ƏLVİDA, DAĞLAR !
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman, salamat qal, dağ, salamat qal! Dalımca su səpir yoxsa buludlar? Leysan, salamat qal, yağ, salamat qal!
|
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir boz biçənəklər. Nidamı çaylara dedi küləklər: Bulan, salamat qal, ax salamat qal!
|
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə. Ey qaragöz pəri, dalımca sən də Boylan, salamat qal, bax, salamat qal! |
Dağların pələngi, şiri də sənsən,
Şairi də sənsən, şeiri də sənsən. Varı, bərəkəti, xeyri də sənsən Çoban, salamat qal, sağ-salamat qal! |