Qısa arayış: Əhmədov Məhəmməd İbrahim oğlu ötən əsrin əvvəllərində Kəlbəcər mahalının Qaracanlı kəndində anadan olub. O, uşaq yaşlarında Kəlbəcərin kəndli gənclər məktəbində oxuyub. Məktəbi bitirəndən sonra rayonda vergilər idarəsində işləyib. İnsanların mal-heyvanlarını oğurlayanlara qarşı barışmaz idi. Oğurlanan mal-qaranı yiyəsinə qaytarardı. Bunu bilənlər həmişə Məhəmmədə müraciət edərdilər.
Cavan yaşlarından Məhəmməd yaxşı at çapardı, sərrast tüfəng atardı.Həm də yaxşı ovçu idi. Atın dördnala çaparağında onun qarnının altından fırlanıb bir də yəhərə qalxardı. Bu zaman kənardan seyr edənlər elə bilərdilər ki, atın üstündə adam yoxdu. Məhəmməd gənc yaşlarından belə igid oğlan idi.
Ağsaqqalların söhbətlərindən: Daha ətraflı »
-
08AvqDigər KÜRDOĞLU MƏHƏMMƏD KİM OLUB? üçün şərhlər bağlıdır
Teqlər: Digər
Yeni ismarıclar