Stolüstü tennis turniri
Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında Tərtər Olimpiya İdman Kompleksində “Heydər Əliyev ili”nə həsr edilmiş rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında stolüstü tennis idman növü üzrə rayon turniri keçirilib. Turnirdə rayonun 28 ümumtəhsil məktəbin şagirdləri iştirak ediblər.
Yarış başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Turnirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədova və Tərtər Gİİ-nin rəisi Emin Pənahov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, id-mana, təhsilə göstərdiyi diqqət və qayğıdan danışıblar. Bildirilib ki, yarışın keçirilməsinin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim uca tutmaqdan ibarətdir.
Tərtərli şagirdlər turnirdə böyük həvəslə iştirak edərək, unudulmaz, əbədiyaşar liderimizə sonsuz məhəbbətlərini nümayiş etdiriblər. Belə turnirlərin müntəzəm keçirilməsi həm də rayonumuzda uşaqlar arasında idmana olan marağın artmasının nümunəsidir.
Turnirin sonunda qalib olan idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.
“Yeni Tərtər”


Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Mərasimdə Prezident İlham Əliyev çıxış edib. Dövlət başçısı bildirib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu.


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov 2022-ci ildə boks idman növü üzrə nailiyyət qazanan idmançılarla görüşüb.
15 dekabr 2022-ci il tarixdə Tərtər rayon Olimpiya İdman Kompleksi ilə Tərtər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı əsasında “Şuşa ili”nə həsr edilmiş yeniyetmə və gənc kikboksçular arasında açıq Tərtər turniri keçirilib.
Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə turnir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev çıxış edərək Azərbaycanın dövlətçilik tarixində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışaraq, yarışın keçirilmə məqsədləri haqqında məlumat verib.
Tərtər Olimpiya İdman Kompleksində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, rayonun tam orta məktəblərinin yuxarı sinif şagirdləri arasında idman çoxnövçülüyü (100 metr məsafəyə qaçış, turnikdə dartınma, paralel qollarda hərəkətlər, yerdən dartınma-jim) üzrə komanda yarışları keçirilmişdir.
AFFA-nın, Uşaq Gənclər Futbol Federasiyasının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
Uşaqlar bizim gələcəyimizdir. Uşaq idman siyasətinin banisi olan Ulu Öndər Heydər Əliyevin idmana olan diqqət və qayğısı bu gün də ölkə başçımız cənab İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və həmişə diqqət və qayğıda saxlanılır. Azərbaycanda idmanın bütün sahələrinin inkişafı, idmançılara yüksək səviyyədə qayğı və diqqət göstərilməsi, idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması və ən əsası, Olimpiya oyunlarında idmançılarımı-zın iştirakı üçün xeyli işlər görülmüşdür. Bu diqqət və qayğı rayonumuzdan da yan keçməmişdir.
Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
Yeni ismarıclar