DAMLA İLƏ SUVARMA
Seydimli kəndində sahibkar Nəsib Vəliyevi hamı yaxşı bir bağban kimi tanıyır. O, xeyli vaxtdır ki, xurma ağaclarını əkib-becərir. Becərdiyi 28 hektar xurma bağından hər dəfə nəzərdə tutulandan xeyli çox məhsul yığılır. Özünün dediyi kimi, təsərrüfatın digər sahələri kimi ağac əkib, bağ salıb onu becərmək, yaxşı məhsul götürmək də böyük zəhmət tələb edir.
Artıq 6 ildir ki, bağlar bar verir. Hər hektardan ildə 8-10 ton məhsul yığılıb Bakı şəhərinin və eləcə də Rusiyanın bazarlarına yola salınır.
Təsərrüfatında xeyli işçi qüvvəsi çalışır. Onlar ağacların suvarılmasında, diblərinin yumşaldılmasında, budama işlərində, məhsul yığımında və onun qablaşdırılmasında yaxından iştirak edirlər. Səməndər Əhmədov, Teymur Hacıyev, Vüqar İsmayılov və başqaları işlərinin öhdəsindən bacarıqla gəlirlər. İl boyu hər işçinin orta aylıq əmək haqqı 300 manatdan az olmur. Daha ətraflı »
Yeni ismarıclar