Koronavirus–sosial, ictimai-siyasi, irqi, dini fərqləri nəzərə almadan insanlığa qarşı ünvanlanmış total müharibədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yer kürəsini bürümüş koronavirus biomüharibəsində fövqəladə bacarıq nümayiş etdirmiş, ölkəsini və xalqını xilas etmək vəzifəsini həyata keçirmiş qalib Baş Komandandır. Azərbaycan Respublikası biomüharibənin qarşısını almaq üçün düşünülmüş qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dünya ölkələrini qabaqlamışdır.
Prezident İlham Əliyevin qəti tapşırıq-ları əsasında qısa müddətdə ali və orta təhsil müəssisələrində tədris prosesinin dayandırılması, ölkə miqyasında genişmiqyaslı dezinfeksiya tədbirlərinin təşkili, ölkəmizin sərhədlərinin bağlanmasına dair qonşu
dövlətlərlə danışıqların aparılması və qəti qərarların qəbul edilməsi koronavi-rus biomüharibəsində gələcək qələbənin əldə olunmasının əsas təminatına çevrilmişdir.
Paralel olaraq dövlət başçımızın rəhbərliyi ilə pandemiya dövrünün çağırışlarına uyğun olaraq yeni işlək strukturların yaradılması və bir sıra dövlət Daha ətraflı »
-
10SenSəhiyyə AZƏRBAYCAN PREZİDENTİNİN KORONAVİRUS PANDEMİYASINA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI TƏŞƏBBÜSLƏRİ üçün şərhlər bağlıdır
-
10AvqSəhiyyə Tibb mütəxəssisinin fikirləri üçün şərhlər bağlıdır
KORONAVİRUS NƏDİR?
Koronavirus nədir və ona qarşı necə mübarizə aparmaq lazımdır?
Hazırda dünyada yayılan koronavirus yeni bir infeksiya deyil. Bu xəstəlik ilk dəfə 2012-ci ildə aşkarlanıb. Alimlər mikroskop altında baxarkən nüvənin ətrafında zülal və lipidlərin tac əmələ gətirdiyini görüblər. “Korona” latın sözü olub, tac deməkdir. Koronavirus kəskin infeksion virus infeksiyasıdır, əsasən antroponozdur, yəni insanlar xəstələnirlər. Lakin buna baxmayaraq, infeksiyanın mənbəyi heyvanlar, quşlar da ola bilirlər. Xəstəlik əsasən yuxarı tənəffüs yollarını zədələyib kəskin ağır formalı pnevmoniya əmələ gətirir.
Virusların ölçüləri 120-160 nanometrdir, onlar ətraf mühitə qarşı dözümsüzdürlər, asanlıqla məhv olurlar, açıq sahələrdə iki saat yaşamaq qabiliyyətləri var. Daha ətraflı » -
10AvqSəhiyyə KORONAVİRUSLA BAĞLI TÖVSİYYƏLƏR üçün şərhlər bağlıdır
1. Özünüzü və başqalarını xəstəlikdən qo-ruyun
Əllərinizi yuyun:
-öskürdükdən və asqırdıqdan sonra
-xəstələrə qulluq edərkən
-yemək hazırlayarkən, əvvəl və sonra
-yeməkdən əvvəl
-tualet istifadəsindən sonra
-əllər vizual olaraq çirkli göründükdə
-heyvanlar və heyvan tullantıları ilə işlədikdən sonra Daha ətraflı » -
10AvqSəhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır
ALLERGİYA NƏDİR?
Allergiya-immun sisteminin adətən zərərsiz maddələrə belə göstərdiyi kəskin reaksiyadır. O, ciddili-yindən asılı olaraq bədənin müxtəlif yerlərində yarana, bir neçə gündən bir neçə saata qədər davam edərək müşahidə oluna bilər.
Allergiya bəzi heyvan növlərinin tüklərinə, müxtəlif ərzaqlara, toza, dərman preparatlarına, kimyəvi məhsullara, həşərat sancmalarına və çiçək tozlarına qarşı yarana bilər. Allergiyaya səbəb allergen adlı maddələrdir. Bəzən allergiya hətta o qədər zəif ola bilər ki, siz hətta allergiyadan əziyyət çəkdiyinizi hiss edə bilməzsiniz. Lakin bəzi hallarda isə allergiya dediyimiz həyat üçün çox təhlükəli hal yarada bilər. Daha ətraflı » -
30İylSəhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tərtər rayonu sakinləri də qoşulub.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, inziba-ti ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi əlilləri, habelə sıravi vətəndaşlar, xüsusilə gənc könüllülər fəal iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-qtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət Daha ətraflı » -
20İylSəhiyyə GÖZ HƏKİMİ üçün şərhlər bağlıdır
Elə insanlar var ki, onlar öz əməlləri ilə tarixin bir səhifəsinə çevrilir, yaddaşlara həkk olunurlar, yaşadıqları zamandan sonra da xatırlanırlar. Belə insanlardan birinin sorağı ilə onun yaxınlarının görüşünə yollandım. Bir zamanlar göz həkimi Rübabə adlı qadının səsi-sorağı nəinki rayonumuzda hətta ətraf rayonlara da yayılmış, adı sakinlərin dilindən düşməmişdir. Ağrı-acı içində onun yanına üz tutanların sayı gündən-günə artırdı.
Göz həkimi Rübabə Vəiyeva kimiydi? Bu barədə onun ata evində yaşayan bacısının gəlini Rəmziyyə və nəvəsi Elşadla söhbət et-dik. Mən həmin günədək Rəmziyyə xanımı Rübabə həkimin gəlini kimi tanımışdım. Rəmziyyə xanım düşdüyü ocağın böyükləri haqqında fəxrlə danışdı və dedi ki, mən qürur duyuram belə insanların gəlini olmuşam, bu ailə əsl ziyalı ailəsi idi. Daha ətraflı »
-
30İynSəhiyyə DEZİNFEKSİYA İŞLƏRİ DAVAM ETDİRİLİR üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış şəhərcikdə COVİD-19 infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
“Yeni Tərtər -
30İynSəhiyyə üçün şərhlər bağlıdır
Koronavirus epidemiyasının (COVİD-19) dünyanı cənginə aldığı bir vaxtda onun vaksininin hələ də mövcud olmaması və çox ağır hə-yati təhlükələrə gətirib çıxarması bütün bəşəriyyəti narahat edən bir problemdir. Bu infeksiya qısa zaman kəsiyində çox böyük sürətlə yayılmış, dünya üzrə 7 milyondan çox insanın yoluxmasına və 400 mindən çox insanın ölümünə səbəb olmuşdur.
Azərbaycanda da koronavirus pandemiyasına qarşı dövlət səviyyəsində bütün lazımi tədbirlərin görülməsinə baxmayaraq, insanların özlərinin laqeyd münasibətindən yoluxma get-gedə genişlənmiş və əhatəsi böyümüşdür. Buna görə Nazirlər Kabineti yanında Operativ Qərərgah mövcud karantin rejimini daha da sərtləşdirməyə məcbur olmuşdur.
Tərtərdə də koronavirus epidemiyasına qarşı çox ciddi tədbirlər görülür, əhalinin bu sahədə maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Bu göstərilənləri nəzərə alaraq, infeksiya barədə məlumatı oxuculara təqdim edirik. -
30İynSəhiyyə İNFEKSİYA üçün şərhlər bağlıdır
İnfeksiya – patogen mikroorqanizmin digər canlı orqanizminə daxil olması və bu-nun nəticəsində yoluxmuş orqanizmdə gedən cavab proseslər. İnfeksiyanı törədən amil orqanizmə daxil olduqda müəyyən orqan və toxumalarda məhdudlaşır. Nəticədə infeksion proses əmələ gəlir. İnfeksion proses kəskin və xroniki xəstəliklər, yaxud infeksiya gəzdirmə formasında aşkar ola bilər.
Hər bir İnfeksiyanın özünəməxsus yoluxma mexanizmi var; tənəffüs yollarının infeksion xəstəliklərində xəstə öskürdükdə, asqırdıqda və danışdıqda İnfeksiya selik damcıları vasitəsilə ətrafa yayılır və sağlam insana hava ilə yoluxur; səpgili yatalaq, malyariya, taunun bubonlu forması və s. xəstəliklər qansoran cücülər vasitəsilə yayılır; qoturluğun, göbələk və zöhrəvi xəstəliklərintörədiciləri isə xəstə ilə bilavasitə təmasda olduqda keçir. İnfeksiyanın yoluxma mexanizminin aydınlaşdırılması infeksion xəstəliklərin profilaktikasının əsasını təşkil edir. İnfeksiya müəyyən klinikiəlamətləri ilə özünü göstərən infeksion xəstəlik haqqında və gizli – yəni latent, inapparant infeksiya, immunlaşdırıcı subinfeksiya və mikrobdaşıyıcılıq halında gedir. Daha ətraflı » -
30İynSəhiyyə VƏTƏNDAŞLARIN SANİTAR-GİGİYENİK MAARİFLƏNDİRİLMƏSİ DAHA DA GENİŞLƏNİR üçün şərhlər bağlıdır
Tərtərdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq qabaqlayıcı tədbirlər davam etdirilir. Tərtər Rayon İcra Hakimiyyətində yaradılan koronavirusa qarşı mübarizə qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparıblar.
İnfeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlərlə yanaşı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və sosial məsuliyyət tədbirləri davam etdirilir.
Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər YAP Tərtər rayon təşkilatının, “Qızıl Aypara” cəmiyyətinin Tərtər rayon bölməsinin və Tərtər Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri tə-rəfindən əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə-müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilmişdir.
Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün sakinlərdən müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.
Yeni ismarıclar