NƏTİCƏLƏR ÜRƏKAÇANDIR
“Ağ qızıl” tarlalarında işin qızğın çağıdır. Ağappaq pambıq kolları sanki hər bir zəhmət adamına gəl-gəl deyir.
Pambıq yığımının gedişi ilə bağlı Tərtər Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Arif Behbudov bildirdi ki, noyabr ayının 30-dək rayonumuzun pambıq tarlalarından 10076.956 ton “ağ qızıl” toplanıb. Ümumi məhsuldarlıq 29.20 sentner olub. Hazırda məntəqələrə pambıq məhsulunun daşınması davam edir.
“Azərpambıq” ASK MMC-Tərtər pambıq istehsalı və tədarükü müəssisəsinin baş aqronomu Elxan Quliyev isə bildirdi ki, pambıq yığımında müəssisənin 6 ədəd kombayını iştirak edir. Onların vasitəsi ilə 1614,76 hektardan 4489.174 ton pambıq yığılıb, 30-35 hektarda əllə yığım aparılıb. Qabaqçıl kombaynçılar Azad Məhərrəmov, Abil İsmayılov, Hikmət Quliyev pambığın toplanmasında xüsusi fəallıq göstərirlər. Hazırda Qaynaq kəndindən Rahim Hüseynovun, Bəyimsarovdan Fazil Vəliyevin, Poladlıdan İntiqam Əzimovun təsərrüfatları pambığın toplanmasında qabaqcıl təsərrüfatlardan hesab edilir. Alışarlı kəndindən Sərxan İsmayılzadənin təsərrüfatında isə əl əməyindən istifadə edilir.
MKT Tərtər pambıq zavodunun baş aqronomu Zabil Quliyev isə bildirdi ki, bu günədək 5587,782 ton “ağ qızıl” tədarük olunub. Pambığın toplanmasında zavodun 8 kombaynı işləyir. Rabil Məmmədov, Ramin Süleymanov, Elnur Səfiyev qabaqcıl pambıqyığanlardır. Qabaqcıl fermerlər Teyyub Cəfərovun, Rahim Quliyevin təsərrüfatlarında hər hektardan 40 setnerdən artıq məhsul yığılıb. İlham Quliyevin 1 hektar təsərrüfatından isə əllə yığım zamanı 40-45 sentner pambıq toplanıb. Pambıq tarlalarında məhsul toplanışı davam edir. Hələ sahələrdə məhsul boldur. Əminik ki, pambıqçılarımız bu il də rekord nəticələr əldə edə biləcəklər. İşiniz avand, texnikanız saz, gücünüz bol olsun, əziz pambıqçılar. Hər birinizə uğurlar arzulayırıq.
Elfuzə Vəliyeva





Artıq havada yazın ətri duyulmaqdadır. Novruzun müjdəcisi olan çərşənbələr başlayıb. Bu isə o deməkdir ki, kəndlilər yenidən tarlalara, bağlara üz tutaraq, yaz tarla işlərinə start veriblər.
Tərtər rayonunda bu il 8800.2 hektar sahədə taxıl becərilib. Onun 5295 hektarı buğda, 3505.2 hektarı dən üçün arpadır. ArtıqTərtərdə taxıl biçini tam başa çatıb. Zəmilərdən 35968.5 ton məhsul əldə edilib. Hər hektardan orta məhsuldarlıq əvvəki ilə nisbətən 1.2 sentner artaraq 40.9 sentner olmuşdur. 5295 hektar buğda sahəsindən 22699.9 ton buğda, 3505.2 hektar arpa sahəsindən 13268.6 ton arpa istehsal edilib. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 42.9 sentner, arpa üzrə 37.9 sentner olmuşdur. Əvvəlki ilə nisbətən buğdanın məhsuldarlığı 0.6 sentner, arpanın məhsuldarlığı 1.7 sentner artmışdır.
Tərtər rayonunun təsərrüfatlarında taxıl biçini mütəşəkkil davam etdirilir.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin təlimçiləri tərəfindən İsmayılbəyli kəndində fermerlərə məxsus kümxanada “Baramaçılıqda aqrotexniki qaydalara düzgün əməl etməklə ipəkqurdunun bəslənməsi” mövzusunda təlim keçirilib. Pandemiya şəraiti ilə əlaqədar 10 nəfər kümçünün və aqrar sahə mütəxəssisinin iştirak etdiyi təlimlərdə ara məsafəsi qorunub, tibbi maskalardan istifadə edilib.
Yeni ismarıclar