Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin direktoru Məzahir Cəfərov
2019-2020-ci tədris ilində Coğrafiya Fənn Olimpiadasının Rayon turunda şagirdi yüksək nəticə gös-tərdiyi üçün məktəbin coğrafiya müəllimi Kərimov Səbuhi Sabir oğlunu fəxri fərmanla təltif etmişdir. Məktəbin 9-cu sinif şagirdi Qarayev Murad Rövşən oğlu Fənn Olimpiadasının rayon turunda yer tutaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Bu uğurun əldə olunmasında Səbuhi müəllimin xüsusi zəhməti olub.
“Yeni Tərtər”
-
24FevTəhsil OLİMPİADANIN QALİBİ üçün şərhlər bağlıdır
-
24FevTəhsil TƏLƏBƏLƏR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Beynəlxalq Avrasiya Mətbuat fondunun “Tərtəri tanı və tanıt” adlı lahiyəsi çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə həmkarlar ittifaqının nümayəndələri Tərtər rayonuna səfər ediblər. Səfər çərçivəsində qonaqlar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Çox səmimi və maraqlı keçən görüşdə rayon rəhbəri tələbələrə Tərtər rayonunun tarixi, bu günü və kənd təsərrüfatı sahəsində son illərdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Sonra tələbələr rayon ərazisində fəaliyyət göstərən istehsal müəssisələri, tarix-diyarşünaslıq müzeyi, “Marağa-150” abidəsi və digər obyektlərlə tanış olublar.
“Yeni Tərtər” -
10Fev
Tərtər şəhərinin Aslan Kərimov adına 3 saylı ümumi orta məktəbində “Unutsaq, unudularıq” mövzusunda tədbir keçirildi.
Məktəbin tarix müəllimi Kifayət Kərimova tədbiri açıq elan etdi.
Tədbirdə məktəbin bütün müəllimləri, şagirdləri, təhsil şöbəsinin nümayəndəsi, valideynlər iştirak edirdi.
Məktəbin direktoru Dilşad Məmmədova, dərs hissə müdiri İlahə Şirinova, ədəbiyyat mü-əllimləri Sevil İsmayılova, Lüdmila Hümbətova çıxış etdilər. Daha ətraflı » -
10FevTəhsil QARABAĞ MÜHARİBƏSİ ŞƏHİDLƏRİNİN ANIM GÜNLƏRİ KEÇİRİLDİ üçün şərhlər bağlıdır


“Torpaq əgər uğrunda ölən varsa vətəndir”. Vətən bizim anamız, and yerimiz, güvəncimiz,
taleyimizdir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımız Vətəndir. Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf və ləyaqət zirvəsidir. Daha ətraflı » -
10FevTəhsil İNTELLEKTUAL SƏVİYYƏLİ GƏNC üçün şərhlər bağlıdır
Şəhərimizin mərkəzində yerləşən, ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı sayəsində tikilib istifadəyə verilmiş yaraşıqlı bir bina var. O bina görkəmi ilə diqqəti cəlb edir, yeniyetmə və gənclərimizi öz əhatəsinə toplayır. Bu yaraşıqlı bina son illərdə istifadəyə verilib. Qapılarını sakinlərin – xüsusilə yeniyetmə və gənclərimizin üzünə açdığı gündən onlara doğma, isti qucağa çevrilib. Bu isti qucaqlı ünvan Uşaq Gənclər İdman Şahmat Məktəbidir. Quliyev Emin Arzu oğlu bu isti qucaqlı ünvanın rəhbəridir–direktorudur. Onunla görüşüb söhbət etdik. Daha ətraflı » -
30YanTəhsil XALQIMIZIN QƏHRƏMANLIQ SALNAMƏSİ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən rayon Təhsil şöbəsi tərəfindən UGİŞM-də “20 yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilib, müsabiqədə rayonun 44 məktəbindən 44 şagird iştirak edib. Səhlabad kənd tam orta məktəbinin XI sinif şagirdi Fatimə Ağazadə müsabiqənin birincisi olub. O, rayon icra hakimiyyəti tərəfindən Diplomla təltif olunub. Həmin yazını sizə təqdim edirikHeç güllərin ağladığını görmüsünüzmü?
Qərənfilləri matəm çiçəyinə çevirən 20 Yanvar! Güllərin son mənzilini şəhid məzarına çevirən məsum gün şəhid qanından qıpqırmızı qana bələndi, gözlərindən damla yaş axıtdı. Şəhərimizə qərənfil yağışı yağdı. Daha ətraflı » -
10YanTəhsil TƏHSİL UĞURLU GƏLƏCƏYƏ APARAN YOLDUR üçün şərhlər bağlıdır
Azərbaycanın təhsil sahəsində keçdiyi yolu təhlil edərkən, öncə təhsilimizin tarixinə nəzər salmalıyıq. Bu tarix isə onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək surətlə inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ümummilli Lideri-miz Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən sonrakı dövrdən Azərbaycanda orta və ali təhsilin yüksək səviyyədə inkişafı, o cümlədən, ölkədən kənarda kadr hazırlığı başladı. Çünki Heydər Əliyevin təhsilimizə göstərdiyi bütün qayğıların arxasında “Təhsil millətin gələcəyidir” fikri durmuşdur.
Təbii ki, bütün bunları nəzərə alaraq, yeni məktəblərin tikilməsi, yeni dərs metodlarının tətbiq olunması, digər yüksək səviyyəli işlərin icrası və nizamlı şəkildə aparılması möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçi-rilməklə uğurla davam etdirilir. Eyni zamanda unutmaq olmaz ki, yeni məktəblərin tikilməsində, müasir və yeniliklərin yaradılmasında, təhsilimizin belə yüksək səviy-yədə inkişafa qədəm qoymasında, Azərbaycanın birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, İSESKO və YUNESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci – vitse prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Daha ətraflı » -
25NoyTəhsil HESABATLAR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının inzibati binasında Mingəçevir şəhər, Tərtər, Bərdə, Yevlax Rayon Təhsil şöbələrinin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdən öncə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva və bölgələrin təhsil şöbələrinin müdirləri ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.“Yeni Tərtər”
-
20NoyTəhsil VƏSİQƏ QAZANIBLAR üçün şərhlər bağlıdır
Seydimli kənd tam orta məktəbində basketbol idman növü üzrə “Məktəblilərin Respublika “Çempionatı”nın rayon mərhələsi keçirildi. Yarışın nəticəsinə əsasən Seydimli kənd tam orta məktəbin komandası I yeri, şəhər 1 saylı tam orta məktəbin komandası II yeri, Hüsənli kənd tam orta məktəbin komandası isə III yeri tutmuşlar. Qalib komandalar idarəmiz tərəfindən diplomlarla təltif edildilər. I yerin qalibi Seydimli kənd tam orta məktəbin komandası zona mərhələsinə vəsiqə qazandı. -
30OktTəhsil Təhsil millətin gələcəyidir üçün şərhlər bağlıdır
TƏHSİLİN GƏNCLƏRİN İNKİŞAFINDA ROLU
Hər kəsin şəxsiyyət kimi cəmiyyətdə mövqe tutmasında yəni təkcə iş həyatında deyil mədəniyyət və mənəviyyatına da təhsilin böyük təsiri vardır. Gənclərin maariflənməsi həm valideynləri, həm də ölkəmiz üçün çox əhəmiyyətli məsələdir. Dahi şair Nizami Gəncəvi deyib:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Cəhalət dövründə Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə millətin maariflənməsi üçün çox çalışıblar.
Keçmiş zamanlarda ziyalı insanlar şam işığında kitab oxuyarmış. Müasir dövrdə isə gənclərin savadlı olması üçün dövlət təhsil ocaqlarını yeni avadanlıqlarla, pulsuz dərsliklərlə təmin edir.
Məktəbəqədər təhsil müəssisələrinin uşaqların məktəbə hazırlıqlı olmasında böyük rolu var. Çünki bağçaya gedən uşaqlarda təhsil, davranma, dinləmə qabiliyyətləri formalaşmağa başlayır. Bəziləri: “Mən övladımın bağçaya getməsini istəmirəm!”–deyir. Lakin uşağın cəmiyyətə uyğunlaşması üçün məktəbəqədər təhsil müəssisəsi əhəmiyyətlidir. Hal-hazırda dövlətimiz ölkəmizin bütün kənd və şəhərlərində körpələr evinə xüsusi diqqət ayırır. Kiçik nəslə burada həm təlim, həm təhsil sahəsində kömək göstərilir.
Təhsil ocaqlarının vəzifəsi bilikli gənclər yetişdirməkdir. Daha ətraflı »


Yeni ismarıclar