2018-ci ilin birinci yarısı ərzində Tərtər rayonda 2108 yeni iş yerləri açılmışdır ki, onun 211 daimi iş yerləridir. Daimi iş yerlərinin 29-u və ya 13,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i və ya 13,3 faizi mövcud müəssisə və təşkilatlarda, 154-ü və ya 73 faizi fiziki şəxslər tərəfindən yaradılmışdır. Bundan başqa 2018-ci ilin 6 ayı ərzində 1897 mövsümi iş yerləri açılmışdır.
2013-2017-ci illərdə və 2018-ci ilin 6 ayı ərzində rayonda 14155 yeni iş yerləri açılmışdır ki, onun da 4804-ü daimi iş yerləridir.
Tərtər Rayon
Statistika İdarəsi
-
10AvqSosial TƏRTƏR RAYONUNDA 2108 YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR üçün şərhlər bağlıdır
Teqlər: Sosial
-
10AvqSosial YENİ QANUNLARIMIZ üçün şərhlər bağlıdır
İŞSİZLİKDƏN SIĞORTAAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “İşsizlikdən sığorta haqqında” Qanun 1 yanvar 2018-ci il tarixdən qüvvədədir.
Bu Qanun işsizlikdən sığortanın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, işsizlikdən sığortanın subyektləri arasındakı münasibətləri tənzimləyir. Qanun 26 maddədən ibarətdir. Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin, yaxud ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Lakin siyasi vəzifə tutan şəxslərə şamil edilmir.
Daha ətraflı »Teqlər: Sosial
-
20İylSosial Şəhərimizin gözəlliyi aktual məsələdir üçün şərhlər bağlıdır
YENİLƏŞƏN TƏRTƏRİMİZLƏ ÜZ-ÜZƏ, GÖZ-GÖZƏYƏM

Bu gün doğma şəhərim, hər daşı-divarı bir tarix danışan, qoynundakı sakinlərinə sədaqətlə qucaq açan, yaşı qədər sirli-sehirli, möcüzəli bir dünyası olan müstəqil məmləkətin gözəl guşələrindən biri–qürur yerimiz Tərtərimizlə üz-üzə, göz-gözəyəm. Gözlərim önündə fərqli, gündən-günə dəyişən, yeniləşən, abadlaşan, gözəlliyindən heyrətləndiyim bir şəhər canlanır. Gündüzləri cənnəti, gecələri ulduzlu göyün möcüzəli bir parçasını xatırladır. Sayrışan işıqlar ulduzlarla bəhcə girərək qaranlığın bağrını yarır, hər yanı nura qərq edir. Bu gözəlliklərdən göz doymur.
Etiraf etməliyik ki, Tərtərin hərtərəfli inkişafı gözlərimiz önündə davam edir. Şəhərin girəcəyindəki əzəmətli Bayraq meydanı gözəlliyin ən böyük nümunəsidir. Şəhərlə kəndləri birləşdirən geniş asfalt yollar, hər iki tərəfdən sıralanmış ağaclar, bəzək kolları, gül-çiçəklər rayonumuza xüsusi yaraşıq verir. Daha ətraflı »Teqlər: Sosial
-
18MaySosial 2018-ci İLİN YANVAR-MART AYLARINDA TƏRTƏR RAYONUNDA SƏNAYE, TİKİNTİ VƏ NƏQLİYYAT SAHƏLƏRİ ÜZRƏ GÖSTƏRİCİLƏR üçün şərhlər bağlıdır
Sənaye
2018-si ilin yanvar-mart aylarında sənaye sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq 1 milyon 450,2 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 10 faizini təşkil etmişdir.
2018-si ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2017-ci ilin birinci rübü ilə müqayisədə 6,3 faiz azalaraq 1 milyon 724,2 min manat təşkil etmişdir. Ödənişli xidmətlərin 1 milyon 674,8 min manatı və ya 97,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı bölüşdürülməsi və təchizatı bölməsində, 49,4 min manatı və ya 2,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində olmuşdur.
Tikinti
2018-ci ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyon 706,1 min manat yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyon 522,7 min manatı və ya 95 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir. Daha ətraflı »Teqlər: Sosial
-
18MaySosial SOSİAL SAHƏYƏ DÖVLƏT QAYĞISI üçün şərhlər bağlıdır
Azərbaycan ikinçi dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə ölkədə hökm sürən özbaşınalıq, anarxiya mühiti, iqtisadiyyatın iflic vəziyyətinə düşməsi sosial sahənin tamamilə unudulmasına gətirib çıxarmışdır. Belə ki, maaşlar, pensiyalar çox aşağı səviyyədəydi, infrastruktur bərbad hala salınmışdı, təhsil, mədəniyyət sahələrində durğunluq vardı. Əlbəttə ki, sosial sahə ilə iqtisadiyyatın inkişafı bir-biri ilə əlaqəli məsələlərdir. O ölkələrdə ki, iqtisadiyyat zəifdir, sosial məsələlərin həllindən də danışmaq olmaz.
Azərbaycanın inkişafında misilsiz xidmətləri olan, ölkəmizi dünyada tanıtdıran Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldikdən sonra, iqtisadi və sosial inkişafın yollarını müəyyən etmiş, bu sahələrdə tarixi sərəncamlar imzalamışdır. Öz torpaqlarının sahiblərinə çevrilən kəndlilər beləliklə MDB məkanında ilk dəfə olaraq, kənddə yeni bazar münasibətinə qədəm qoydular. Bu islahatların vacibliyini qeyd edən Ümummilli Lider deyirdi: “Gərək kəndli torpağın sahibi olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə bilər… İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata keçirilməlidir.” Daha ətraflı »Teqlər: Sosial
-
07MarSosial YENİ ŞƏHƏRCİYƏ KÖÇ BAŞLANDI üçün şərhlər bağlıdır

Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şıxarxda məcburi köçkünlər üçün inşa olunmuş 1170 ailəlik şəhərciyə köçürülməyə başlandı. Az vaxtda 600-dən çox ailə yeni mənzillərdə yerləşdirilib.
Bunlar əsasən Tərtərin Hüsənli, Azadqaraqoyunlu, İsmayılbəyli kəndlərində və şəhərdə uşaq bağçalarında, klub və kitabxanalarda məskunlaşan məcburi köçkün ailələridir.
Ağdam rayonundan məcburi köçkün düşmüş Məhyəddin Quliyev və oğlu Vüsal yeni qəsəbədə mənzil aldıqlarına görə ölkə Prezidentinə dərin minnətdarlıqlarını bildirdilər. Vüsal dedi ki, 1992-ci ildən indiyədək ailəmizin və bizim kimi digər ailələrin yaşayış şəraitləri yaxşı deyildi. Burada aldığımız mənzildə hər cür şərait vardır.
Yaşlı qadın, Ağdam şəhər sakini Aidə Əliyeva da sevincini bizimlə bölüşdü. “Bayrağı uca olsun hökumətimizin” –dedi. “Mənə də 2-ci mərtəbədə 1 otaqlı ev veriblər. Tək qadınam, bəsimdir”. Daha ətraflı »Teqlər: Sosial
-
07MarSosial 2017-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA ƏHALİNİN GƏLİRİ ARTIB üçün şərhlər bağlıdır
2017-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 219 milyon 984,3 min manat olmuşdur. Əhalinin gəlirləri 2016-cı ilə nisbətən 7 faiz artmışdır. Rayon əhalisinin hər nəfərinə düşən gəlirləri 2016-cı ilə nisbətən 6,3 faiz və ya 161,3 manat artaraq 2737 manat təşkil etmişdir.
Tərtər Rayon Statistika İdarəsi
Teqlər: Sosial
-
31YanSosial Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır
TƏRTƏR QƏHRƏMANLAR DİYARIDIR
Bu yerlərin havası təmiz, suyu saf, torpağı münbit, insanları qoçaq və zirəkdir. Tərtərlilər Qarabağ savaşında sözün həqiqi mənasında qəhrəmanlıq nümunəsi göstərmiş, doğma yurdun hər qarışını Ermənistan silahlı qüvvələrinin təcavüzündən qurbanlar bahasına fədakarlıqla qorumuşlar. Vətən uğrunda döyüşlərdə şəhid olan çoxsaylı tərtərli igidlər öz adlarını yurdun şanlı tarixinə qanları ilə yazmışlar.
Milli qəhrəmanlar Elman Hüseynovun və Vəzir Orucovun adları bu gün Tərtərdə hörmət və ehtiramla çəkilir. Qürurverici faktdır ki, tərtərlilər Qarabağ müharibəsində bir qarış torpaq da itirməmişlər. Əksinə, dədə-baba torpaqlarımızda məskunlaşmış ermənilərin yaşadığı ərazilər tamamilə təmizlənmiş, nankor və xain qonşular bölgədən çıxarılmışdır. Hələ savaş bitməyib, müharibə başa çatmayıb. Ermənistan silahlı qüvvələri isə təxribatlarını davam etdirir, atəşkəs rejimini vaxtaşırı pozur. Daha ətraflı »Teqlər: Sosial
-
19YanSosial MƏQSƏDİMİZ İNSANLARA KÖMƏK ETMƏKDİR üçün şərhlər bağlıdır
Ötən il bizim mərkəzə 1406 nəfər işaxtaran vətəndaş müraciət etmişdir ki, bunlardan da 390 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunmuşlar.
İşlə təmin olunan 20 nəfərini sosial müdafiəyə daha çox ehtiyacı olan, yəni KVOTA yerləri təyin olunmuş vətəndaşlar, 92 nəfərini 29 yaşadək gənclər, 19 nəfərini qaçqın və məcburi köçkünlər, 67 nəfərini qadınlar təşkil edir.
2017-ci il ərizində mərkəzdə işaxtaran kimi qeydiyyatda olan 65 nəfərə işsizlik statusu və 72 nəfərə işsizlik müavinəti təyin olunmuşdur. Rayon ərazisində yerləşən 99 müəssisədən toplanılmış statistik hesabatlarda olan vakant yerlər hər ayın sonunda DMX-nin internet sayıtında yerləşdirilir.
Ötən il mərkəzə 42 ərizə və teleqram daxil olmuşdur. Daxil olan ərizələrə vaxtında baxılmış, icrası qanuna müvafiq surətdə yerinə yetirilmişdir. Daha ətraflı »Teqlər: Sosial
-
29DekSosial ƏLİLLƏRƏ QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR üçün şərhlər bağlıdır
Həmişə olduğu kimi, cari ildə də təşkilatımızın əsas məqsədi rayonumuzda yaşayan şəhid, ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə qayğı göstərilməsi olub. Bu təbəqədən olan insanların arasında əlillər xüsusi yer tutur. Çünki vaxtilə döyüş meydanlarında, düşmənə qarşı ölüm-dirim savaşında qəhrəmanlıq göstərən bu igidlər indi əlillik həyatı sürməyə məhkumdurlar. Rayonumuzda 310 şəhid ailəsi, 780 Qarabağ müharibəsi veteranı var. Müharibə əlillərinin sayı isə 335 nəfərdir.
Cari ildə 4 şəhid ailəsi evlə təmin olundu, 5 Qarabağ əlilinə minik avtomobili verildi. 7 nəfər əlilə təşkilatımız tərəfindən maddi yardım göstərildi. Bundan başqa, bu təbəqədən olan insanların müalicəsi və istirahəti də diqqət mərkəzində saxlanılıb. Səhhətlərindəki problemlərlə bağlı onlar vaxtaşırı Əlillərin Bərpa Mərkəzinə və istirahət üçün “Şaqan” pansionatına göndəriliblər. Bayram günlərində ilk olaraq yada salınan insanlar da əlillər olublar. Yeni ildə, Novruz və Qurban bayramlarında onların qapıları döyülüb, adları anılıb. Daha ətraflı »Teqlər: Sosial


Yeni ismarıclar