Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlər hər zaman mühüm əhəmiyyət kəsb edib. Buna görə də ailə tarixən hər bir azərbaycanlı üçün müqəddəs hesab olunub. Ailə yüksək mənəvi dəyərlərin qoruyucusu olmaqla yanaşı, həm də genefondumuzun daşıyıcısı kimi inkişafımızda mühüm rol oynayır.
Azərbaycan ailəsi hər şeydən əvvəl milli-adət ənənələrimizi özündə yaşatmalıdır. Son illərdə Qərbdən daxil olan adətlər bizim milli adətlərimizə öz mənfi təsirini göstərməkdə davam edir. Açıq etiraf etmək lazımdır ki, ailələrdə hərkə-hərkəlik, böyük-kiçik, qadın-kişi saymazlığı milli-mentalitetimizə uyğun olmayan tərbiyə metodları ailələrimizin dağılmasına gətirib çıxarır. Daha ətraflı »
-
24FevMilli-mənəvi dəyərlər AİLƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİN DAŞIYICISIDIR üçün şərhlər bağlıdır
-
10FevMilli-mənəvi dəyərlər Dini maariflıəndirmənin əhəmiyyəti üçün şərhlər bağlıdır
GƏNCLƏRİMİZƏ BİR NEÇƏ SÖZ
Bismilləhir-rahmanir-rahim.
Mehriban və bağışlayan Allahın adı ilə.
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O (Rəbbin) ki, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiyi şeyləri öyrətdi”. (Ələq surəsi 1-5-ci ayələr). İslam dini sonuncu səmavi dindir ki, öz nuru ilə bu gün dünyaya işıq saçmaqdadır. Və bu dinin müqəddəs kitabı “Qurani-Kərim”in ilk əmri yuxarıda qeyd olunan ayələr oldu. Deməli, Rəbbimizin biz müsəlmanlara ilk əmri oxumaq, öyrənmək, yazmaq və sözün həqiqi mənasında hərtərəfli gözəl bir insan olmaqdır. Daha ətraflı » -
10FevMilli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır
Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər. Daha ətraflı » -
17YanMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
SAVABLA GÜNAHIN, HALALLA HARAMIN QARIŞDIĞI İNSAN ÖMRÜ
Hər çiynimizdə bir mələk oturur. İnsan bu dünyaya gələndən o biri dünyaya gedənə qədər etdiyi savab əməlləri biri, günah əməlləri isə digəri yazır və Tanrı bu əməllərə baxıb, həmin adamın Cənnətlik, yaxud Cəhənnəmlik olduğu haqqında hökm verir. Orda pul işləmir, qohumbazlıq olmur, yaltaqlıq keçmir…
İndiki zamanda haramla halal, günahla savab biri-birinə necə qatışıbsa, bəzən onları ayırd etmək olmur, adam məəttəl qalır. Necə ki, hədislərdə buyrulub: vaxt gələcək ki, insanlar bilməyəcəklər yedikləri şeylər halaldır, yoxsa haramdır. Savabla günahın da sərhədləri itib. Bax indi həmin zaman gəlib, günahla savabın, halalla haramın qatışdığı zaman. Lakin burda bir cəhətə xüsusi fikir vermək lazımdır, bir var bilə-bilə günah işlədəsən, haram yeyəsən, bir var bilməyə-bilməyə. Bunların da Tanrı Dərgahında qiymətləri fərqlidir.
Əsil mətləbə keçək. Daha ətraflı » -
19DekMilli-mənəvi dəyərlər MƏNƏVİYYAT BAYRAĞIMIZ üçün şərhlər bağlıdır
“İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Heydər ƏLİYEV
Dil milli-mənəvi dəyərlərimizə aid olduğu üçün adətlərimiz və mədəniyyətimizlə eyni sırada dayanır.
Xalqımızın yaşadığı yer adlarının(Dərbənd, Göyçə, Təbriz və s.) ana dilimizdə olması sübut edir ki, Azərbaycanın qədim tarixi vardır.
Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarım-qrupuna daxildir. Qədim zamanlarda dilimiz ərəb və fars dillərinin təsiri altında olsa da, orta əsr dövründən başlayaraq İmədəddin Nə-simi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. şairlərin yaradıcılıqları ilə Azərbaycan dilində yazmaq ənənəsi saray dilini üstələdi. Cəlil Məmmədquluzadə “Anamın Kita-bı” pyesində yad dillərdən istifadə edən adamların si-masında dil məsələsini daha qabarıq şəkildə əks et-dirib. Böyük dramaturq “Azərbaycan” məqaləsində yazırdı:
Dilim nə dilidir?
–Azərbaycan dilidir.
İctimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında deyirdi: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarı-ğına malik olmaqla öz xü-susiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox ma-raqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadi-sələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.
Azərbaycan dilinin inki-şaf dövrləri: Daha ətraflı » -
19DekMilli-mənəvi dəyərlər ÇÖRƏK MÜQƏDDƏS NEMƏTDİR üçün şərhlər bağlıdır
Çörək insanlar üçün mü-qəddəs nemətdir. Belə deyirlər ki, dünyaya əvvəl çörək sonra Quran gəlib. Ona görə də çörəyə Quran kimi hörmət edirik.
Körpəlikdən valideynlərimizdən və müəllimlərimizdən eşitmişik ki, ayaq altında çörək parça-sı gördükdə götürərək, öpüb gözlərimizin üstünə qoyaq.
Çörəyi and yeri bilirik. Bir yerdə çörək yeyən insanların bir-birinə xüsusi bağlılığı olur. And içəndə “çörək haqqı!”, “bərəkət haqqı!” deyirik. El arasında bu müqəddəs nemətlə bağlı xeyli atalar sözləri vardır: “Çörək itirən, çörək tapmaz”, “Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik”, “Çörəyi tək yeyən yükün özü çəkər”, “Çörəyi torpaqdan al kiminsə ağzından yox”. Hətta namərd adamların haqqında “Çörəyi dizinin üstündədi”, “Çörəkitirən”, “Çörəkiti-rən çörək tapmaz”, “Bir tikəni bilməyən min tikəni də bilməz”, “Tikəni görməyən yekəni də görməz”, yaxşı adamların barəsində isə “Çörək verən adam” deyimləri var.
Hal-hazırda mağazalarımızda çeşid-çeşid çörək satılır. Buğda unundan hazırlanan çörəyin müxtəlif növləri vardır: ağ çörək, səngək, yuxa, lavaş, fətir, xamralı, ləzgi çörəyi, kəpək çö-rəyi və s. 1941-1945-ci illərdə xalqımız çörək-dən çox ehtiyac çəkib. Çətinliyə baxmayaraq, camaat son tikə çörəklərini də cəbhəyə yollayırdı. Daha ətraflı » -
19DekMilli-mənəvi dəyərlər İSLAMDA GÖZƏLLİK üçün şərhlər bağlıdır
Bismillahir Rahmənir Rəhim.
Mehriban və bağışlayan Allahın adı ilə!
İslam! Bu əzəmətli və möhtəşəm ad çəkilərkən belə, insanda istəristəməz qəribə bir hiss oyanır. Çünki artıq əsrlərdi ki, bu adı daşıyan dinin nuru bütün dünyaya işıq saçmaqdadır. Bütün səmavi dinlər kimi, islam dini də Təkallahlıq inancına sahibdir. Bu din həm inanc cəhətindən dəyişməz olaraq gəlib günümüzə çatmışdır və həm də kamilliyini qoruyub saxlamaqda davam edir. Demək olar ki, dinimizin kitabı müqəddəs Qurani Kərim hər əsrdə elmə bir yeni töhfə verməkdədir. Hələ yeddinci əsrdə sevimli islam peyğəmbəri Hz. Muhəmməd (s) tərəfindən söylənmiş balıq haqqındakı hədis bu gün də yeni iyirmibirinci əsrdə də öz aktuallığını qoruyub saxlayır.
Uca Rəbbimiz (c.c) Qurani Kərimdə buyurur. ”Ey inananlar, itaət edin Allaha və Rəsuluna!”
Əziz islam peyğəmbəri (s) buyurur: ”Mənim sözlərimi Quran ayələri ilə tutuşdurun! Əgər onlar bir-birini tamamlayırsa deməli mənim sözlərimdir, əks təqdirdə onu divara vurun!” (Yəni, əgər hədis və ayələr uyğun gəlmirsə Peyğəmbərin (s) adından uydurulmuş sözlərdir demək. Bəli, çox təəssüf ki, bu gün islamın bədxahları saxta hədisləri çox qabardırlar.
Dinimizin ən böyük tövsiyyəsi: Daha ətraflı » -
09DekMilli-mənəvi dəyərlər DİN ADAMININ SAF AMALI üçün şərhlər bağlıdır
Öz zəhməti ilə dolanan ailələrdən biri də sürücü Qərib Ədilovun ailəsi idi. Bu ocaqda 7 uşaq böyüyürdü, 4 oğlan, 3 qız. Hər gün səhərsəhər Qərib kişi öz sürücülük peşəsinin dalınca yollanar, həyat yoldaşı Gülarə isə bazara gedərdiki xırda alverlə məşğul olsun. Azyaşlı uşaqlar isə ya məktəbə gedər, ya da analarının tapşırdığı işləri yerinə yetirərdilər. Axşam ata-ana evə dönəndə qazandıqları halal zəhmət haqqı ilə uşaqları sevindirərdilər. Belə sadə ailələr o zamanlar bu qaydada dolanardılar. Tək-tək seçilən imkanlı ailələr varıydı. Beləcə bu 7 uşaq böyüyərək, hərəsi öz yolu-nu seçdi.
Bu gün rayon camaatı arasında xüsusi xətir-hörmətə sahib olan, davranışı ilə fərqlənən, islamçı-lıq mədəniyyəti ilə seçilən din adamı Saleh Ədilov bu ailənin 7 övladından biridir.
Saleh Ədilovun gənclik dövrü Qarabağ müharibəsi illərinə təsadüf edib. Mənfur ermənilərin törətdikləri cinayətlər, ələlxüsus doğma Tərtərimizi mərmi və raketlərlə atəşə tutması hələ də onun yaddaşından silinmir. Daha ətraflı » -
30OktMilli-mənəvi dəyərlər AİLƏLƏR NİYƏ DAĞILIR? üçün şərhlər bağlıdır
Qayıq iki avarın eyni anda hərəkət etməsi ilə üzür, avarların hərəkəti bir-birinə uyğun gəlməsə, dalğalar qayığı aşırar. Evlilik də qayıq kimidir.
Julian Edvin Levi
Müasir dövrdə cəmiyyətdə ciddi narahatlıqlara səbəb olan amillərdən biri də bəzi nikahların uğursuz nəticə verməsidir. Dövlətimizin güclü olması, gələcək nəslin sağlam böyüməsi qurulan evliliklərdən asılıdır. Hal-hazırda ölkəmizdə möhtərəm Prezidentimizin sayəsində ailə siyasəti uğurla həyata keçirilir.
Ailənin təməlinin möhkəm olması evlənən cütlüklərdən asılıdır. Uğurlu nikah üçün gənclər ailə mədəniyyətinə yiyələnməlidir. Boşanma halları, bütün dünya ölkələrində olduğu kimi, milli-mənəvi dəyərlərə sadiq olan Azərbaycanda da özünü büruzə verir. Xalqımız hər zaman ailəni müqəddəs bilmiş, ağsaqqal və ağbirçəklərimiz onu nəyin bahasına olursa-olsun qoruyub saxlamağı tövsiyə etmişdir. Təəssüflər olsun ki, həmin qayda-qanunlara bir çox gənclər riayət etmirlər. 2018-ci ildə Azərbaycanda 14857 boşanma halı qeydə alınmışdır. Keçən il ölkədə uşağı olmayan 6559 nəfər boşanıb. 2019-cu ilin 6 ayında qeydiyyat şöbələri tərəfindən 29391 nikah və 8257 boşanma halları qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6-ya, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artmışdır. Daha ətraflı » -
06SenMilli-mənəvi dəyərlər MƏHƏRRƏM AYI üçün şərhlər bağlıdır
Bu il məhərrəmlik ayı Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı–Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək.
Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.Məhərrəm ayının tarixi və İslamda rolu—İki ay yas saxlamalıyıqmı?
Məhərrəm ayı Hicri tarixi ilə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Müsəlman dünyasında Məhərrəm aylarının xüsusi yeri var. Çünki bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla faciəsinin baş verdiyi aydır.
Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala “ət-Tövbə” surəsinin 36-cı ayəsində buyurur ki: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib: “Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır”
İslamdan əvvəl Məhərrəm ayı ərəblər arasında müqəddəs ay hesab olunar və bu ayda müharibə etməzdilər. Hətta bu ayda oruc tutmağın savabına inanardılar. İslamdan sonra da bu ənənə bəzi məzhəblərdə davam etdi. Daha ətraflı »
Yeni ismarıclar