Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində O zorba bir dirək ola bilərdi Məğrur bir çobanın çiyinlərində |
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla… Qoltuqdan oyana getməyir səsi. Nədir oxuduğu? — “qoltuq nəğməsi” |
Qurd əzən dəyənək ola bilərdi, Bir körpü tağı da ola bilərdi, Tüfəng qundağı da ola bilərdi, Vaxtsızmı qırıldı, tezmi qırıldı… |
Özü bu vərdişi ömrünə yazıb, Onu bir qoltuqdan tullasan əgər, Yanından yan ötüb bir ayaqsızın, Kiməsə üçüncü ayağa dönər… |
Vüqarı qırıldı, əzmi qırıldı, Qoltuq ağacından acığım gəlir. O bütün yollara qoltuqdan baxır, Girdiyi qollara qoltuqdan baxır. |
Daş kaha yaxşıdır bir uçuq damdan, Duyar eyhamımı bir qoltuq acı. Deyirəm qoltuğa girən adamdan Yaxşıdır bir sınıq qoltuq ağacı. |
-
10İylƏdəbiyyat QOLTUQ AĞACI üçün şərhlər bağlıdır
-
30İynƏdəbiyyat HƏR ÇİNARDAN BİR YARPAQ üçün şərhlər bağlıdır
MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN
Mənə yüz il ömür arzulamayın, Payız yarpağıtək qovmasın külək.
Gözlərim görsə də, ayağım, əlim,
Əsalıq olanda dayansın ürək
Sağlıqlar deyəndə hərdən şənimə, Nə özüm kövrəlim, nə sizə gülüm.
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim
Mənə “Yüz il yaşa!” deməsin dostlar, Gülüşüm, yerişim, səsim itməsin.
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb getməsin
. Taleyim sevgiylə baxsın üzümə; Görsün yad payına şərik deyiləm.
Gərək olmayanda özüm-özümə,
Deməli, heç kəsə gərək deyiləm
Mənə yüz il ömür arzulamayın, Bu qədər yaşayan hansı çiçəkdir?
Sən yaşda qalmırsa tay-tuşun, tayın,
Qurdla qiyamətə qalmaq deməkdir.
,Mənə yüz il ömür arzulamayın, Ləyaqət, təmiz ad atıb getməsin.
Dünyaya qalacaq malı dünyanın,
Karvanım lənətə batıb getməsin!
Mənə yüz il ömür arzulamayın…
Mənə elə ömür arzulayın ki, Ölüncə ümmantək çağlaya bilim.
Qapı-pəncərəni öz evimdəki
Özüm aça bilim, bağlaya bilim
Vahid ƏZİZ,
Xalq şairi
-
30İynƏdəbiyyat SƏN MƏNƏ VERDİYİN ƏZABA GÖRƏ üçün şərhlər bağlıdır
Qapında əyilib suala döndüm, Səndən alacağım cavaba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Elə bil ürəklər daşdı, dəmirdi, Bir üzü ağ küldü,biri kömürdü,
İlahi, bu necə yalqız ömürdü,
Qoymaram bu ömrü hesaba görə
Üzüb hər ümiddən əlimi sənsiz,
Dünyanın gedimi,gəlimi sənsiz,
Daha istəmirəm könlümü sənsiz,
Baxıb biganələr xaraba görə.
Öz eşqim yolunda sadiq canam mən,
Heyf oldum, həm yanan, həm yamanam mən,
Bəlkə də, birinci müsəlmanam mən,
Cəhənnəm çəkirəm savaba görə
Düşməzmi güzarım bir dost bağına,
Sevda çiçəklərim düşüb qırğına,
Yamanca tuş oldum el qınağına,
Təsəlli tapdığım şəraba görə.
Allahım heç sənə əzab verməsin,
Sən mənə verdiyin əzaba görə.
Musa YAQUB,
Xalq şair
-
30İynƏdəbiyyat GEDƏK BİZ OLMAYAN YERƏ üçün şərhlər bağlıdır
Gəl, əl-ələ tutub gedək, Gedək biz olmayan yerə.
Hər dərdi unudub gedək
Dərdimiz olmayan yerə.
Gəl çıxıb gedək birtəhər Bir kimsə tutmasın xəbər,
Bu ev, bu küçə, bu şəhər,
Bu dəniz olmayan yerə
Burda qoyaq özümüzü, Bu qırışan üzümüzü,
Bu köhnələn sözümüzü,
Gedək söz olmayan yerə.
Atam oğlu, az çabala, Sən deyən çətin tapılar.
Bu Ramizi kim aparar,
Bu Ramiz olmayan yerə?
Ramiz RÖVŞƏN,
Xalq şairi
-
30İynƏdəbiyyat DEYİM üçün şərhlər bağlıdır
Bu yerlər həm acı, həm şirin yerlər, Yamanmı söyləyim, yaxşımı deyim?
Burada həsrətlə keçər günlərim–
Birə-beş artırıb yaşımı deyim
Çinarlar qələmim, qayalar dəftər, Yazdıqca tükənməz sinəmdə dərdlər.
Ah çəkdim, diksinib kükrədi Tərtər,
Tərtərə gözümün yaşımı deyim?
Onda yaman döndü çarxı taleyin, Bir anda qurudu arxı taleyin.
Bir başqa nırx idi nırxı taleyin,
O hicran ağardıb başımı deyim
Pərişan elədim şair Hilalı, Ötən günlərimdə gəzdi xəyalı.
Necə başa salım o gülcəmalı,
Otuz ildən sonra naşımı deyim?
Ürəkdə bir neçə sözüm paslanıb, Xatirəm ağlayıb gözüm islanıb.
Xətrinə dəyməsin Məmməd Aslanın,
“Sərsəng”ə başımın daşımı deyim?
Fikrət Sadıq uydu qoşmaya yenə. Arzumun çox uzaq bir çiçəyinə.
İlk eşqin soluxmuş bir ləçəyinə
Ömrümün əbədi qışımı deyim.
Fikrət SADIQ
-
03İynƏdəbiyyat ŞAİR DOĞULAN İNSAN üçün şərhlər bağlıdır
Bu insan 1957-ci ildə Kəlbəcərimizin Çərəkdar kəndində doğulan Əlövsət Sarı oğludur-Əlövsət Saldaş. 40 ildən artıq riyaziyyat fənnini tədris edən, peşəsiylə, rəvan təbiylə bəzilərimizin “Şair mütləq ədəbiyyatçı olmalıdır” fikrinin üstündən qələm çəkən, şeirləri dillərdə söylənən, nəğmələrdə oxunan Saldaş.
28 ildir Qobustan rayonunun Təklə kəndində məskunlaşan, ürəyində Vətən itkisinin ağrıları, ağır ellərin didərginlik dərdi, günahsız şəhidlərin həsrəti yuvalanan Saldaş.
Mənəviyyat adamının bundan böyük dərdi olarmı?! Onun dünyaya gəlişi doğmalarını sevindirdiyi kimi, şeiriyyət aləminə gəlişi də çoxları üçün qazanc vasitəsinə çevrilən SÖZÜ sevindirib. Mən hər dəfə onunla həmsöhbət olarkən Saldaşın simasında uşaqlıq dövrünü özünü tanıyan bir gənc kimi, gənclik dövrünü yetkin kamillik kimi, kamillik dövrünü müdrik aqil kimi yaşayan bir insanı güzgü şəffaflığında görünən tək görüb tanımışam. Daha ətraflı » -
20MayƏdəbiyyat BİR ÇAMADAN DOLLAR üçün şərhlər bağlıdır
(Novella)
Qapı döyüldü. İçəridən “buyurun”–deyən olmadı. Zəng çalındı, katibənin zəngi idi. Nazlı-qəmzəli səs eşidildi:
–Əlövsət müəllim, yanınıza bir nəfər gəlmək istəyir.
–Kimdir? Nədən ötrü?
–Deyir ki, şəxsi sözüm var.
–Ay qız, onu başa sal ki, getsin, qəbul günü gəlsin.
–Əlövsət müəllim, demişəm, amma inad eləyir, deyir ki, mütləq görüşməliyəm. Daha ətraflı » -
20MayƏdəbiyyat POEZİYA ÇƏLƏNGİ üçün şərhlər bağlıdır
HƏLƏ Kİ… ƏZİZİM
Elə hələ deyib, hələ dözürük, Hələ ki, hələnin hələsiyəm mən.
Nə sərhəd tanımaz aşiq Kərəməm,
Nə də xan oğlunun Lələsiyəm mən.
Dağ başında qar üstünə qar gələr, Gileylənmək zirvələrə ar gələr,
Hər nə geysəm vücuduma dar gələr,
Bu darlığa dözmək olmur, əzizim.
Nahaqlar önündə neçin kiridim? Qal bu xəcalətdə, ağzı kilidim.
Guya bu dünyada neyləyə bildim?
Deyim ki, təzədən gələsiyəm mən?
Əzəl gündən dünya yalan dünyadır, Baha satan, ucuz alan dünyadır,
Arzuları nakam qalan dünyadır,
Dağılanı düzmək olmur, əzizim.
Bekar əl neçin də sözümə baxsın? Əlimin üzü yox üzümə baxsın.
O hansı ümiddir bizi çağırsın,
Durub arxasınca tələsiyəm mən?
Heç bilməzdim daşım belə ağırdır, Bəxtim belə bicarədir, fağırdır,
Gedəcəyəm, göylər məni cağırdı,
Daha yerdə gəzmək olmur, əzizim.
Dayan, durum gedim bazarımgilə, Dünya bolluğuna ərkim bir gilə.
Qalmışam özümə lap gülə-gülə,
Elə gülə-gülə öləsiyəm mən.
Kaşki dünya zalımlığın ataydı, Qəlbim bir an istəyinə cataydı,
Yaşamağım göz yaşıdır, haraydır,
Göz yaşında üzmək olmur, əzizim.
Kimlərə borcum var, dolub siyahı, Vura bilmədiyim hədəf günahı–
Kəsib barmağımı verib silahı,
Bir namərd hakımın köləsiyəm mən.
Musa YAQUB,
Xalq şairi
Dalğalara yalvarmaqdan bezmişəm, Hönkürməkdən, ağlamaqdan bezmişəm,
Səndən ayrı yaşamaqdan bezmişəm,
El-obadan bezmək olmur, əzizim
Vahid ƏZİZ,
Xalq şair
-
20MayƏdəbiyyat BU QATARIN DALINCA BAXMA üçün şərhlər bağlıdır
Məni aldı səndən, getdi bu qatar, Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.
Uzaqdan, yaxından keçər bu qatar, Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar
Baxma, bu qatarın dalınca baxma, Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.
Mən getdim, dünya ki qaldı yerində… Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.
Ramiz RÖVŞƏN,
Xalq şair
-
20MayƏdəbiyyat TƏMSİLLƏR üçün şərhlər bağlıdır
Ayı müdirliyi Dələ yanaşıb
müdir ayıdan
bir iş istədi.
–Düzələr–dedi.
Get-get, qəbula
səhər gəl dedi.
Sabahı ondan
Üç leş istədi.
Çaqqalın kirvəsi Ayı gördü çaqqalın
var bir gözəl arvadı.
Yerişi canalandır,
Məlahətlidir səsi.
Ayı yüz dona girib,
Oldu onun kirvəsi
Ayı oğlunun “segisi” Boz ayının oğlu dedi:
Uzun illər görməsəm də,
çox sevirdi atam məni.
İlinəcən gedəcəyəm,
qəbri üstə qara daşdan
qoyduracam hey-kəlini.
Qurbağa peşəsi Qurbağa suda
Düz üzə bilmir.
Amma balığa
üzmək öyrədir.
Qazın arvadı Bir çətin işdən ötrü
müdirin qəbuluna
yüz yol getdi qaz kişi.
Qazın göyçək arvadı
bircə dəfə getməklə
düzəldib həmin işi.
Əhməd SÜLEYMANOV,
Yevlax rayonu Köyük kəndi
Yeni ismarıclar