2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatlar nəticəsində şəhid olmuş Əhmədzadə Məftun Seymur oğlunun əziz xatirəsinə.

Əzizimiz Məftun! Bu gün səni hamı bu adla çağırır. Hamımızın, hər bir ailənin əzizisən, doğmasısan. Şəklin əllərdə gəzir, şagirdlərin partalarının üzərinə qoyulur. Müəllimlər böyüyən nəslə sənin 26 illik əbədiyaşar ömrün haqqında məlumat verirlər.
Sənin haqqında danışanda gözlərimiz yaşarsa da, bu, kədər göz yaşları olmaqla yanaşı, həm də qürurdan doğan hisslərdir. Axı, sən bizim qürurumuz, fəxrimizsən.
Sən xatirələrdə çox güclü, təəssübkeş bir oğlan kimi yaşayırsan. Bunu Evoğlu kəndinin sakinləri, eləcə də səni tanıyan, sevən bütün insanlar, valideynlərin, doğmaların, “dayı” deyib, qollarını geniş açaraq özlərini qoynuna atan bacın uşaqları söyləyirlər.
26 illik qısa ömründə evinə ancaq halal, zəhmətlə qazanılan ruzi gətirmisən, haram tikəyə əl uzatmamısan. Daha ətraflı »


Nə açıq bir söz demişdi, nə vədə almışdı. Gözləri danışmışdı o qızla . Kəndlərinin sayılıb-seçilən gözəli ilə. Gözlə demişdi məni. Qayıdacağam. Əhdinə vəfasız çıxma. Səni gözü yolda, tənha qoymaram.
28 sentyabr 2020-ci il . Həmin gün Tərtər şəhərinin erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 43 yaşlı Əliyev Mehman Sovet oğlu şəhid olub.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Qaynaq kəndində doğulmuş, Vətən müharibəsində 28 sentyabr 2020-ci il tarixdə Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Məhərzadə Taleh Oktay oğlunun ailəsində olub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.


Mərkəzi İcra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin yerlərdə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq 22 sentyabr 2022-ci il tarixdə Tərtər rayonunda vətəndaşları qəbul edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov qəbuldan sonra rayon icra hakimiyyəti başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq mühafizə orqanlarının və digər qrumların rəhbərləri ilə birlikdə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin yeddi mərasimində iştirak edib, şəhidin ailəsinə başsağlığı veriblər.
Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Ermənistan tərəfindən sərhəddə törədilən geniş-miqyaslı təxribatın qarşı-sının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər, 1996-cı il təvəllüdlü Əhmədzadə Məftun Seymur oğlunun cənazəsi sentyabrın 16-da doğulduğu Tərtər rayonunun Evoğlu kəndinə gətirilib.
Yeni ismarıclar