Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birgə şəhid Bağırlı Mirsədi Mircəfər oğlunun ailəsini ziyarət edib, onlara başsağlığı verib.
Tərtər Cümə Məscidinin imamı Sadıq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.
Əslən Tərtər rayonunun Umudlu kəndindən olan Kiçik gizir Mirsədi Bağırlı 12 iyun 2000-ci ildə Bərdə rayonunun Mehdixanlı kəndində anadan olub. 2018-20-ci illərdə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olan Mirsədi sərhədçi peşəsinə çox maraq yaranıb. O, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət edib. 2020-ci il fevralın 8-də xidmətə qəbul edilib, az vaxtda hərbi kollektivin etimadını qazanıb.
44 günlük Vətən müharibəsində Mirsədi snayperçi kimi iştirak edib. Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə fərqlənib. O, Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olub və Bərdə rayonunun Mehdixanlı kəndində dəfn olunub. Daha ətraflı »


Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş daha bir şəhidimizin Şahbazov Ruslan Mahir oğlunun şəhadətə qovuşmasının ikinci ildönümüdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərıəri və YAP rayon təşkilatının sədri ilə birgə şəhidin ildönümü mərasimində iştirak edib, ailəsinə başsağlığı veriərək, səbr diləyib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP rayon təşkilatının sədri ilə birlikdə rayonun Səhləbad kəndindən olan Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ikinci ildönümü ilə əlaqədar yas mərasimində iştirak edib, ailəsinə başsağlığı verib.
Bəyimsarov kəndində yaşayan şəhid Mustafayev Əlizamin Baxış oğlunun ailəsi ziyarət olunub, onlara şəhidin həlak olmasının ikinci ildönümü ilə bağlı başsağlığı verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Hacıyev Qubad Cəmil oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıblar.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun şəhid ailələrini ziyarəti davam edir. O, növbəti dəfə Hüsənli kəndindən olan şəhid Məmmədov Taleh Arif oğlunun ailəsində olub, onlara başsağlığı verib.
Rayon rəhbəri 30 sentyabr 2020-ci il tarixdə şəhid olmuş Hacıyev Rüstəm Firqani oğlunun ailəsinə də baş çəkib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbəyə görə şəhidlərə borclu olduğumuzu, onlarla daim qürur duyduğumuzu vurğulayıb.
3 oktyabr 2020-ci il tarixi Mirzəli Rəşad Hafiz oğlunun şəhadətə qovuşduğu gündür. Şəhidin ikinci ildönümü münasibəti ilə rayon rəhbəri onun ailəsində olub, başsağlığı verib və qayğıları ilə maraqlanıb.
10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olmuş rayonun Qaradağlı kəndindən olan şəhid Hüseynov Aslan Malik oğlunun ailəsi də rayon rəhbəri tərəfindən ziyarət olunub. Hüseynov Aslan Malik oğlu 1985-ci ildə Tərtər rayonunun Qara-dağlı kəndində anadan olub. Hərbi xidmətdən sonra yenidən Azərbaycan ordusuna qayıdıb, gizir kimi xidmət edib və həmişə öndə gedən döyüşçülərdən olub. O, 2016-ci il aprel döyüşlərində də iştirak edib, düşmənin iki tankını və yük avtomobilini dəqiq artilleriya atəşi ilə vuraraq məhv edib. Döyüşlərdə “Şücaətə görə” medalı ilə təltif olunub.
Yeni ismarıclar