Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,855
Saytda ismarıcların sayı - 0
Arxiv
-
10İyl
| . Neçə yazdı düşmür yolum,
Yəqin dağlar küsüb məndən.
Gedib öpüm, qurban olum,
Yəqin dağlar küsüb məndən. |
. Sağsağanlar səksəkəli,
Kim baltalı, kim gülləli?..
Yarpaq gördüm qan ləkəli,
Yəqin dağlar küsüb məndən. |
|
Çoxdan dağa-daşa yadam,
Salmır qonum-qonşu yada.
Əlim yatmır qoşmaya da,
Yəqin dağlar küsüb məndən.
|
Düzlərimə şöhrət Araz,
Harayıma həsrət Araz.
Gecikmisən, Məmməd Araz,
Yəqin dağlar küsüb səndən.
|
| Kəklik uçmur çopur daşdan,
Dağ kəlləri baxmır qaşdan.
Bulaq tutqun, çay pərişan,
Yəqin dağlar küsüb səndən. |
|
Müəllif: Redaktor, 11:03