Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    2220938_4Bu il Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafı və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş respublika müşavirəsi keçirildi. Həmin müşavirədə bir fermer kimi mən də iştirak edirdim.
    Ölkə Prezidenti kənd təsərrüfatının əsas sahə olduğunu qeyd etməklə yanaşı bu sahədə fermerlər üçün subsidiyaların artırılacağını da qeyd etdi. Dövlət dəstəyinin göstərilməsi pambıqçılıqda çalışanların ruh yüksəkliyini artırır, daha çox məhsul istehsal etməyə ruhlandırır.
    Ataların gözəl bir deyimi var: “Torpağa əyilən baş həmişə uca olar”. Mən 2000-ci ildən əkinçiliklə məşğul oluram. Bu müddət ərzində həmişə də bol məhsul götürürəm. Bu il təsərrüfatımızda 30 hektarda buğda, 40 hektarda şəkər çuğunduru, 44 hektarda günəbaxan və 53 hektar sahədə ciyid səpini aparmışdıq. Ötən il pambıq plantasiyaları cəmi 10 hektarı əhatə edirdi. Hər hektardan 44,4 sentner məhsul götürdük.
    Torpaq sahələrinin əkilib becərilməsi üçün dövlətimizin güzəştli şərtlərlə fermerlərə verdiyi texnikadan, gübrə və pestisidlərdən istifadə etməklə bol məhsul götürməyə çalışırıq.
    Bu güzəştlərin hesabına kənd təsərrüfatı məhsullarının istehsalını ilbəil artırmağa nail oluram. Yaxşı haldır ki, əkib becərdiyimiz məhsulu bazar qiymətinə uyğun alıcı təşkilatlara satırıq.
    Ölkə başçısının qeyri neft sektorunu inkişaf etdirmək tapşırığının gözəl bir xüsusiyyəti ondadır ki, bu zaman insanlar üçün yeni iş yerləri açılır. Adamlar ailə büdcələrini möhkəmləndirməklə yanaşı, ilboyu işlə təmin olunurlar. Mənim öhdəmdə olan əkin sahələrində indi hər gün 50-55 nəfər işçi çalışır. İstəyirəm ki, daha çox işçi qüvvəsinin gücündən istifadə etməklə, ərzaq bolluğu yaradam. Fermerlərə yaxından dəstək olduğuna görə Prezidentimizə həm öz adımdan, həm də təsərrüfatımızın işçiləri adından dərin minnətdarlığımı bildirirəm.

    Fazil Vəliyev,
    Bəyimsarov kəndində fermer

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.