Rayon rəhbəri şəhidlərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak edib




Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov və aidiyyəti şəxslərlə birlikdə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında şəhid olan 6 nəfər tərtərli şəhidin-Tərtər rayon Səhləbad kənd sakini, 3-cü dərəcəli “Rəşadət” ordenli Lalayev Ruslan Akif oğlunun, Tərtər rayonu Çardaqlı kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Ağayev Kənan Vahid oğlunun, Tərtər rayon Evoğlu kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Vəlizadə Rəşad Elşən oğlunun, Tərtər rayon Kəngərli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Abbaszadə Emin Faiq oğlunun, Tərtər rayon, Seydimli kənd sakini, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Səfərov Cavid Rövşən oğlunun, Tərtər rayon Qaradağlı kənd sakini, 3-cü dərəcəli “ Vətənə xidmətə görə” ordenli İbrahimov Elnur Səxavət oğlunun ailələri ilə görüşüb.

44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Pərviz Hüseynov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, rayon sakinləri ilə birlikdə lokal antiterror əməliyyatları zamanı şəhid olan tərtərli hərbçilərin məzarlarını ziyarət edib və il mərasimlərində iştirak ediblər. Daha ətraflı »





I Qarabağ müharibəsi veteranı Akif Lalayev danışır ki, oğlum Ruslan kiçik yaşlarında olanda üzümdəki çapıqları görüb soruşurdu: “Bunlar nədi, ata?” Mən də bildirirdim ki, ermənilərlə döyüşlərdə olub, bu, onların mənə vurduqları yaraların izləridir. Onda Ruslanı qəzəb bürüyür və deyirdi: “Mən sənin intiqamını onlardan alacağam, ata! Bütün Lalayevlər nəslinin qisasını alacağam”. Cavabında oğluma başa salırdım ki, düşmən yalnız bizim ailəyə zərbə vurmayıb, milyonlarla azərbaycanlı nankor qonşularımızın zülmünə məruz qalıb və böyüyən nəsil şəhidlərimizin, yaralıların, ev-eşiklərindən didərgin düşənlərin, əsirlikdə saxlanılanların qisasını almalıdır.
Cavid Səfərov 24 yanvar 2005-ci ildə rayonumuzun Seydimli kəndində dünyaya gəlib. 5-ci sinfə qədər bu kənddə təhsil alıb. Sonra isə təhsilini şəhər 1 saylı tam orta məktəbində davam etdirib.
Abbaszadə Emin Faiq oğlu 15 may 1998-ci ildə rayonumuzun Kəngərli kəndində dünyaya gəlib. Kəngərli kənd tam orta məktəbini bitirdikdən sonra 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini uğurla başa vurub. 2019-cu ilin yanvarında evlərinə dönüb.
Cəmi iki gün davam edən və çox böyük, illərlə gözlənilən nəticə ilə yekunlaşan lokal antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan gənclərimizdən biri–Evoğlu kəndindən olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsindəyik.
Qaradağlı kəndində bir ana var. 15 il ona hərbçi anası, komandir anası deyiblər. İndi şəhid anası kimi çox ağır, ağır olduğu qədər də şərəfli adı var Zümrüd xanımın.
Ağayev Kənan Vahid oğlu 2022-ci il sentyabr ayının 9-da Oğuz rayonunda dünyaya gəlib. Valideynləriinə 30 il müddətində məcburi köçkün statusu daşımaq qismət olub. Onlar əslən Ağdərə rayonunun İmarət Qərvənd kəndindəndilər.
Deyirlər ki, insan doğulan zaman onun yaşayacağı ömür yolu artıq yazılmış olur. Bəlkə də bu, belədir, düzünü heç kim bilmir. Amma bildiyimiz bir həqiqət var ki, o da hər kəsin həyatına, seçiminə təsir edən, onu müəyyənləşdirən mühüm hadisələrin, məqamların olmasıdır.

1990-cı illərin əvvəli idi. Tərtər rayonunda Borsunlu təpələrinin o tərəfində ermənilər, bu tərəfində isə azərbaycanlılar yaşayırdılar. Kənddə əli silah tutan kişilərin hamısı növbə ilə gecə-gündüz burada kəndi qoruyurdular.
Yeni ismarıclar