07Mar
1993-cü il, may ayının 25-i. 8 övlad böyüdüb, boya-başa çatdırmış ana növbəti övladını–Səliməni “Son zəng” mərasiminə yola salır. Amma ana ürəyi çox narahatdır. Axı, məktəbin həyətində hərbi texnika yerləşdirilib. Ermənilər gündə bir neçə dəfə kəndi atəşə tuturlar. İndi də mütləq qanqaralığı salacaqlar. Tamara ana əllərində iri çiçək dəstəsi tutmuş qızını görub özünü saxlaya bilmədi:
–Bəlkə getməyəsiniz, qızım? Şükürlər olsun ki, müharibənin, qanqadanın içində orta məktəbi bitirə bildiniz.
–Yox, ana. İndi uşaqlar da gələcək. Biz məktəbimizlə vidalaşmağa gedəcəyik. Amma şənlik etməyəcəyik. Çünki hazırda kəndimizin üzərində dolaşan şəhid ruhları, yaralıların naləsi buna imkan vermir. Gün gələcək, biz ali təhsil alacağıq, vətənimizin gərəkli övladlarına çevriləcəyik, onda doğma məktəbimizə toplaşıb indi baş tutmayan “Son zəng” tədbirini keçirəcəyik. Qapanlı kənd orta məktəbinin məzunu Səlimə Yusibova elə həmin il N.Tusi adına Pedaqoji Universitetin Tarix fakültəsinə daxil oldu. 1997-ci ildə ali məktəbi bitirib təyinatla rayonumuzun Əksipara kənd tam orta məktəbinə gəldi. 2 il bu məktəbdə, 1 il isə öz doğma kəndində işlədi. Daha ətraflı »
Teqlər: Digər
07Mar
Biz yeni texnologiyalar əsrində yaşayırıq: hər şey inkişaf edir – səhiyyə, mədəniyyət, nanotexnologiyalar. Artıq süpürgədən istifadə etmirik, qab-qacağı, paltarı özümüz yumuruq. Biz özümüz etmədiyimiz işlərin siyahısını artırmaq da olar. Qəzetlərdə oxuduğumuz və televiziyadan eşitdiyimiz reklamlarda isə pulunuza uyğun olaraq hər cür arzunuzun yerinə yetiriləcəyi barədə vədlər eşidirsiniz – ərinizi qaytaracağam, qaynananızı daha mehriban, qocalığınızı təminatlı edəcəyəm, bəxtinizin bağlılığını açacağam və s. Əvvəlcə ondan başlayaq ki, pulsuz pendir yalnız tələdə olur. Bu cür elanlar yalnız gülüş və təəccüb doğurur. Mən ekstrasenslərin, baxıcıların və digər belə insanların əleyhinə deyiləm. Ona görə ki, əgər bizim zəmanədə onlar varsa, deməli, onlara yer də var. Ancaq heç də hər özünü təbib adlandıran əslində belə deyil. Mən bütün bunlara tənqidi yanaşıram. Yəqin, ciddi xəstəliyi olan insanın baxı-cılara müraciət etməsi axmaqlıqdır. Bu işə öz sağlamlıqlarını, pullarını, vaxtlarını sərf edirlər. Müxtəlif otlar, bıçaqlar, yaxud da daha yaxşı, qadınlar üçün ilan zəhərini icad ediblər, sizə xoş gəlməyən insanı öldürə də bilər. Yəqin bu, kimdənsə xilas olmağın ən sadə yoludur, heç killer də tutmaq lazım deyil, artıq xərcdir, bu, mən gördüklərimin , eşitdiklərimin yarısıdır. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
04Mar
“Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif kollektivin bütün xanımlarını, onların timsalında qəhəraman Tərtər qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinə səadət dolu günlər, mənalı ömür, xoşbəxt ailə həyatı və bəxtəvərlik arzulayır.
Teqlər: Digər
04Mar
Texnika elmləri doktoru, professor Rasim Axundov 8 Mart Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında fəaliyyət göstərən bütün qadınları, həmçinin Azərbaycan qadınlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik, firavan həyat və açıq səma arzulayır
Teqlər: Digər
03Mar
Georgiy Pryaxin Dövlət müşaviri Kamal Abdullayevə təşəkkür məktubu göndərib
«Xudojestvennaə literatura» nəşriyyatının baş redaktoru, professor Georgiy Pryaxin Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə təşəkkür məktubu ünvanlayıb. Məktubda qeyd olunur: “ Hörmətli Kamal Abdullayev! Rəhbərlik etdiyiniz Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə fəaliyyət göstərən qış məktəbində iştirak etməyimə imkan yaratdığınız üçün Sizə ürəkdən minnətdaram. Deməliyəm ki, təşkil olunan mühazirə və diskussiyalar əsnasında şəxsən mən özüm yeni və ibrətamiz mətləbləri öyrəndim. Mənə elə gəlir ki, Azərbaycanın bu aktual sferadakı təcrübəsi Rusiyada da, bütün dünyada da qəbul edilməyə layiqdir. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
03Mar
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 8-15 fevral tarixlərində fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbinin nəticələri ilə bağlı yekun toplantı keçirilib. İclasda Mərkəzin müvafiq şöbələri qış məktəbi ilə bağlı hesabat verib, görülən işlər diqqətə çatdırılıb. Toplantıda layihə çərçivəsində həyata keçirilən tədbirlərin yerli və xarici mətbuatda işıqlandırılması müzakirə edilib, xarici tələbələrin və mühazirəçilərin qış məktəbi ilə bağlı təəssüratlarının vaxtaşırı dərci ilə bağlı fikirlər səsləndirilib. İclasda qış məktəbində iştirak edən xarici tələbələrlə bundan sonra da əlaqələrin və əməkdaşlığın davamlılığının əhəmiyyəti diqqətə çatdırılıb. Toplantıda gələcəkdə təşkil olunacaq yay və qış məktəblərində mövcud təcrübənin üstünlükləri ilə yeni ideyaların birgə vəhdətindən istifadə edərək Azərbaycan multikulturalizmi modelinin təbliği və təşviqi istiqamətində daha yüksək nəticələrin əldə olunması ilə bağlı təkliflər səsləndirilib. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
01Mar
“TƏRTƏR” BATALYONUNUN YARADICILARINDAN BİRİ
Pənah Ağamalı oğlu Məmmədov 1961-ci il mart ayının 13-də Tərtər rayonunun Balakəngərli kəndində kolxozçu ailəsində anadan olmuşdur. Cəmilli kənd orta məktəbini bitirərək 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinə daxil olmuşdur. Oxuduğu institutda hərbi kafedra olduğu üçün leytenant rütbəsi almışdır. Mülki ixtisası mühəndis-texnoloqdur, hərbi ixtisası isə taktiki və strateji raketlər üzrədir. Pənah Məmmədov 1982-1984-cü illərdə Belorusiyada hərbi xidmətdə olmuş, raketatan qurğulara rəhbərlik etmişdir. Həmin vaxt bir çox ölkələrdə hərbi təlimlərdə iştirak etmişdir. 1984-cü ildə baş leytenant rütbəsi almışdır.
1984-cü ilin avqust ayında Qazaxıstanın Kapiyar poliqonunda 2 ədəd raket sınağını əla qiymətlə yerinə yetirərək “Fəxri Fərman” almışdır.
1984-cü ildə ordudan tərxis olunan Pənah Məmmədov yenidən doğma rayonu Tərtərə dönmüş, baş leytenant kimi rayon hərbi komissarlığında qeydiyyata götürülmüşdür. Daha ətraflı »
Teqlər: Digər
01Mar
Nizami Firudun oğlu Heydərov 1956-cı il aprel ayının 5-də Bərdə rayonunun Kətəlparaq kəndində anadan olub.
1972-ci ildə həmin kəndin orta məktəbini bitirmiş və Gəncə İnşaat Texnikumuna daxil olmuşdur.
1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra qayıdıb yenidən təhsilini davam etdirmişdir. Sonra istehsalatda çalışmışdır. Daha sonra gizir rütbəsilə hərbi təlim toplantılarına cəlb olunmuşdur, desant ordusunda təlim keçmişdir.1992-ci ildə “Qurtuluş” batalyonunun tərkibində doğma yurdumuzun müdafiəsinə qalxmışdır. Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Marquşevan, Marağa, Həsənqaya, Çaylı, Ağdərə, Koçakod kəndləri uğrunda gedən döyüşlərdə igidliklər göstərmişdir.
1992-ci ilin sentyabr ayından “Tərtər” özünümüdafiə batalyonuna ərzaq xidməti rəisi təyin olunmuşdur. 1993-cü ilin yanvar ayından batalyon komandirinin döyüş işləri üzrə müavini vəzifəsini daşımış, Milli Qəhrəman Elman Hüseynov həlak olduqdan sonra isə onun yerinə batalyonun komandiri təyin edilmişdir. Daha ətraflı »
Teqlər: Digər
01Mar
Suliddin Bəhmən oğlu Yusibov 1964-cü il fevral ayının 1-də Tərtər rayonunun Səhlabad kəndində anadan olmuşdur. Orta təhsilini Səhlabad kənd orta məktəbində almışdır.
1982-ci ildən 1984-cü ilə kimi Sovet Ordusu Sıralarında xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra iki il Mirbəşir Narcılıq Sovxozunda fəhlə işləmiş, 1986-cı ildən 1987-ci ilə kimi Bərdə rayonundakı texniki peşə məktəbində təhsil almış, avtoçilingər peşəsinə yeyələnmişdir.
1988-ci ildən Mingəcevir şəhərindəki 6 saylı Tikinti-Quraşdırma İdərəsində sürücü işləmişdir. 1990-cı ildə rayonumuza qayıdaraq burada fəaliyyət göstərən özünümüdafiə batalyonuna yazılmışdır. 1992-ci ildən 703 saylı hərbi hissənin 5-ci batalyonunun tərkibində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Ağdərə rayonunun ərazisində, Marağa, Marquşevan, Sərsəng Su Anbarı, “Turbaza”, “Ayı heykəli”, Drambon, Çıldıran və Qızılqaya uğrunda gedən qanlı döyüşlərdə ön cərgələrdə olmuşdur. Daha ətraflı »
Teqlər: Digər
01Mar
Mətləb Əziz oğlu Manafov 1958-ci ilin payızında dünyaya gəlib. Tərtər rayonunun Səhlabad kəndində ilk addımlarını atıb, burda əlinə çanta alıb məktəbə gedib.
Orta təhsil illərindən sonra Rusiyanın Çita Vilayətində hərbi xidmətdə olub. Xidmətdən sonra Tərtər rayon Subartezian İdarəsində işləməyə başlayıb.
1992-ci ilin avqust ayında könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə istiqamətində “Tərtər” batalyonunun tərkibində döyüşüb. Bir necə dəfə yaralanmasına baxmayaraq, savaş meydanını tərk etməyib. 1993-cü ildə isə ağır yaralandığı üçün ordudan tərxis olunub.
Ailəlidir, 1 oğlu, 2 qızı var.
Hazırda Tərtər rayonunun Səhlabad kəndində yaşayır.
Cəbhəni “kişilik meydanı” adlandırır.
Tofiq Yusifin “Ölümlə üz-üzə kitabından”
Teqlər: Digər
Yeni ismarıclar