Zaman və dövr keçdikcə qarşıda yeni hədəflər qoyulur. Bu hədəflərin uğurla icrası aparılan islahatlar prosesini sürətləndirməyi tələb edir. Bu gün dövlətimizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşması da həyata keçirilən təkmil islahatların məntiqi nəticəsidir. Azərbaycanda 2020-ci il fevral ayının 9-da növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi də məhz islahatları dərinləşdirmək, yeni tərkibdə Milli Məclisin formalaşdırılması idi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası davamlı inkişafa böyük töhfələr verərək, yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edir. Bu cür təşəbbüslərdən biri də ölkə ictimaiyyətinin ciddi dəstəyini qazanan, ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi olmuşdur. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticəsində formalaşan yeni tərkib, özündə müasir çağırışların tələblərini aydın şəkildə ifadə edir. Bu seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin əldə etdikləri nəticələrinə əsasən ölkəmizdə çoxpartiyalı parlamenti formalaşmışdır. Artıq əminliklə demək olar ki, VI çağırış Milli Məclis çoxpartiyalı parlamentdir. Siyasi sistemin təkmilləşdirilməsi istiqamətində görülən işlərdə Milli Məclisin rolunu nəzərə alsaq bu seçkilərin nəticələrinin ölkəmizin qarşısında böyük imkanlar açmasını inamla qeyd edə bilərik. Daha ətraflı »
-
11MarDigər YAP-ın təşəbbüsləri ilə ölkəmizdə aparılan islahatlar inkişafın yeni mərhələsidir. üçün şərhlər bağlıdır
-
09MarDigər Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub üçün şərhlər bağlıdır



Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.
Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Pespublikasının Prezidenti, cənab İlham Əliyev bütün Azərbaycan qadınlarını təbrik edərək, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.
Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Daha ətraflı »
-
05MarDigər BAYRAMINIZ MÜBARƏK, ƏZİZ QADINLAR! üçün şərhlər bağlıdır
8 Mart tarixinin ilk dəfə dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən 112 il ötür. Həmin gün dünyanın bir çox guşələrində qeyd edilərək, qadınlara sevgi və hörmət rəmzinə çevrilib.
Azərbaycan o ölkələrdəndir ki, burada ana, qadın həmişə uca tutulub. Həm də ölkəmizin adı dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış bir dövlət kimi tarixə düşüb.
Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev, ölkəmizdə qadın fəallığının inkişafını, cəmiyyətimizdə onların rolunun yüksəldilməsini daim diqqət mərkəzində saxlamışdır.
1998-ci ilin iyununda qadın fəalları ilə görüşü zamanı Ulu Öndər deyirdi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar. Mən əminəm ki, Azərbaycanda hüquqi, Daha ətraflı » -
05MarDigər, Hərbi vətənpərvərlik üçün şərhlər bağlıdır
Sahibə İsmayılova, tibb bacısı, əsgər
Sahibə İsmayılova Göygöl rayonunun Balçılı kəndində anadan olub. Ailədə 4 uşaq idilər – iki qardaş, iki bacı. Atası Müzəffər kişi qızı Sahibəni tibb işçisi kimi görmək istəyib və ona bu sahə üzrə təhsil verib.
Söhbət düşəndə ata deyirdi:
– Sahibə sanki bu peşə üçün yaranıb. Çünki həddən artıq qayğıkeşdir, həm də səbirlidir, dözümlüdür.
Müzəffər kişinin böyük inamla dediyi bu sözlər Sahibənin gələcək həyatında özünü doğrultdu.
Bir müddət dəmir yolunda tibb məntəqəsinin müdiri işləyən Sahibə İsmayılova 2014-cü ildən Azərbaycan Ordusunda xidmət edir. O, Aprel döyüşlərinin və 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.
Bu barədə özü belə deyir:
–Müharibə zamanı mən də, mənimlə çiyin-çiyinə çalışan digər tibb heyəti də özümüz barədə düşünmürdük. Ətrafımızda mərmilər partlayırdı, biz isə sanki bunları eşitmirdik. Əvvəl yaralılar gələndə, şəhidləri görəndə ağlayırdıq. Tezliklə anladıq ki, buna yol vermək olmaz. Çünki itirilən hər dəqiqə hansısa bir döyüşçünün itirilməsi olardı. Özümüzü ələ alıb, hisslərimizi cilovlayıb, yaralılara yardım göstərirdik. Daha ətraflı » -
05MarDigər üçün şərhlər bağlıdır
Tünzalə Vəliyeva, Tərtər Bələdiyyəsinin sədri
Daim pozitiv enerjisi ilə ətrafdakıların hörmətini qazanan bu xanım 2020-ci ilin yanvar ayından Tərtər Bələdiyyəsinin sədri kimi fəaliyyət göstərir.
Vəzifəsi də Tünzalə xanıma çox yaraşır. Səbəbi sadədir: o, öz işini sevir. Ona görə də hər səhər böyük həvəslə evindən işə, axşamlar isə evinə tələsir. Gündəlik qayğılar onu yormur, əksinə, hansısa bir işin öhdəsindən gələndə, kiminsə probleminin həllinə yardımcı olanda, sanki yüngülləşir. Tünzalə xanım özü deyir ki, çətin bir iş yoxdur, sadəcə gərək ona nikbin yanaşasan, o zaman mütləq öhdəsindən gələcəksən.
Tünzalə Vəliyeva yetirmələri ilə daim fəxr edən şəhər 1 saylı məktəbin məzunudur. 1993-cü ildə isə Gəncə Dövlət Texnologiya Universitetini bitirib. İlk iş yeri su-kanal idarəsində olub. Sonralar rayon suğorta idarəsində mühasib kimi fəaliyyətini davam etdirib.
Tünzalə xanım hesab edir ki, onun bir müddət əmək fəaliyyətindən ayrılması heç də cəmiyyətdən ayrı düşməsi olmayıb. Çünki məhz bu dövrdə o, bir ana kimi iki oğul , iki vətəndaş böyüdüb, onlara sağlam təlim-tərbiyə verib.
Söhbət zamanıTünzalə xanım dedi: Daha ətraflı » -
05MarDigər UKRAYNA XALQINA SÜLH ARZULAYIRIQ! üçün şərhlər bağlıdır

Keçən həftə od çərşənbəsini qeyd etdik. Təəssüf ki, həmişəki kimi tonqallar qalansa da, baharın gəlişinin sevincinə bir kədər də qatılmışdı. Axı, yenə də dünya çalxalanır, Ukraynada günahsız insanlar, körpələr qətlə yetirilir. Yer kürəsinin gözəl şəhərlərindən olan Kiyev, Xarkov, Odessada dəhşətli hadisələr yaşanır, nəninki hərbi, eləcə də mülki yaşayış binaları, xəstəxanalar aviasiya tərəfindən bombalanır.
İnsanlar sığınacaqlarda, metrolarda körpə uşaqlarla birlikdə bu dəhşətlərin nə zaman bitəcəyini gözləyirlər. Hamilə qadınlar öz körpələrini sığınacaqlarda dünyaya gətirirlər. Təhlükəsiz yerə çıxmaq imkanı olmayan, yeriyə bilməyən qocalar, xəstələr həyəcan siqnallarının səsindən huşunu itirirlər.
Müharibə haqqında çoxdan söhbət getsə də, heç kim belə bir qardaş qırğınına yol veriləcəyinə inanmırdı. Ona görə də evlərdəki ərzaq ehtiyatı tükənir, küçələrə isə çıxmaq mümkün deyil. İnsanların isə yadına heç nə düşmür, yalnız sülh və əmin-amanlıq istəyirlər. Daha ətraflı » -
01MarDigər Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.Müxtəlif ekstremist, separatçı və dini-fundamentalist silahlı birləşmələr və qruplar tərəfindən təhlükələrin güclənməsi, habelə sərhədlərdə silahlanmanın səviyyəsinin aşağı salınması və Mərkəzi Asiyada nüvəsiz zonanın yaradılması cəhdləri bu qeyri-stabil regionun dövlət başçılarının birgə görüşünün əsasını qoydu. Çinlə sərhəd problemlərinin həlli məqsədi ilə 1996-ci ildə Çinin Şanxay şəhərində keçirilən bu qəbildən olan ilk birgə görüşdə Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın liderləri tərəfindən «Şanxay beşliyi» adlanan birlik yaradıldı. Bu görüşdə müntəzəm olaraq sammitlərin keçirilməsinə dair razılıq əldə edildi və sərhəd bölgəsində hərbi sahədə etimad tədbirlərinin güclənməsi haqqında saziş imzalandi. 1997-ci ildə Moskvada ümumi sərhəd bölgəsində olan hərbi qüvvələrin qarşılıqlı olaraq ixtisarı barədə birgə saziş imzalandı. Sənədlər sərhəd rayonlarında qoşunların sayının artırılmaması öhdəliyinə əməl olunmasına ciddi nəzarət mexanizmini müəyyən etdi və Mərkəzi Asiya regionunda siyasi həmrəylik və hərbsizləşdirmə yolunda ilk real addım oldu. Daha ətraflı »
-
01MarDigər Azərbaycan COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün təsirli və adekvat tədbirlərin həyata keçirilməsini davam etdirir üçün şərhlər bağlıdır
Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsi istiqamətində qlobal liderliyini davam etdirir.Möhtərəm Prezidentimiz cənab İlham Əliyev BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda yüksəksəviyyəli tematik müzakirələrdə iştirak edib.
Toplantı dünyada COVID-19 əleyhinə keyfiyyətli, təhlükəsiz, effektiv və məqbul qiymətə olan peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin edilməsi ilə bağlı problemlərin davam etdiyi vaxta təsadüf edir.
Bu gün COVID-19 ilə qlobal mübarizə, onun nəzarət altında saxlanılması və yayılmasının qarşısının alınması, habelə dövlətlərə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsində BMT sisteminin fundamental rolu danılmazdır və Ümumdünya Səhiyyə Təşkilatının səyləri əvəzolunmazdır.
BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi cənab Prezident İlham Əliyevin şəxsən bu məsələlərlə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər Pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir. Daha ətraflı »
-
28FevDigər Tərtər rayonunda vətəndaşların səyyar qəbullarına 2022-ci ilin mart ayından yenidən start verilir üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çıxışları zamanı vətəndaş amilinin xüsusi vurğulanması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman vətəndaş-məmur münasibətləri barədə söylədiyi fikirlər, məmurlara, daim xalqın içində olmaları və vətəndaş müraciətlərinə həssas yanaşılması haqda verdiyi tapşırıq və tövsiyələr, xüsusən də, sakinlərlə yerlərdə müntəzəm görüşlərin təşkili, vətəndaşların sosial qayğılarının yerlərdə dinlənilməsi və müraciətlərin operativ həlli istiqamətlərində əməli tədbirlərin görülməsi onu göstərir ki, vətəndaş amili cənab Prezidentimizin dövlət siyasətinin əsasını təşkil edir.
COVID-19 (koronavirus) infeksiyasının yayılması səbəbindən artıq 2 ildən çoxdur ki, yerlərdə keçirilən səyyar görüşlər qismən dayandırılmışdı. Prezident cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı ilə, əhalinin sağlamlığının və vətəndaş təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə, cənab Prezident tərəfindən verilmiş ciddi tapşırıqlara uyğun olaraq, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, əhali arasında vaksinasiya işlərinin aparılması və COVID-19 infeksiyasının yayılma təhlükəsinin və vətəndaşlar arasında yoluxma hallarının azalması, bu sahədə müsbət dinamikanın müşahidə olunması yerlərdə səyyar qəbulların yenidən keçirilməsinə şərait yaradır.
Xüsusi karantin rejiminin tələb və tövsiyələri, xüsusən də vətəndaşların peyvənd olunması ilə bağlı müvafiq (covid-19) passportu nəzərə alınmaqla, 2022-ci ilin mart ayından etibarən səyyar qəbullar-görüşlər yenidən bərpa olunacaq.2022-ci ilin mart ayında rayon icra hakimiyyəti başçısının keçirəcəyi səyyar qəbulların
Qrafiki
S/s Qəbulun keçirilmə tarixi Qəbulun keçiriləcəyi ərazinin adı Qəbulun keçiriləcəyi yer 1 04 mart 2022-ci il saat 15:00
Borsunlu kəndi
Borsunlu kənd tam orta məktəbi
2 11 mart 2022-ci il saat 1500
Bəyimsarov kəndi
Bəyimsarov kənd tam orta məktəbi
3 18 mart 2022-ci il saat 1500
Hüsənli kəndi
Hüsənli kənd tam orta məktəbi
4 30 mart 2022-ci il saat 1500
Köçərli kəndi
Köçərli kənd tam orta məktəbi
-
28FevDigər XOCALI-30 üçün şərhlər bağlıdır
BİR XALQIN FƏRYADI
Tarix düşmən qüvvələrin dinc əhaliyə kütləvi divan tutmasının çox nümunəsinə şahiddir: qırmancla, xəncərlə, qılıncla, ən uzağı güllə ilə… Məğlub edilmiş, çarəsiz insanları tabe etmək o qədər də çətin deyil, buna nə güllə lazımdır, nə də mərmi. 10 min nəfərlik bir şəhərin üstünə müasir silahların bütün növləri ilə hücum etmək, qaçıb canını qurtarmaq istəyənləri isə hər yerdə pusquya salıb gülləbaran etmək nümunəsini isə tarixə özünü zavallı kimi qələmə verib, ali bir xalq olduğunu zənn edən erməni yırtıcı toplumu “hədiyyə” etdi. Bu amansız qətliamı ağlını tamamilə itirmiş, təpədən-dırnağadək silahlanmış erməni millətçi faşistləri dünyaya qorxub-çəkinmədən nümayiş etdirdilər. Bu müdhiş “insan ovu”nu öz iyrənc və xəyanətlərlə dolu tarixlərinə “zəfər” kimi yazan təcavüzkar Ermənistan ərazisində millətçi dövlət qurduğu Azərbaycanın Xocalı şəhərini 1992-ci ilin 25–26 fevral geçəsində yer üzündən sildi, onun dinc əhalisinə qarşı tarixin ən amansız soyqırımını törətdi. O gecə və sonrakı günlərdə işgəncə ilə qətlə yetirilən yüzlərlə soydaşımızın günahsız şəhidliyinin çoxsaylı şahidləri tarixin ən dəhşətli insan qırğınından keçdilər. Onların hər dəfə söylədikləri Xocalı yaramızın qurumayan qanı timsalındadır.
Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Daha ətraflı »


Yeni ismarıclar