Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Sen
    Tərtər RİH-də KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüşüb. Karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə rəhbəri cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirib və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsini nəzərə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil.
    Rayon rəhbəri dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq Daha ətraflı »

  • 30Avq
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİ DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Rayon rəhbərliyi ənənəvi olaraq vaxtaşırı vətəndaşları qəbul edir, onların problemlərinin həllinə köməklik göstərilir, hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır.
    Bu dəfə də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, suvarma, işlə təminat və sair məsələlərlə bağlı müraciət ediblər.
    Qəbulda həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib.
    Vətəndaşlar onların müraciətlərinə diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Avq
    Tərtər RİH-də MÜRACİƏTLƏR DİNLƏNİLDİ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uyğun olaraq qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyanı sahələrinin suvarılması, özünü-məşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
    İcra başçısı Respublika Prezidentinin 6 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşların şəxsi əm-laklarına dəymiş ziyanla bağlı onlara kompensasiyaların ödəniləcəyini bildirib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar verilib. Daha ətraflı »

  • 11Avq
    Tərtər RİH-də ÖLKƏ RƏHBƏRLİYİNƏ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, əkin sahələrinin, həyətyani sahələrinin suvarılması, özünüməşğulluq problemləri, ünvanlı sosial müavinət ala bilməmələri və sair məsələlərlə bağlı icra başçısına müraciət ediblər.
    İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar kompensasiyaların ödəniləcəyini bildirib, əsassız müraciətlərə müvafiq izahatlar verilib.
    Rayon sakinləri görülən işlərə görə və Vətən müharibə-sində şəxsi əmlaklarına dəymiş ziyanın ödənilməsi ilə bağlı ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

     

  • 30İyl
    Tərtər RİH-də VƏTƏNDAŞLAR RAZILIQ EDİRLƏR üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
    Köçərli kənd sakinləri əvvəllər suvarmada istfadə etdikləri su arxının bərpası ilə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunma ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib.
    İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamı ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla əlaqədar olaraq kompensasiya-ların ödəniləcəyini bildirib. Daha ətraflı »

  • 16İyl
    Tərtər RİH-də VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, müraciətləri yerində həll olunub.
    Mamırlı, Köçərli kənd sakinləri suvarmada rastlaşdıqları çətinliklərlə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həssaslıqla yanaşılıb və köməklik göstərilib, həlli vaxt tələb edən məsələlər barədə izahatlar verilib.
    İcra başçısı qəbula gələn vətəndaşlara 2020-ci il sentyabr ayının 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına, mülki əhalinin əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Daha ətraflı »

  • 09İyl
    Tərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSASLIQLA YANAŞMA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə uy-ğun olaraq qəbul edib.
    Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, lazımi köməkliklər göstərilib.
    Sakinlərin problemləri dinlənildikdən sonra, icra başcısı tərəfindən həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərlə bağlı isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
    Qəbulda olan sakinlər onların müraciətlərinə həssas-lıqla yanaşıldığına görə razılıqlarını bildiriblər.

     

  • 30İyn
    Tərtər RİH-də DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzi Meydanda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
    Karantin qaydalarının tələblərinə əməl etməklə Gənclər Mərkəzinin akt zalında davam edən tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Sonra rayon rəhbəri Ümumilli Lider Heydər Əliyev tərəfindən aparılan uğurlu kadr siyasətindən, bu siyasətin ölkə prezidenti İlham Əliyevin səmərəli surətdə davam etdirməsindən və rayonda kadr potensialından düşünülmüş şəlildə istifadə olunmasından ətraflı danışdı.
    Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimaisiyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim edilib.

     

  • 18İyn
    Tərtər RİH-də MÜRACİƏTLƏRƏ HƏSSAS YANAŞMA üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib.
    Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət əşyalarının qiymətləndirilməməsi, əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə təminat və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.
    Onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, bəzi müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vətəndaşlar məlumatlandırılıb.
    Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını bildiriblər.

     

  • 10İyn
    Tərtər RİH-də ALİ MÜKAFAT TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov “Böyük Vətənpərvər” Ali Mükafatına layiq görülmüşdür. Bu mükafat ona Vətən müharibəsi dövründə göstərdiyi vətənpərvərlik fəaliyyətinə görə verilmişdir. Ali mükafatı icra başçısına “Həqqiqət” Tarixi Araşdırmalar İctimai birliyinin nümayəndə heyəti təqdim edib.