

-
18DekƏdəbiyyat BAYQUŞ KİŞİLƏR üçün şərhlər bağlıdır
-
21SenƏdəbiyyat Duyğular dil açanda üçün şərhlər bağlıdır
AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR
(Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)
Əlimiz uzalı qalıb ismətə, Tuş oldu ömrümüz hansı qismətə?
İndiki nənələr gəlmir nisbətə,
Ay xanım nənələr, xatın nənələr.
Hər tərəf qan-qada, hər tərəf şivən, Qəhətə çəkilib etibar, güvən.
Barmaqla sayılır sevilən, sevən,
Ay xanım nənələr, xatın nənələr.
Hanı ismət dolu həyalı çağlar? O namus yaylıqlar, qeyrət papaqlar?
Gəlin, dilinizdə dinsin bulaqlar,
Ay xanım nənələr, xatın nənələr.
Qızlar sinə açıq, gəlinlər boya, Hardadır o ismət, o abır-haya?
Şeytan da mat qalıb belə dünyaya,
Ay xanım nənələr, xatın nənələr.
Gəlin, bir səhmana salın dünyanı, Bu sərsəm, ağıldan yalın dünyanı .
Ölümün cəngindən alın dünyanı.
Ay xanım nənələr, xatın nənələr.
Hənələr dünyanın başında tacdır, Gəlin, zəmanəmiz sizə möhtacdır,
Ürəklər qayğıya, sevgiyə acdır,
Ay xanım nənələr, xatın nənələr.
Getdi sizin ilə urvatlı dünya, Quranlı, İncilli, Tövratlı dünya.
O şirin nağıllı, ovqatlı dünya…
Ay xanım nənələr, xatın nənələr.
On iki taxtalı tumanlar getdi, Sevgiyə, vəfaya gümanlar getdi.
Sizinlə birlikdə imanlar getdi,
Ay xanım nənələr, xatın nənələr.
Gəlin, özünüzü yetirin, gəlin, Qucaq nənnimizi gətirin, gəlin.
O uşaq Tofiqi götürün, gəlin,
Ay xanım nənələr, xatın nənələr,
Ay xanım nənələr, xatın nənələr.
Tofiq YUSİF
-
21SenƏdəbiyyat İLAHİ üçün şərhlər bağlıdır
Çəkdikləri naxışlanıb telində, Dinə bilmir həsrətinin dilində.
Tək qalıbdı dərdlərinin əlində,
Bu gözəlin nisgili var, İlahi!
Sevgisinın tutub yasın,danışır, Havalanıb, qulaq asın, danışır…
Öz- özünə xısın-xısın danışır,
Bu gözəlin nisgili var, İlahi!
Yalan olub ölüm-itim, ağlayır, Bilməm necə dada yetim, ağlayır.
Boynuburuq, yetim-yetim ağlayır,
Bu gözəlin nisgili var, İlahi!
Gözlərindən ümidsizlik saçır bu, Adamlardan dəli kimi qaçır bu,
Ürəyini dağa – daşa açır bu,
Bu gözəlin nisgili var, İlahi!
Kimsə yoxdu, yarasını sarısın, Rəvadımı lal-dinməzcə qarısın.
Bir gün ağla, taleyindən yarısın,
Bu gözəlin nisgili var, İlahi!
Əlövsətəm, saçlarında dənəmsə, Çəkilərəm, yollarında çənəmsə
Öldür məni, günahkarı mənəmsə
Bu gözəlin nisgili var, İlahi!
Əlövsət SALDAŞ
-
21SenƏdəbiyyat TANRIM, BU YOL EŞQ YOLU üçün şərhlər bağlıdır
Tanrım, bu yol eşq yolu, Gedirəm, bitmirəm ki.
Alırsan, al canımı,
Xəsislik etmirəm ki…
Yüz yerdən izlənmişəm, Düzünə düzlənmişəm.
Gözündə gizlənmişəm,
Gözündən itmirəm ki…
Dadmışam hər azardan, Nəyim var üz qızardan?!
Qorxum yoxdu məzardan,
Piyada getmirəm ki…
Ramiz Qusarçaylı
-
21SenƏdəbiyyat DƏRDİ ƏLİMDƏN ALMAYIN üçün şərhlər bağlıdır
Tanrım verirsə, lazımdı, Qismətim çoxum-azımdı.
Dərd mənim alın yazımdı,
Dərdi əlimnən almayın.
Dostum, sirdaşım, tacımdı, Doğma qardaşım, bacımdı.
Əsamdı, əl ağacımdı,
Dərdi əlimnən almayın.
İlk babama mehir salıb,
O köçərkən atam alıb,
Mənə də atamdan qalıb,
Dərdi əlimnən almayın.
Hər ərkinə səbirəm ta,
Üz vermişəm, canbirəm ta.
Dərd ucunnan şairəm ta.
Dərdi əlimnən almayın.
Talıb HƏSƏNOĞLU
-
21SenƏdəbiyyat AZƏRBAYCAN ƏSGƏRİ üçün şərhlər bağlıdır
Salam, Azərbaycan əsgəri, salam! Ey odlar yurdunun polad sipəri!
Ey millətin vuran qolu, dayağı!
Vətən qalası, Vətən əsgəri!
Ümidim, pənahım, sabahım əsgər! Həyatım, xoş günüm, rifahım əsgər!
Ey mənim ən güclü silahım əsgər!
Qüdrətlisən, titrət yeri, göyləri
Ey qartal caynaqlım, Həzi ürəklim! Cavanşir biləklim, Babək biləklim!
Ey mənim qırıcım, topum, tüfəngim!
Qaytar Qarabağı, sən çal zəfəri!
Düşmənin üstünə hücum zəfərdir, Əsgər köməyi silah, səngərdi.
Yamandı yurd dərdi, Qarabağ dərdi!
Hücum yalnız hücum, millət əsgəri!
İgid babaları sən sal yadına, Zəfər çələngisən odlar yurduna
Qaytar Qarabağı, çat muradına!
Ey millət əsgəri, millət təpəri!
Səbrimiz qalmadı, doymuşuq cana, “Allahu Əkbər!”-de, atıl meydana!
Qoy yağı düşmənlər boyansın qana!
Qovun Qarabağdan erməniləri!
Sabir PAPRAVƏNDLİ
Hər əsgər, komandir odlu şimşəkdir, Bütün oğulların şirdi, pələngdi.
Qələbə üçünsə hücum gərəkdi,
Hücum et, hücum et, gətir zəfəri
-
21SenƏdəbiyyat GENERAL POLAD üçün şərhlər bağlıdır
(General-mayor Polad Həşimova)
Polad inamıyla səngərdə yatan, O enməz bayrağı qürurla tutan,
Lələ-Təpə kimi dastan yaradan,
Aslan biləkliydi General Polad.
Düşmənin içinə vahimə salan, Hər bir əsgərinin qeydinə qalan,
Əzmiylə çoxuna nümunə olan,
Şirin diləkliydi General Polad.
İgidlik göstərib, tökdü qanını, Mübariztək yazdı öz dastanını.
Odlar diyarına verdi canını,
Vətən ürəkliydi General Polad.
Mir Abbas,
Güləbatlı kənd tam orta məktəbinin məzunu
-
21SenƏdəbiyyat VƏTƏN OĞLU üçün şərhlər bağlıdır
(Şəhidlərimizə)
Ana vətən:”Oğul!”-deyib, ağlayır, Yaraları sinəsini dağlayır.
Neçə ildir şəhid yası saxlayır…
Gəl, Vətən çağırır, ey Vətən oğlu!
Əsir tək ölənlər qalır kəfənsiz, Vətəni sevənlər indi Vətənsiz.
Qaçqınlar, köçkünlər doğma məskənsiz…
Gəl, Vətən çağırır, ey Vətən oğlu!
Gəl, yenə yurduna xidmət eylə sən,
Küləkdən Vətənə salam söylə sən.
Gəl çevril tufana, oda, selə sən,
Gəl , Vətən çağırır, ey Vətən oğlu!
Vaxt gələr sovuşar, bitər bu həsrət,
Bu eldən, obadan ötər bu həsrət.
Vətənin köksündən itər bu həsrət,
Gəl, Vətən çağırır, ey Vətən oğlu!
İgidlər səngərdə, əllərdə silah, Gəl ki, qoy açılsın nurlu bir sabah.
Qarabağ sinəmdə qəlpədir Vallah!
Gəl, Vətən çağırır, ey Vətən oğlu!
Vüsal ƏDİLZADƏ Səhləbad kənd tam orta məktəbin 11-ci sinif şagirdi.
-
30İylƏdəbiyyat YAYLAĞA KÖÇ üçün şərhlər bağlıdır
(Hekayə)
Qış çıxmışdı. Yaz Qarabağın aran bölgəsinə özünəməxsus bütün gözəllikləri gətirib gəlmişdi. Təbiət yaşıllığa bürünmüş, quşların səsi kəndin içi ilə axan böyük arxın zümzüməsinə qarışmışdı. Kənd camaatının həyatına rəng qatan bu arx Nəsir ağanın məhləsini iki yerə ayırırdı. Arxın bir tərəfində Ağanın mülkü, o biri tərəfində heyvanlar üçün tikilmiş tövlə, çobanlar və nökərlər üçün olacaq-lar var idi. Nəsir ağa dövlətli olmaqla yanaşı, həm də ədalətli bir kişi idi, kimsənin haqqını ayaqlamazdı. Ağanın bir xasiyyəti də var idi, bəzən gözlənilməz qərarlar verərdi. Bu səhərdə heç kimin gözləmədiyi, ev adamlarını da təəccübləndirən bir göstəriş verdi. Tezdən heyvanları yemləyib tövlədən çıxan Zərbəli ağanın gur səsinə diksindi. Daha ətraflı » -
30İylƏdəbiyyat TƏNHA ULDUZ üçün şərhlər bağlıdır
(Hekayə)
4 İL KEÇSƏ DƏ…
2016-cı ilin yayı idi. Həmişə redaksiyamıza hekayələr göndərən Əntiqə Məmmədova bu dəfə “Tənha ulduz”adlı bir hekayə yollamışdı. Oxumuşduq və qəzetimizdə dərc olunmasını məsləhət bilmişdik. Lakin aradan 4 il keçsə də, o hekayə hansı səbəblərdənsə dərc olunmamışdı.
Bu günlərdə köhnə yazılar qovluğuna baxanda, Əntiqə Məmmədovanın “Tənha ulduz” hekayəsinə rast gəldim və günahımızı yumaq üçün o hekayəni dərc etməyi lazım bildik.
Onu da qeyd edim ki, 4 ildir ki, Əntiqə Məmmədova ilə redaksiyamızın heç bir əlaqəsi yoxdur.
Tofiq YusifHörmət bəslədiyim bir qadına
Gecə yarıdır, göydə ulduzlar sayrışır. Ulduzların bəziləri elə işıq saçırdı ki, sanki, Ay ilə yarışırdı. Mən maraqla yanıb-sönən, bir-birinə, “göz vuran” ulduz-ları seyr edirdim. Aya baxmaqdan isə özümü güclə saxlayırdım. Ta uşaqlıqdan ürəyimdə bir qorxu yaranmışdı…
Bir dəfə başıma qəribə bir hadisə gəlmişdir. Pəncərədən aya tamaşa edirdim. Rəvayətlərə görə güya ki, Ay oğlandır, Günəşsə qız. Mən bunu yalanmı, ya gerçəkmi olduğunu bilmək istəyirdim. O qədər aya diqqətlə baxdım ki, onun qaş, göz, ağız, burnunu gördüm. Üzümə deyən qəfil sillə məni qəribə aləmdən ayırdı. Yan-yörəmə baxdım, heç kimi görmədim. Amma, həqiqətən məni vurmuşdular. Işığı yandırıb sifətimə baxdım. Üzümdə beş barmağın izi vardı. Sillənin yeri qızarmışdır. Daha ətraflı »


Yeni ismarıclar