632 ton məhsul toplanmış, hər hektardan orta hesabla 47,2 sentner qarğıdalı dəni götürülmüşdür. 195 hektar lobya sahəsindən hər hektardan orta hesabla 49,6 sentner olmaqla bütövlükdə 967 ton lobya məhsulu toplanmışdır.
    Mövsüm ərzində sahələrdən 2 min 148 ton dən üçün günəbaxan, 5 min 831 ton kartof, 11 min 416 ton tərəvəz, 77 ton bostan məhsulları, 5 min 299 ton meyvə, 309 ton üzüm toplanmışdır. Hektarın orta məhsuldarlığı günəbaxan üzrə 23,4 sentner, kartof üzrə 109,2 sentner, tərəvəz üzrə 127,5 sentner, bostan məhsul-ları üzrə 154,6 sentner olmuşdur. Məhsul toplantısı davam edir.
    2016-cı ildə 1035 hektar sahədə pambıq, 1187 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 88,2 faiz, şəkər çuğundurunun əkin sahəsi 64 faiz artmışdır. Rayonda pambıq yığımına başlanmışdır. Qəbul məntəqəsinə 13,2 ton məhsul təhvil verilmişdir. Yığım davam edir. Eyni zamanda cari ildə 271,7 hektar sahədə təkrar əkin aparılmışdır.
    Təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 3 min 770 hektar sahə şumlanmışdır.

    Tərtər Rayon
    Statistika İdarəsi

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı TƏKRAR ƏKİN SAHƏLƏRİ BECƏRİLİR üçün şərhlər bağlıdır

    250Torpağı sevən, onu ürəklə becərən kənd əməkçilərimizin bir qismi taxıl biçini başa çatandan sonra ümumilikdə 18 hektar sahədə təkrar əkin keçirmişlər. Bunun 14 hektarı yerkökü (sarıkök), 4 hektarı isə mətbəx çuğundurudur ki, hasilə gələndən sonra hər iki məhsulu toplayıb bazarda satışa çıxaracaqlar.
    Fermer və ailə-fermer təsərrüfatlarının üzvlərindən Ramiz Əliyev 2,4 hektar, Tərlan Zeynalov və Güləbətin Məmmədova hər biri 1,8 hektar, Adil Əliyev və Habil Əliyevlərin hər biri 1 hektar sahədə yerkökü əkiblər.
    Hazırda becərmə işləri davam edir. Cərgəaralarına iki dəfə kultivasiya çəkilib, üç dəfə ketmənləmə aparılıb, iki suvarma gedib, bitkilərə azot gübrəsi verilib.
    Təkrar əkin sahələrinin məhsulu dekabr ayında yığılacaqdır.

    Rəfayıl Hüseynov,
    Azadqaraqoyunlu kəndində fermer

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı ÇUĞUNDUR TƏDARÜKÜNƏ AZ QALIB üçün şərhlər bağlıdır

    111Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
    Hər ikimiz səpindən əvvəl İmişlidəki Şəkər zavodu ilə müqavilə bağlamışıq. Həm üzvi və mineral kübrələrin əldə olunmasında, həm də hazır məhsulun sahədən daşınıb təhvil verilməsində zavod bizə köməklik göstərəcəkdir.
    Tarlalarda becərmə, suvarma işləri aqrotexniki qaydalar əsasında aparıldığından bitkilərin inki-şafı normaldır. Cərgəaralarına 3 dəfə kultivasiya çəkilmiş, 4 dəfə suvarılmış, səpin vaxtı hər hektara 150 kiloqram hesabı ilə fosfor gübrəsi, becərmə vaxtı hər hektara 600 kiloqram hesabı ilə yemləmə gübrəsi vermişik.
    Nümunəvi qulluğun nəticəsidir ki, sahələrdə yaxşı məhsul hasilə gəlib. Hektarın məhsuldarlığı nəzərdə tutulandan xeyli çox gözlənilir.
    Sentyabrın ikinci yarısında şəkər çuğundurunun yığımına başlayacağıq. Gərgin zəhmət hesabına hasilə gətirdiyimiz qiymətli ərzaq məhsulunu itkisiz toplayıb zavoda təhvil verəcəyik.
    Məqsədimiz növbəti ildə şəkər çuğunduru sahələrini daha da genişləndirməkdir. Bu da səbəbsiz deyil. Bu məhsulun bazarı var.
    Hazır məhsulu zavoda təhvil verib heç bir maneə ilə rastlaşmadan pulumuzu alırıq.

    Fazil Vəliyev,
    Bəyimsarov kəndində fermer

    Teqlər:

  • 19Sen
    Kənd təsərrüfatı MƏHSULDARLIQ YÜKSƏK OLDU üçün şərhlər bağlıdır

    401462715Hüsənli kəndinin taxılçıları ötən ilin payızında 365 hektar sahəyə taxıl əkmişdilər. Fermer və ailə-fermer təsərrüfatlarının üzvləri bütün işləri yüksək aqrotexniki qaydalar əsasında yerinə yetirdiklərinə görə hər hektardan orta hesabla 40 sentner buğda götürdülər.
    Fermerlərdən Ramiz Həsənovun, Valeh Əsədovun, Şükür Həsənovun becərdikləri taxıl zəmilərində hektarın məhsuldarlığı 40 sentnerdən yüksək oldu.
    İndi əkin traktorlarının mexanizatorları kotan qoşulmuş traktorlarla sahələri şumlayırlar. Növbəti ilin payızlıq taxıl əkininə hazırlıq görürlər.
    Indiyədək 170 hektardan çox sahədə şum qaldırılmışdır. Şumlama işi davam etdirilir. Mexanizatorlar işin keyfiyyətini daim diqqət mərkəzində saxlayırlar.

    Firuz Rzayev,
    Hüsənli kəndində fermer

    Teqlər: