Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin xətti ilə regionların ümumtəhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyatı və ibtidai sinif müəllimlərinin sertifikasiyası keçirilib. Rayonumuzun təhsil sektorundan 262 nəfər müəllim həmin sertifikasiyaya cəlb olunmuşdu. Onlardan 53 nəfər 50 baldan yüksək nəticə əldə edib. Bununla əlaqədar Tərtər rayon Təhsil sektorunun rəhbəri Oqtay Sarıkişiyevlə əlaqə saxladıq. Bildirdi ki, müəllimlərimiz region məktəbləri arasında yüksək nəticəyə nail olaraq fərqləniblər.
Həmin müəllimlərdən bir neçəsinin təəssüratlarını oxucularımıza təqdim edirik.
Özümə güvənirdim
Mən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində anadan olmuşam. Hal-hazırda Köçərli kənd tam orta məktəbində işləyirəm. Keçirilən sertifikasiya imtahanında 59 bal toplamışam. Bu nəticəni gözləyirdim, çünki çalışmışdım və özümə güvənirdim. Sertifikasiya imtahanının keçirilməsini alqışlayıram. Ona görə ki, bu imtahanda biz şagirdlərimizin gələcəyini düşünürük. Suallar çox asan idi. Mən belə asan olacağını gözləmirdim. Bu cür suallara cavab verə bilməyən müəllimlərin bugünkü gündə şagirdlərimizə dərs keçməyə haqqı yoxdur, düşünürəm. Biz bir şəxsiyyət olaraq öncə şagirdlərimizin gələcəyini düşünməliyik. Mən də gələcək fəaliyyətimdə şagirdlərimin daha savadlı, vətənpərvər, tərbiyəli bir şəxsiyyət kimi formalaşmasında səylə çalışacam.
Yüksək bal toplayan bütün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Vüsalə BALAKİŞİYEVA,
Köçərli kənd tam orta
məktəbində ibtidai sinif müəllimi
İmtahanın təşkili çox gözəl idi
Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin sertifikasiya imtahanı, mənim fikrimcə, təhsil sisteminin inkişafı və gələcək nəslin daha yaxşı təhsil ala bilməsi üçün çox önəmli və mütərəqqi bir ideyadır.
İmtahanla bağlı fikirlərim, təəssüratlarım çox yüksəkdir. Ümumiyyətlə, imtahanın təşkili çox gözəl idi. Müəllimlərin rahatlığı və təhlükəsizliyi ilə bağlı bütün tədbirlər görülmüşdü.
Mən 1984-cü ildə Tərtər rayonunun Kəngərli kəndində anadan olmuşam. Hazırda Tərtər şəhərində yaşayıram. Orta təhsilimi Kəngərli kənd tam orta məktəbində almışam. 2007-ci ildə isə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialını Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirmişəm. Daha ətraflı »






Azərbaycan çox qədim tarixi köklərə əsaslanan bir çox inzibati ərazilərə malikdir. Bu səbəbdən Azərbaycanın region və şəhərlərini daha yaxşı analiz etmək üçün mənim kimi həvəskar bir qrup gənc bir sıra layihələr, düşərgələr və ekskursiyalar təşkil edir və birbaşa iştirak edirik. Bu düşərgələrdən biri qədim yaşayış məskənlərimizdən olan Tərtər rayonuna idi. Bu düşərgə zamanı bizim məqsədlərimizdən biri də regionumuzu daha yaxşı tanımaq və analiz edə bilmək idi. Biz “Tərtər Olimpia Kompleksi”ndə dörd gün keçirərək bir sıra yeni məlumatlar və faktlar öyrəndik. Düşünürəm ki, bunlar çox gözəl təcrübə idi. 
Cari dərs ilinin son günlərində Sarıcalı kənd tam orta məktəbində çox maraqlı, xatirələrdə uzun müddət yaşanacaq bir görüş keçirildi. Müəllim və şagird kollektivi məktəbin fəxri məzunlarını-ehtiyatda olan polkovnikleytenant, təhlükəsizlik üzrə ekspert İlham İsmayılı və bacarıqlı pedaqoq, işlədiyi illər ərzində yüzlərlə şagirdin ürəyinə vətənpərvərlik və ədəbiyyata məhəbbət toxumları səpmiş Bəsti İsmayılovanı gül-çiçəklə qarşıladılar. Görüşdə Tərtər Təhsil Sektorunun nümayəndəsi Müsaməddin Qurbanov və “Yeni Tərtər” qəzetinin baş redaktoru Svetlana Bağırova da iştirak edirdilər.
Aişə Bayramlı şəhər 1 saylı tam orta məktəbin şagirdidir. O, hələ şagird partasında əyləşsə də, bugündən öz gələcəyini qurmağa çalışır və buna çox gözəl nail olur. Aişənin nailiyyətlərini oxucularımıza onun öz dilindən təqdim edirik.
59 il bundan əvvəl rayonumuzda peşə məktəbinin açılması həm Tərtərimizin, həm də ətraf rayonların həyatında əlamətdar hadisə oldu. Çünki bütün dövrlərdə öz peşəsini sevən və yaxşı bilən kadrlara ehtiyac olub.
Ş-ərəf, U-ğur, Ş-əhadət, A-zadlıq və daha nələ-nələr yaza biləcəyimiz ecazkar şəhər.
Bakı Dövlət Universitetinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mənim doğma Tərtərimdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfransın keçirilməsi hər bir tərtərli kimi məni də çox qürurlandırdı. Universitet müəllimlərinin, görkəmli alimlərin orta məktəblərdə, “Gənclər Mərkəzi”ndə şagirdlərlə, gənclərlə keçirdikləri görüşlər mənə orta məktəb illərimi xatırlatdı. O illərdə cəbhəyanı bir kəndin – Qapanlı kənd məktəbinin şagirdi olsam da, çox fəal idim və dəfələrlə müxtəlif bilik yarışmalarında, olimpiadalarda qalib olub mükafatlandırılmışdım. Bundan sonra Bakı Dövlət Universitetində bakalavr, sonra isə magistr pilləsini müvəffəqiyyətlə bitirdim.
Şəhid Aslan Kərimov adına 3 saylı orta məktəbdə keçirilən növbəti tədbir “Heydər Əliyev ili”nə həsr edilmişdir.Tədbirdə məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Yeni ismarıclar