Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,939
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn
    Təhsil SƏBİRSİZLİKLƏ GÖZLƏNİLƏN “SON ZƏNG” üçün şərhlər bağlıdır

     

     

     

     

     

    Rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 598 nəfər şagird XI sinfi, 743 nəfər şagird isə IX sinfi bitirir.
    Məktəblərdə təşkil olunan “Son zəng” tədbirlərinə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
    Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, valideynlərin, məzunların çıxışları bir-birini əvəz etdi.

     

     

     

     

     

    Tərtər şəhərində və təmas xəttinə yaxın yerləşən kəndlərin ümumtəhsil məktəblərinin “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məzunları təbrik edərək, onlara uğurlar arzuladı. Müstəqil Azərbaycanımızın gələcəyinin gənclərimizdən asılı olduğunu söylədi. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığını bildirdi. Rayon rəhbəri millətin gələcəyi olan təhsilin tərəqqisinə cənab Prezidentin xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırdı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları sayəsində möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın çiçəklənməsi naminə töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
    Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.

    “Yeni Tərtər”

  • 20İyn
    Təhsil İNTELLEKTUAL İNKİŞAF DÖVRÜN TƏLƏBİDİR üçün şərhlər bağlıdır

    Hər bir dövlətin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Çağdaş dünya çağırışlarına cavab verən təhsil sisteminin yaradılması ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib.
    Bu sahədə əsası ümummilli liderimiz tərəfindən qoyulan islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Təhsil sahəsində atılan genişmiqyaslı addımlar böyük nailiyyətlər əldə edilməsinə və dövlətimizin sürətli inkişafına əsas baza yaradan amildir.
    Təhsil sahəsində görülən bütün işlər savadlı, istedadlı gənclərin yetişməsinə və cəmiyyətin intellektual potensialının artmasına zəmin yaradır. “Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi təhsil siyasəti bu gün öz bəhrələrini verməkdədir.
    Qədim diyarımızda təhsilin inkişafı ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər kadr potensialının gücləndirilməsinə xidmət edir. Gənclərin səsi beynəlxalq səviyyəli tədbirlərdən gəlir. Biz də onların ardıcılı olaraq, bu gün respublikanın təhsil sistemində yaradılmış yüksək şəraitdən səmərəli istifadə etməli, qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsində fəal olmalıyıq. Daha ətraflı »

  • 20May
    Təhsil İNŞA YAZI MÜSABİQƏSİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə hazırlanmış tədbirlər planına uyğun olaraq YAP rayon təşkilatı, təhsil şöbəsi və Gənclər və İdman İdarəsi birlikdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ümummili lider Heydər Əliyev–şərəfli ömrün salnaməsi” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
    Tədbiri rayon icra hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq, müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin doğma Vətən və xalq qarşısındakı müstəsna tarixi xidmətlərindən danışıb. Tədbir iştirakçılarına ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib.
    Yekun turunda ümumtəhsil məktəblərindən 44 nəfər şagird iştirak edib.

    “Yeni Tərtər”

  • 08May
    Təhsil PARLAQ GƏLƏCƏYİN ÜFÜQLƏRİ üçün şərhlər bağlıdır

    Təhsil xəzinədir, əmək onun açarı
    Seyid Əzim ŞİRVANİ
    Müasir təhsil metodlarından götürülən nümunələr əsasında ölkəmizdə tədris prosesi daha yüksək səviyyədə inkişaf edir. İstedadlı tələbələr gələcəkdə Azərbaycanın müxtəlif sahələrdə uğur qazanmasına səbəb olur. Ümummilli Lider Heydər Əliyev deyib: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”.
    Xüsusilə, xarici dilləri öyrənmək gələcək karyera həyatında işləmək üçün insana kömək olur.
    Abituriyentlər qarşısına qoyduğu məqsədə çatmaq üçün gündəlik dərs proqramlarına ciddi və məsuliyyətlə hazırlaşmalıdırlar.
    Bu yazımla hər kəsi rayonumuzu tanıdan bir tələbə ilə tanış edəcəyəm. Yaqut Qurbanzadə 2001-ci ildə Tərtərin Səhlabad kəndində anadan olub. Ailənin kiçik övladı olan bu qız Tərtər şəhər 6 nömrəli tam orta məktəbin məzunudur. O, 2018-ci ildə imtahanda yüksək nəticələr əldə edərək 628 balla Xarici Dillər Universitetinin İngilis dili fakültəsinə qəbul olaraq tələbə adını qazandı.
    Atası Eyvaz Qurbanov Qarabağ müharibəsi veteranıdır. Eyvaz Ağdərəətrafı və Qarabağ döyüşlərində iştirak edib. BDU-nun hüquq fakültəsini bitirdikdən sonra Tərtər və Goranboy rayonlarında müstəntiq işləyib. 6-cı sinifdə oxuyarkən atasını itirdiyini deyən Yaqut ailə yükünün qardaşının öhdəsinə düşdüyünü bildirdi. Daha ətraflı »

  • 08May
    Təhsil AZƏRBAYCAN TOLERANTLIQ ƏNƏNƏLƏRİNDƏN MULTİKULTURALİZMƏ KEÇİD üçün şərhlər bağlıdır

    Açar sözlər: tolerantlıq, multikulturälizm, din, forum
    Tolerantlıq ruhu “Azərbaycan” adlı bədəndə mükəmməl tarazlıq və harmoniya halında minillərdir ki, yaşayır və inkişaf edir. Dünyanın bütün xalqları kimi Azərbaycan xalqı da bu günə tarixin çox çətin və rəhmsiz sınaqlarından keçərək gəlib çatmışdır. Lakin “azərbaycanlı” adlanan etnik mədəni fenomen heç vaxt başqasının yurduna, malına, elinə göz dikməyib, xor baxmayıb. Belə bir fakta nəzər salaq, 2016-cı il aprel döyüşü zamanı rus jurnalisti erməni qızlardan soruşur: “Azərbaycan ordusunun Xankəndinə girəcəyi sizi qorxutmur?”. Onların cavabı isə belə olur, “Yox, çünki Azərbaycan əsgərləri qadınlara, qocalara və uşaqlara toxunmurlar”.
    Ən qədim zamanlardan ölkəmizin ərazisində dünyanın müxtəlif dini əqidələrinə sitayiş edən insanlar yaşamışdır. Lakin tarix boyu bu məmləkət də bir dəfə də olsun etnik müxtəliflik zəminində ayrı-seçkilik aktı baş verməmişdir. XIX əsrdə Azərbaycan maarifçiləri Şərq tarixində ilk dəfə olaraq islam ideologiyasının Avropa elm və texnologiyaları ilə birgə mövcudluğunun və harmoniyasının mümkün olduğunu və vacibliyini elan etmiş, islamda ən mübahisəli məqamlardan biri olan “cihad” fenomenini “insanın şəxsi cahilliyinə qarşı müharibə elan etməsi” kimi qiymətləndirmişlər. Daha ətraflı »

  • 29Apr
    Təhsil Cəmiyyətimizin inkişafına dəstək olan qadınlar üçün şərhlər bağlıdır

    DÜŞÜNCƏLƏRİN MEMARI

    Azərbaycanın günbəgün inkişafında, çiçəklənməsində, dünya xalqları arasında yüksək mövqe tutmasında qadınlarımızın xüsusi xidmətləri vardır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının fəallığı birə-beş artdı. Bacarıqlı və istedadlı xanımlarımız cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanır.
    Hər birimiz həyatda tutduğumuz mövqeyə görə birinci növbədə müəllimlərimizə borcluyuq. Çünki onların əməyi danılmazdır, əvəzolunmazdır. Bu haqda dinimizin və tariximizin dəyərli şəxsləri hikmətli kəlamlar deyiblər. Ən qürurverici peşənin sahibləri şagirdlərinin uğurlarına öz nailiyyətlərindən daha çox sevinir, onların səsinin zirvələrdən gəlməsini arzulayırlar. Belə bir aforizm var: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Cəmiyyətə yararlı insanların yetişməsi məhz müəllimlərdən asılıdır. Müəllim elə bir insandır ki, səhv yolda olan şagirdi pislikdən çəkindirər, onu yüksək səviyyədə tərbiyə edər. Müəllim adı XIX əsrdə “molla”, XX əsrdə “mirzə”, XXI əsrdə artıq “müəllim” kimi formalaşmışdır. Nə qədər şərəfli peşədir müəllimlik!. Çünki fəhlənin, həkimin, nazirin, hətta müəllimin də müəllimi olur.
    Müəllim və həkimlik peşəsində qadınların sayı daha çoxdur. Məhz cəmiyyətin savadlı və tərbiyəli olması məsuliyyəti müəllimlərin öhdəsinə, sağlam nəslin yetişməsi yükü isə həkimlərin çiyinlərinə düşür. Daha ətraflı »

  • 29Apr
    Təhsil AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI FƏNNİNİN TƏDRİSİNDƏ MÜASİR TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ üçün şərhlər bağlıdır

    Şagird şəxsiyyətinin formalaşmasında, onun mənəvi cəhətdən kamil vətəndaş, xalqa, yaşadığı torpağa ürəkdən bağlı insan kimi yetişməsində ana dili fənninin əhəmiyyəti böyükdür. Buna görə də, bu fənnin tədrisinə xüsusi diqqətlə yanaşıram. Çünki bu fənn şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir.
    Müasir cəmiyyətimiz sürətlə informasiyalaşmağa doğru irəliləyir və bu, kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə, həmçinin təhsilə tətbiqi ilə səciyyələnir. İndiki zamanda peşəsindən və fəaliyyət növündən asılı olmayaraq, hər bir insan elektron vasitələrdən istifadə etmək bacarıqlarına malik olmalıdır.
    Bəzi humanitar fənn müəllimləri İKT-nin tətbiqinin əlverişliliyinə şübhə ilə yanaşırlar. Bu cür yanaşma əsassızdır. İnformasiya texnologiyalarının tətbiqində dil-ədəbiyyat müəllimlərinin qarşısında duran vəzifələr digər fənn müəllimlərinin məqsəd və vəzifələrindən bir çox cəhətdən fərqlənir. Bu vəzifələrə mətnlə, bədii sözlə, kitabla iş aiddir. Dil və ədəbiyyat dərslərinin məqsədi şəxsiyyətin mənəviyyatının, onun əxlaqi dəyərlərinin, estetik zövqünün formalaşmasına, dilə mükəmməl yiyələnməsinə imkan yaratmaqdır. Daha ətraflı »

  • 19Apr
    Təhsil GƏNC MÜƏLLİM üçün şərhlər bağlıdır

    Cəmiyyətimizin elə bir sahəsi yoxdur ki, orada orta nəsillə birlikdə gənc nəsil də çalışmasın. Gənclər bizim gələcəyimizdir. Onlara arxa-dayaq olmaq, doğru yola istiqamətləndirmək hər birimizin vətəndaşlıq borcudur. Səbuhi Kərimov da ilk əmək fəaliyyətinə məhz “Yeni Tərtər” qəzeti redaksiyasında fotomüxbir vəzifəsi ilə başlayıb. Burada çalışan hər kəsdən, xüsusilə redaktorun təcrübəsindən bəhrələnib. İşləyə-işləyə təhsilini davam etdirib. Pedoqoji təhsil alıb.
    Gənc müəllim Səbuhi Kərimov 2011-ci ildə müəllimlərin işə qəbulu komissiyasından keçdikdən sonra Mamırlı kənd tam orta məktəbində coğrafiya fənnini tədris etməyə başlayıb. Artıq ilk dərs günündən 8 il ötüb. Səbuhi müəllim üzərinə düşən məsuliyyətin ağırlığını, onun mahiyyətini dərindən dərk edir. Müəllimlik müqəddəs peşədir. Müasir dövrümüzdə şagirdlərin maraq dairəsi olduqca genişdir. Dərsin tədrisində elə üsullardan istifadə etmək lazımdır ki, gündən-günə şagird daha maraqlı olsun. Gənc müəllim bu işin öhdəsindən layiqincə gəlir. Yaxınlarda 9-10-11-ci siniflərdə keçirilən fənn olimpiadasının 1-ci turunda Səbuhi Kərimovun dərs dediyi şagirdinin müvəffəqiyyət qazanması buna əyani sübutdur. Bu uğurun nəticəsidir ki, müəllim və şagirdi rayon təhsil şöbəsinin “Fəxri Fərman”ına layiq görülüblər. Daha ətraflı »

  • 07Mar
    Təhsil İŞĞALIN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Bu günlərdə Umudlu kəndinin işğalının (28.02.1992) 27-ci ildönümünə həsr olunmuş anım günü keçirildi. Tədbiri S.Paşayev adına Umudlu kənd tam orta məktəbi hazırlamışdır.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının əməkdaşları, Qarabağ qaziləri, şəhid yadigarları, ictimaiyyət nümayəndələri, qonaqlar və kənd sakinləri iştirak edirdilər.
    Tədbirə Himnimizin ifasıyla başlanıldı.
    Umudlunun və bütün Qarabağ şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »

  • 20Fev
    Təhsil KÖVRƏK XATİRƏLƏR üçün şərhlər bağlıdır

    Şəhid Rövşən Səfərov adına Sarıcalı kənd tam orta məktəbində şəhidin anım günü qeyd olundu. Anım gününə şəhidin doğmaları, Qarabağ müharibəsi veteranları, məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət və media nümayəndələri toplaşmışdılar.
    Öncə Sarıcalı kəndindəki “Şəhidlər abidə”si ziyarət olundu, önünə qərənfillər qoyularaq onların xatirələri ehtiramla yad edildi. Tədbir şəhidin adını daşıyan, oxuduğu məktəbdə davam etdirildi. Məktəbin təşkilatçı müavini–Gülnarə Muradova tədbiri açıq elan etdi, Dövlət himni səsləndirildi, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Daha ətraflı »

    Teqlər: