PREZİDENTİMİZİN TAPŞIRIĞINA ƏMƏLİ İŞİMİZLƏ CAVAB VERƏCƏYİK
Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barədəki sərəncamı hər bir torpaq mülkiyyətçisi kimi mənim də işə olan həvəsimi qat-qat artırıb. 1997-ci ildən indiyədək torpaqda əkin-biçinlə məşğul oluram. Ötən il becərdiyimiz şəkər çuğunduru sahəsinin hər hektarından 70 tondan çox, buğda sahəsinin hər hektarından 30 sentner, arpa sahəsinin isə hər hektarından 22 sentner məhsul götürdük.
Təsərrüfatımda işləyənlər–ailə üzvlərim, yaxın qohumlarım, qonşularımdır. Ölkə rəhbərinin pambıqçılığı inkişaf etdirmək barədə Saatlı rayonunda keçirdiyi müşavirədəki tapşırıqlarını, torpaq mülkiyyətçilərinə, nəzərdə tutulan subsidiyalar, texnikadan, gübrələrdən güzəştli şərtlərdə istifadə olunması insanların bu sahəyə marağını qat-qat artırıb. Bu il 23 hektar sahəyə çiyid, 9 hektara isə şəkər çuğunduru toxumu səpmişik. Hər iki sahədə səpin aqrotexniki qaydada keçirilib. İndi çuğundur sahələrində alaq otlarına qarşı becərmə işləri aparılır. Daha ətraflı »


Son zamanlar respublikamızın əksər bölgələrində şəkər çuğundurunun əkini, onun becərilməsi və şəkər istehsalı aktual məsələyə çevrilib. Elə buna görə də rayonumuzda bu sahənin inkişaf etdirilməsinə xususi diqqət yetirilir.
Ölkə Prezidenti İlham Əliyevin qeyri neft sektorunu inkişaf etdirmək barəsindəki göstərişləri təsərrüfatmızın üzvlərini də ürəkdən həvəsləndirib. Ona görə ki, biz ailəlikcə torpağı sevən, ondan bol məhsul götürən insanlarıq. Mən həm öz kəndimizdə, həm də qonşu Seydimli kəndində 40 hektara yaxın torpaq sahəsi becərirəm. Elə həmin torpaqların hesabına özümüzün fərdi fermamızı da yaratmışıq. İndi fermada 150 baş qoyun-quzu bəsləyirik.
Bu il Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafı və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirildi. Həmin müşavirədə bir fermer kimi mən də iştirak edirdim.
Rayon statistika idarəsinin məlumatına əsasən cari ildə kartof, tərəvəz və bostan bitkilərinin ümumi əkin sahəsi 1580,8 hektardır. Bunun 498 hektarı kartof, 1075 hektarı tərəvəz, 7 hektarı bostan bitkiləridir. Bu il kartof, tərəvəz və bostan bitkilərinin əkin sahələri əvvəlki illə müqayisədə 123,3 hektar və ya 8,5 faiz artmışdır. 2017-ci ilin məhsulu üçün rayon üzrə tərəvəz və bostan bitkiləri ən çox Hüsənli kəndində əkilib (161 hektar). Bu bitkilərin əkini Bəyimsarovda 112, Azadqaraqoyunluda 105 hektardır.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Bakı şəhərində yaşayan əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək məqsədi ilə hər həftənin şənbə, bazar və bayram günlərində paytaxtın ayrı-ayrı rayonlarında satış yarmarkaları təşkil edilir. Bu yarmarkalarda Tərtər rayonunun fermerləri də yaxından iştirak edirlər. İstehsal etdikləri müxtəlif çeşidli məhsullar paytaxt yarmarkalarında həvəslə alınır. Rayonumuzdan Bakı şəhərinə aparılan müxtəlif məhsullar əsasən paytaxtın Nəriman Nərimanov və Binəqədi rayonlarının ərazilərində ayrılmış xüsusi yarmarkalarda satılır.
Dövlət səviyyəsində həyata keçirilən stimullaşdırıcı tədbirlərdən sonra baramaçılıq sahəsinin də inkişaf edərək əvvəlki şöhrətinə çatacağı gözlənilir.
Yeni ismarıclar