Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,963
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Mar
    Ədəbiyyat Həyatda silinməz izi olan insan üçün şərhlər bağlıdır

    DSC_4414Tərtərdə çıxan  rayon qəzeti yalnız mənim üçün deyil, ümumiyyətlə, Bakıda yaşayıb işləyən tərtərli ziyalılardan ötrü çox sevilən mətbuat orqanlarından biridir. Xüsusən yaxın keçmişimizdə–internet media və digər elektron vasitələr olmadığı dövrdə, rayonda baş verən hadisələr haqqında əsasən bu qəzetin səhifələrindən xəbər tuturduq. Daha ətraflı »

    Teqlər:

  • 19Mar
    Ədəbiyyat Qarabağda şaxələnən çinar üçün şərhlər bağlıdır

    Müqtədir sənətkarımız Məhəmmədhüseyn Şəhriyar şeirlərindən birində gecənin bir məqəmında yalnız Tanrının və özünün oyaq olduğunu göstərərək ehtiramla deyirdi:

    «Məndən aşağı bir kimsə yox, Ondandan da yuxarı»

    Əlbəttə sevimli şairimiz təvazökarlıq edir. Tanrıya ən yaxın olan bəndələr peyğəmbərlər, onlardan sonra isə şairlərdir.

    Bu baxımdan sıradan birisinin şair barədə söz demək cəsarətində bulunması qəribə görünür. Çünki şair barədə nə qədər yüksək sözlər desək də ancaq onun əl-ətəyinə yetmək olar. İllahda ki, şair Tofiq Yusif ola.

    Tofiq Yusiflə qiyabi tanışlığım hardasa 1993-1994-cü illərdə olub. Bir qərib gecədə təsadüfən əlimə bir kitab keçdi. Kitabdakı şeirlər məni heyrətə saldı. Sabitqədəm, yaradıcılıq zirvəsində qərar tutmuş bir şair həyatdan vaxtsız getmiş qardaşını ağlayırdı. Şeirlər o qədər təbii, o qədər səmimi, ana laylası tək elə rəvan və həzin idi ki, mən şairin naləsini eşidir, onun almaz tək göz yaşlarını görür, qəlbinin göynərtilərini fiziki olaraq hiss edirdim. Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Ədəbiyyat DAĞLARI QƏLBİNDƏ DAŞIYAN ŞAİR üçün şərhlər bağlıdır

           Tofiq Yusif-65
    DSC_4400Tofiq Yusif haqqında fikir söyləmək mənim üçün çox çətindir.  O, gözəl insan, gözəl dost, gözəl şairdir.
    Zəmanəmizin mənəvi dəyərlərinin ucuzlaşdığı bir şəraitdə bunların hər üçü çətindir. İnsan olub insan kimi qalmaq da, axıradək   dost kimi etibarlı olmaq da, şair olub Vətənini, Yurdunu sonsuz bir məhəbbətlə tərənnüm etmək də, onun dərdlərini çiyinlərində daşıya bilmək də çətindir.

    Bilmirəm, hansı daha güclüdür onda. Deyəsən hər üçü. Həm insan, həm dost, həm də şair kimi bənzərsizdir Tofiq Yusif. Vətəninin, Yurdunun başı kimi, onun da başı müsibətlər çəkib. Bəlkə də ona görə Vətəninin dərdlərini duymaq qabiliyyətinə sahib olub. Hələ gənc yaşlarından qoynunda bəsləndiyi dağlardan uzaq düşməyi bəs deyilmiş kimi, şəxsi həyatında baş verən faciələr də dərd üstən dərd verib… Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Ədəbiyyat  Kəndimizə məktub üçün şərhlər bağlıdır

    Kəndimizə məktub


    Bir əzabdır gülüşlərim,

     Mən sənsiz gülə bilmirəm

    Həsrət, hicran yaşlarını

    **********

    Çatdırıb silə bilmirəm.

    Yaşamıram, ömrüm yanır,

    İnsan insanlığın danır.

    Tanrı varkən haqq tapdanır,

    Niyəsin bilə bilmirəm.

    Daha ətraflı »

    Teqlər:

  • 10Mar
    Ədəbiyyat «Sükuta qərq olmuş ürəyimlə mən» üçün şərhlər bağlıdır

    «Yeni Tərtər » qəzetinin baş redaktoru  Tofiq Yusifə

     Çox möhtərəm Tofiq müəllim!

    Son illər qəlbimin və qələmimin susduğunu yaxşı bilirsiniz. İradəsiz və mətanətsiz bir insan olaraq yaradıcılıq əzablarından qaçdım. Bəsirət gözüm bağlandı, həyatda işıqlı heç nə görməyərək depressiyaya qərq oldum. İlham məndən uzaq düşdü.

    Dünyada mənə ən əziz olan üç əvəzsiz neməti (dağlarımızı, meşələrimizi, kəndimizi) itirməklə bahəm bir çox inam və inanclarımın puç və əfsanə olduğunu görmək məni sarsıtdı, çilik-çilik elədi, ümidsizlik kölgəsinə çevirdi.

    Vaxtilə kənddə, cavanlığın şahlıq taxtında olarkən Əli Kərimin «dərdli səhərlər» ifadəsinə çox təəccüblə baxardım. Necə yəni «dərdli səhərlər»? Səhərə də dərd yaraşarmı? Səhər yeni günün işıqlı başlanğıcıdır, sevincidir, fərəhdir, qanadlanan arzulardır. Daha ətraflı »

    Teqlər: