2023-cü ilin yanvar-sentyabr aylarında Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 204 milyon 544.4 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 5.8 faiz çoxdur. Məhsul və xidmətlərin 75.8 faizi istehsal sahələrinin, 24.2 faizi xidmət sahələrinin payına düşmüşdür.
2023-ci ilin yanvar-sentyabr aylarında 20983.5 min manatlıq və ya ümumi məhsulun 10.3 faizi qədər sənaye sektorunda, 96275.0 min manatlıq (47.1%) kənd təsərrüfatı sahəsində, 37739.0 min manatlıq (18.4%) tikinti-quraşdırma işləri yerinə yetirilmiş, 47204.6 min manatlıq (23.1%) ticarət və xidmət sahəsində, 1636.3 min manatlıq (0.8%) nəqliyyat və anbar təsərrüfatı sahəsində, 706.0 min manatlı (0.3%) informasıya və rabitə sahələrində məhsul və xidmətlər istehsal olunmuşdur.
Kənd təsərrüfatı istehsalı 11.4 faiz, tikinti-quraşdırma işləri 10.7 faiz, informasiya və rabitə xidmətləri 5.1 faiz artmışdır.
Tərtər Rayon Statistika İdarəsi


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azad Qaraqoyunlu kəndində fermer Rəhbər Hüseynovun pambıq tarlasına baxış keçirib, fermerlərə xeyir-dua verib.
Ötən əsrin 70-80-ci illərində Hacıqərvənd kəndində baramaçılığa maraq böyük idi. Sakinlər kənd təsərrüfatının bu gəlirli sahəsini inkişaf etdirməklə, qısa zaman kəsiyində xeyli zəhmət çəkərək, yaxşı gəlir əldə edirdilər. Lakin I Qarabağ müharibəsinin başlanması ilə hər yerdə olduğu kimi, bu kənddə də baramaçılığa münasibət dəyişdi. Bunun əsas səbəbləri çəkil bağlarının doğranaraq sıradan çıxması, həm də mövcud kümxanaların ləğvi idi.
Taxıl əkini həmişə bu kənddə diqqət mərkəzində saxlanılıb. Hazırda dünyada taxılın və taxıl məhsullarının qiymətlərinin kəskin qaydada artdığı bir şəraitdə Hacıqərvənd kəndində də taxıl əkininə qayğı ilə yanaşırlar. Belə ki, ötən ilin payızında burada 220 hektar sahədə buğda, 150 hektarda arpa əkilmişdi. Əvvəlki illərdən fərqli olaraq, pay torpaq sahibləri və fermerlər suvarmada çətinliklərlə üzləşmədikləri üçün, zəmilərdən bol məhsul götürmüşlər. Buğda üzrə hektarın məhsuldarlığı 55 sentner, arpa üzrə 61,8 sentner olub.
Bu isti yay günlərində pambıq plantasiyalarında sonuncu beçərmə işləri aparılır. Fermerlərdən Elsevər Səfərov, Zabil Əhmədov, Çingiz Məmmədov və başqaları gərgin zəhmət hesabına yaxşı məhsul yetişdirmişlər.
Son illər kənddə gəlirli sahə olan baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır. Bu məqsədlə çəkil tinglərinin əkilib, becərilməsinə qayğı ilə yanaşılır. Odur ki, cari ildə 12 qutu ipəkqurdundan, bütün lazımi qaydalara əməl edilərək, bol məhsul götürülüb. Belə ki, Yuxari Qapanlı kəndindən qəbul məntəqəsinə 702,5 kq barama təhvil verilib ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.
Xalqımızın adətidir: taxılın əkilib-becərilməsinə müqəddəs bir iş kimi yanaşılır. Yuxarı Qapanlı kəndinin sakinləri də ötən ilin payızında 265 hektar sahəyə buğda, 199 hektara isə arpa səpmişlər.
Baramaçılıq kənd təsərrüfatının gəlirli sahələrindən biridir. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da son illər bu sahənin inkişafına diqqət xeyli artıb. “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bizim kəndimizdə də barama-çılığın yem bazasını möhkəmləndirmək məqsədi ilə tədbirlər görülüb. Belə ki, təkcə son üç il ərzində Tərtər-Gəncə avtomobil yolunun kənarlarında 1500 ədəd çəkil tingi əkilib. Tinglərin be-cərilməsi, suvarılması işlərinə daim diqqət göstərilir.
Rayonumuzun iqtisadiyyatının aparıcı sahələrindən biri pambıqçılıqdır. Ulu Öndər Heydər Əliyev birinci dəfə Azərbaycanda hakimiyyətə gəldiyi illərdə Tərtərdə bu sahənin inkişaf etdirilməsinə xüsusi diqqət göstərir, keçirdiyi müşavirələrdə, “ağ qızıl” ustaları ilə görüşlərində rayonun bərəkətli torpaqları, zəhmətsevər insanları olduğunu qeyd edirdi.
Yeni ismarıclar